Şənbə, 30 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz Universitetində çalışan “nurçular” işdən uzaqlaşdırılır ?


Bir neçə gün əvvəl ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirdi ki, bağlanan “Çağ Öyrətim” məktəblərinin binalarının əksəriyyəti dövlətə məxsusdur və binalar dövlətə qaytarılacaq


 Təhsil şəbəkəsi bağlanandan sonra binalarının əksəriyyəti icarəyə verilmişdi. Bakı Özəl Türk Liseyi istisna təşkil edir. O, yəqin ki, “Qafqaz” Universitetinə veriləcək

“Çağ Öyrətim” məktəblərinin əmlakı ARDNŞ-nin Beynəlxalq Təhsil Mərkəzinin sərəncamına verilmişdi. “Qafqaz” Universiteti və camaatın məktəbləri Beynəlxalq Təhsil Mərkəzinin sərəncamına verildi.

Informasiyaya əsasən çoxlarının sualla qarşıladıqları Qafqaz Universitetinin fəaliyyətini dayandırmasına dair şübhələrə aydınlıq gəlib. Məlumatlara əsasən yeni tədris ilindən etibarən bu ali təhsil ocağında tədris proqramları təmamilə dəyişdiriləcək. 

Yeni dəyişikliklərə əsasən nurçuların «abi»lər sistemi ortadan qalxacaq. Yataqxanalarda dini dərnəklərin təşkili qadağan olunacaq. Tədris proqramlarındakı əlavə dərnək və dərs saatları da ləğv ediləcək. Mənbə bildirir ki, yeni tədris ilində nurçu müəllimlərin də işdən uzaqlaşdırılmasına start veriləcək. Məlumatlara görə, artıq Qafqaz Universitetinin rektoru Əhməd Sanıçla bu barədə söhbətlər aparılıb. Yataqxanalarda sistem dəyişikliyi həyata keçiriləcək. Məlumatlarda həmçinin bildirilir ki, Azərbaycanla Türkiyə arasında tələbə mübadiləsi proqramlarının icrası üzrə adıçəkilən ali təhsil ocağı ilə əməkdaşlığa da son veriləcək. 

Yəni Türkiyədəki nurçu şəbəkə bu proqramdan yararlanaraq Bakının ortasında, Qafqaz Universitetində özəklərini formalaşdıra biləmyəcəklər. Qafqaz Universiteti üçün tətbiq edilən yeni qadağaların kifayət qədər sərt olduğunu bildirən və adının çəkilməsini istəməyən müəllimlərindən biri dedi ki, əslində baş verənlər ali təhsil ocağındakı nurçuların durumunu kifayət qədər çətinləşdirib. «Onların bir qismi artıq Azərbaycandan köçməyə qarar veriblər. Xüsusilə də azərbaycanlı müəllimlərin 600 manata işlədiyi bir vaxtda, türkiyəli müəllimlərə 2500-3000 manat əmək haqqı verilməsi narazılıq yaradırdı. İndi türkiyəli müəllimlər bizdən bu qədər böyük fərqlə əmək haqqı ala bilməyəcəklər. Yəqin həm də bu səbəbdən ali məktəbi tərk edib geri dönürlər» deyə həmsöhbətimiz bildirdi. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Gundeminfo.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Taksilərə kamera qoyulması qərarına sərnişinlərdən reaksiya - Video

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Valideynlərin nəzərinə: Uşaq oxumaq istəmirsə...

Qadınların kişilərlə ünsiyyətdə tez-tez buraxdıqları 4 səhv

Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - Yenilənib

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Bakı ilə İrəvan arasında normallaşma prosesini müzakirə ediblər

Ən çox oxunanalar