Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalmaqallı Simanın atası məşhur şirkətin rəhbəridir


Xəbər verdiyimiz kimi, Türkiyə və Azərbaycan gündəmini zəbt edən “İşte benim stilim” moda yarışmasının qalmaqallı iştirakçısı Sima Şərafətdinova proqramı tərk edib


Sima məşhur proqramdan ayrılmasını tez-tez özünü və millətini təhqir etməsi ilə əlaqələndirib.

"Qafqazinfo" Türkiyəni qarışdıran 17 yaşlı Simanın iş adamı olduğu deyilən atası ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, həqiqətən də Simanın atası iş adamıdır, özü də çox məşhur və mediada onun adı tez-tez hallanır.

İştirakçının atası Vahid Şərafətdinov Türkiyə, Rusiyaİranda şirkətlərə sahibdir. Biznesmen İranda daha çox tanınır, eyni zamanda Dubayda şirkətləri var. İş adamı mediada daha çox Xocalı faciəsi ilə bağlı təşkil etdiyi tədbirlərlə gündəmə gəlib. O həm də Qarabağ müharibəsi veteranıdır.



Ən əsası isə Vahid Şərafətdinov “OBA Construction Chemical. Co.” şirkətinin rəhbəridir və İranın Araz İqtisadi Zonasında fəaliyyət göstərən 4 azərbaycanlı iş adamından biridir. 

Şirkət  hazırda İranın 24 vilayətində zavodun satış nümayəndəlikləri mövcuddur. “OBA Construction Chemical. Co.” təklif etdiyi qiymətlərə baxmayaraq, Ermənistanla bazarlıq etmək qəti şəkildə yasaqlanıb. 

 Zavoda 125 adda məhsul istehsal olunur. Xammalı İrandan, bir qismini isə Almaniyadan gətirilir.

Qeyd edək ki, Sima  əməkdaşımıza Türkiyədə verdiyi müsahibədə atası barədə danışmaq istəmədiyini bildirmişdi:

"Mənim atam əslən türkdür. Soyumuz Osmanlı padşahlığından gəlmədir. Bu haqda çox danışmaq istəmirəm. Ata-anam buna xoş baxmırlar. Mən efirdən atamın adını deyəndən sonra bir çox vəzifəli şəxslər zəng etdilər. Çünki bizim soyaddan təkdir. Bu zənglərə görə atam narahat oldu. Dedi ki, mənim kimi bir adamın belə bir qızı ola bilməz, çox utanıram". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar