Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunla müdafiə olunan peşələr


Zamin HACI yazır


“Sakitləşin, cənablar, sakitləşin. Qaydalara əməl edəcəyik. Roma imperiyası - bu bizik. Əgər biz sifətimizi itirsək, imperiya başını itirəcək. İndi panika vaxtı deyil! Öncə gəlin səhər yeməyi yeyək. 

İmperiya dərhal yüngülləşəcək”
(Alber Kamyu, “Kaliqula”)

Dövlət başçısının “Nefti unudun” tapşırığından sonra uca millətimizin qan yaddaşı oyanmağa başlamışdır. Örnək üçün, AzDrama teatrında iki xalq artisti bir-birinin qanını tökmək üçün davaya girişibdir. Hətta biri o birinə “atvyorka” (vintaçan) çıxarmışdır. Tərslikdən xalq artistlərinin ikisinin də adı Ramizdir! Vay-vay... Amma əməkdar artistlər araya girib, nəticədə qan səhnəyə axmayıbdır. 

Ora çox mistik yerdir. Heç yadımdan çıxmır, 2003-cü ilin 12 dekabrından sonra AzDramanın qabağından düz qırx gün qara bayraq asıldı. Korifey sənətkarlarımız öz dramatik kədərlərini bu səhnə tərtibatı ilə üzə çıxarmışdılar. 

Yeri gəlmişkən, mən kiçik araşdırma apardım, sən demə xalq artisti başqa xalq artistinin gözünün altını göyərdib boğazına cırmaq atanda araya məhz əməkdar artistin girməsi məqsədəuyğun olmuşdur. Çünki subordinasiyaya, həmçinin konstitusiyaya görə iki xalq artisti boğuşanda onları ancaq əməkdar artist ayıra bilər. Ta əməkdar incəsənət xadimi, 1-ci dərəcəli mədəniyyət işçisi, nə bilim, AzTV-nin solisti-zad araya girsin, belə şey qəti olmaz! İki xalq artistinin arasına ancaq üçüncü xalq artisti, bəd ayaqda əməkdar artist girə bilər. 

Başqa bir dava isə məhkəmədə gedir. Bir qadın başqa qadınları Dubaya aparıb, orda fahişə işində çalışdırıb, lakin pullarını verməyib. Gəlin həmin məhkəmə iclasından bir səhnəciyi oxuyaq. Çox maraqlıdır: “Məhkəmədə qeyd olunub ki, istintaq materialına əsasən F. (adları özüm sildim, məncə jurnalist etikasına görə belə adları tam yazmaq olmaz - Z.H.) 2004-cü ildən bu işlə məşğul olub: ”Dubaydan öncə Türkiyəyə gedib-gəlməyim, orada qədim peşə ilə məşğul olmağım, hamısı qeyd olunub". F.B. bildirib ki, G-dən halal pulunu istəyir: “Ondan tələbim budur ki, 6 aylıq işimin pulunu versin, zəhmət haqqımı qaytarsın. Menecerlə bu mənim pulumu yeyiblər”. Hakim bildirib ki, fahişəlik qanunda müdafiə olunan peşə deyil, buna görə də məhkəmə onun vəsatətini qəbul edə bilməz: “Bu məsələni özünüz həll edərsiniz”. Hakimin hazırda bu işlə məşğul olub-olmaması haqda sualına F.B. belə cavab verib: “Xeyr, cənab hakim, özünüz də yoxlaya bilərsiniz” (qafqazinfo.az).
Görün nə gözəl dialoq imiş. Əlbəttə, həyat özü belənçik səhnəciklər qoyanda xalq artistləri bekarçılıqdan dalaşmağa məcburdur. 

Şabran rayonunda isə sünnət toyundan sonra şadlıq sarayına borclu qalan kiçik bəyin atası obyektdə özünün... qayınanasını girov qoymuşdur. Bir gün sonra 1000 manat (min manat) borcu gətirən ata qayınanasını azad edərək aparmışdır. Bəlkə də əməliyyatda Milli Ordumuzun hissələri iştirak eləmişdir. Zarafat edirəm, ordumuz Qarabağda vacib işlərlə məşğuldur. 

Görün nənələr hansı fədakarlığa gedirlər! Nənə nəvəsinin sünnət mərasimini, el diliylə desək, “kişiyə çevrilmə” ayinini yola vermək üçün hətta əsir düşməyə hazır imiş. Belə nənələri olan vətən basılmaz! Həmin kişi qırığı isə böyüyəndə yüksək qürurla, muğam təntənəsi ilə, milli-mənəvi dəyərlərimizlə deyə bilər: “Mənim sünnətimdə nənəmi girov götürmüşdülər!”. Necə romantik hadisədir. Heç Almaniyada belə olmur. O üzdən xaraba qalıb. 

Bütün bunlara baxmayaraq Bakıda sabitlik hökm sürən ərazi də var. Bu, zoopark imiş. Bəli, təəccüblənməyin, zooparkda müşahidə aparan əməkdaşımız heyvanların ölüvay şəkildə ora-bura yıxıldığını görüb müdirə hücum eləmişdir, heyvanat bağçasının müdiri isə görün nə qızıl xırdalayıbdır: “Bilmirəm, heyvanlara kim hansı gözlə baxır. Hava istidir, insanlar özləri də halsız görünür, bu təbiidir. İsti havada heyvanlar yataq otaqlarında yatır, su içir, kölgədə dincəlir. Bəlkə insanlar fikirləşir ki, vəhşi heyvandırsa, mütləq aqressivlik nümayiş etdirməlidirlər”.

Doğrudan da zooparka gedən bəzi yaramaz uşaqlar heyvanları çubuqla dürtmələyir, daşla vurur, onları oyatmağa çalışırlar. Halbuki, o heyvanlar qəfəsi qırıb həmin uşaqların valideynlərini parçalasalar bəlkə çox valideyn ərindiyindən  yerindən durmaz. İndi aslan, ayı, meymun, pələng, quzğun və sairə yeyib doyubsa, nə üçün heyvanlıq nümayiş etdirməlidir? Aqressivlik heç kimə yaraşmır. Bizim hamımızın bir vətəni var. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar