Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qamət Süleymanov açıqlama verdi


“İslam dinində “cihad nikahı” adlı nə anlayış, nə də əməl var”.


Bunu  fəaliyyəti dayandırılmış “Əbubəkr məscidi” dini icmasının rəhbəri Qamət Süleymanov deyib.

Onun fikrincə, bu, böhtan və qərəzdən başqa bir şey deyil. Q.Süleymanov bunu Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan müxaliflərə qarşı “informasiya müharibəsi”, onları gözdən salmaq cəhdləri kimi dəyərləndirib.

O, “cihad nikahı”nı təbliğ edən vərəqələrdə qadının 250 “cihad nikahı”dan sonra cənnətə düşəcəyilə bağlı açıqlamaları da absurd adlandırıb.

Xatırladaq ki, son günlər Sumqayıt şəhərində “cihad nikahı”nı təbliğ edən vərəqələr yayılır. Bu vərəqələrdə qadın və qızlar Suriyada döyüşə və “cihad nikahı”na dəvət olunurlar. Bu vərəqələri xəvaricilər cərəyanına mənsub olanların yayması haqda informasiyalar var. Keçən ilin sonlarında Sumqayıtda Suriyaya döyüşə getməyən sələfilərlə döyüşlərə qatılan xəvariclər arasında məhz bu məsələ ilə bağlı silah tətbiq olunmaqla insident baş verib. Yaralananlar və həbs edilənlər  olub. Ölkə mətbuatı xəvaricilərin Suriya hadisələrinə loyal yanaşan sələfilərə “özünüz cihada getmirsinizsə, ana-bacılarınızı göndərin mücahidlərə qulluq etsinlər” kimi təhqirə  yol vermələri haqda da xəbərlər yaymışdı.(Turan)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar