Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz Universitetinin professorunun rəyi narazılıq yaratdı



Qafqaz Universiteti tərəfindən nəşr olunan “Journal of Qafqaz University”nin iqtisadiyyat və idarəetmə bölməsinə çap olunmaq üçün təqdim edilən elmi məqlələrə yazılan rəylər alimlərin arasında narazılığa səbəb olub


 Belə ki, Azərbaycanda nüfuzlu özəl ali təhsil ocağı kimi tanınan Qafqaz Universitetinin professorları 4-cü sinif sagirdi səviyyəsində yaza bilmədikləri anlaşılıb.

Bu barədə “Gunpress.az”-a daxil olan müraciətdə bildirilib. Qafqaz Universiteti professorunun yazdığı rəyi redaksiyamıza təqdim edən tədqiqatçının iddiasına görə, bu universitetin elmi jurnalında məqalələrə ciddi şəkildə ayrı-seçkilik qoyulur və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol №10-R) təsdiq edilən «Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər» kobud şəkildə pozulur: “Azərbaycanın reytinqli özəl ali məktəbinin elm jurnalının rəyçilərinin səviyyəsi məndə məyusluq yaratdı. Rəyçinin 225 sözlük rəyində yol verdiyi üslub və orfoqrafik səhvlər onun elmi dərəcəsinin olmasına şübhə yaradır. Hər halda, “Layihə” sözünü düzgün yaza bilməyənin iradlarının nə qədər ciddi qəbul etməyin özü sual doğurur. Amma iş elə gətirib ki, 225 sözlük rəydə səhvə yol verən şəxs “məqalədəki dil bir qədər elmiləşdirilməlidir” iradını yazır”. 

Müraciət müəllifi deyir ki, görünür, universitetin rektoru Ahmet Sanıç və jurnalın baş redaktoru, professor Niftalı Qocayev jurnala nəzərət edə bilmirlər. “Journal of Qafqaz University”nin elmi məqalələrə ciddi ayrı-seçkiliklə yanaşmasına gəlincə isə tədqiqatçı qeyd edib ki, sözügedən jurnalda bu universitetin prorektoru Natiq Paşanın çap olunan 2 məqaləsinə baxmaqla vəziyyəti təsəvvür etmək olar. “Natiq Paşanın 1-ci məqaləsi “XXI əsrin ən böyük təhlükəsi – qlobal istiləşmə və Azərbaycan” adlanır. Bu məqalənin 95 faizi başqa müəlliflərin yazdıqlarıdır. Natiq Paşa onları toplayıb və öz adından yazıb. Yəni, özünün apardığı müstəqil tədqiqat işi deyil. Amma maraqlı məqam ondan ibarətdir ki, Natiq Paşanın 2-ci məqaləsi “Televizyonculuk”da reklam ve ratingin toplumun yönlendirilmesinde rolü ve etkileri” adlanır. 

Bu zaman sual yaranır ki, Natiq Paşa hansı sahə üzrə mütəxəsisdir. İxtisasca geofizik, dağ-mədən mühəndisi olan Natiq Paşa hansı mövzuda yazırsa “Journal of Qafqaz University” onu nəşr edir. Amma kənardan daxil olan məqalələrə savadsız iradlar tutmaqla nəşrindən imtina edir. Onun üçün də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası bu jurnala ciddi xəbrdarlıq etməlidir. Doğrudan da bu rəyi oxuduqdan sonra “Belə savadsız bir şəxs auditoriya qarşısına necə çıxır” sualına cavab axtarmalı olursan”, – deyə tədqiqatçı vurğulayıb.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar