Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qapanlıda “konsert” və konsertə qapılanlar

Müharibə xəbərləri ilə konsert, əyləncə anonsları arasında yarış gedir, görək axırda hansı qalib gələcək


Ümumi sayı 100 civarında olan (aşağı-yuxarı) şəhidlərimizin cəbhədə canlarını fəda etməsinin 30 günü isə iki gündən donra tamam olacaq. 

20 Yanvar faciəsində bundan bir az artıq şəhid vermişik, 26 ildir yas tuturuq, Şəhidlər Xiyabanını ildə bir dəfə kütləvi, bir neçə dəfə də yolumuz düşəndə ziyarət edirik. 

2-5 aprel şəhidlərininin yasını isə cəmi bir həftə tutduq, ya tutmadıq... 

Əndişə və qorxu dolu gərgin bir həftədən sonra paytaxtda və cəbhə xəttindən uzaqda olan şəhərlərimizdə çal-oynasın, vur-çatlasın davam etdi. 

Tərtərdə, Ağdamda, Füzulidə olanlara paytaxtdakı büsatlar qəribə görünür. Başına bomba yağan adamlar üçün dünyada Eros Ramazotti adlı müğənni yoxdur, onu yeni növ artilleriya qurğularından atılan mərmilərin evə, həyətə, ot tayasına düşüb-düşməyəcəyi maraqlandırır. 

Paytaxt sakinləri üçün ildə bir neçə dəfə olan atəşfəşanlıq cəbhə xəttinin adamları üçün artıq gündəlik tamaşa növünə çevrilib. Bulvarda toplardan atılan və göy üzündə cürbəcür formalarda göz oxçayan fişənglərlərlə təmas xəttində atılan işıqsaçan güllələrin qaranlıq səmada sayrışması eyni şey deyil. Birincidən fərqli olaraq ikinci göz oxşamır, üstəlik, özüylə hər an ölüm gətirə bilər. 

Telepatiyadır, nədir, dünən iki əməkdaşımız redaksiya rəhbərliyinə hara gedəcəkləri, nə iş görəcəkləri barədə mesaj yazmışdılar. Birininki beləydi: “Konsertə gedirəm. Ordan yazı hazırlayacam”. Digərininki isə bu cür idi: “İndi Qapanlıdayıq, hələlik sakitlikdir, qaranlıq düşəndə “konsert” başlayacaq”. 

Demək ki, hərənin öz konserti var. Ancaq bu konsertlər çox fərqlidir, biri adamlara əyləncə verir, o biri - işgəncə. 

Beləcə, aprelin ilk ongünlüyündəki hərbi-vətənpərvərlik ovqatının yerini şou-əyləncə həvəsi alıb. Sanki o gərgin günlər arxada qalıb, problem həll olunub, daha rahat yaşamaq olar. 

Keçən ayın ilk günlərində belə deyildi, paytaxtda ajiotaj vardı, ictimai-siyasi fəallar neçə illərdir ənənəvi olaraq may ayının 10-da keçirilən Gül bayramını təxirə saldıracaq qədər qətiyyətli, əzmkar və tələbkar idilər. Budur, Gül bayramı keçirilmir, amma hər gün bayramdır. 

Əlbəttə, biz cəbhə xəttindəki gərginliyi, qanlı hərbi toqquşmaları, verilən canlı qüvvə itkilərini, eləcə də şiddətlənəcəyi gözlənilən müharibənin digər fəsadlarını görməzliyə vura bilmərik. 

Qara bağlayıb, göy örtmək, ellikcə hüznə batmaq, səhər-axşam ağlaşma qurmaq olmaz, bu, hətta yolverilməzdir, ancaq bundan daha betəri özünü arsızlığa qoymaq, ölkədə Monte-Karlo, San-Remo havası əsdirmək, konsertləri, əyləncə tədbirlərini dal-dala calamaqdır. 

Müharibə konsentrasiya və səfərbərlik tələb edən işdir. Ölkədə hamı diqqətini, gücünü ona yönəltməlidir. Yoxsa havadarı çox olan düşmənlə bacarmaq çətin olar. 

Bir neçə gün öncə xarici işlər naziri Elmar Məmmədyarovun AZAL prezidenti Cahangir Əsgərovla birlikdə Eros Ramazottinin konsertində şad-şalayın görüntülənməsinə sosial şəbəkədə yer alan kəskin tənqid bu üzdən idi. 

Düzdür, bir sıra dostlar tənqid vektorlarını konserti təşkil edənlərin üstünə yönəltməyi vacib saydılar. Ancaq bir var, əyləncə tədbirinin vaxtını 2 apreldən öncə müəyyənləşdirəsən, bir də var cəbhədə ağır döyüşlər getdiyi bir vaxtda nazirlər, məmurlar konsert salonlarında deyib-gülələr, şəkil çəkdirələr. 

Həmin gün nazir Məmmədyarovun erməni həmkarı Nalbandyan isə tamam başqa ovqatdaydı, konsert hayında deyildi. Düz bir aydır ki, o, gərgin bir tempdə işləyir, səfərlər edir, saatlarla telefonla danışır, dünyanın diqqətini ölkəsinin üzərinə, Daqğlıq Qarabağa çəkməyə çalışır ki, haqsız ikən haqlı görünsünlər. 

Nalbandyan xarici səfərlərə o qədər intensiv gedib-gəlir ki, artıq Yerevanda onun səfərlərinin maliyyələşdirilməsinin dövlət büdcəsinə baha başa gəldiyini düşünürlər. Hamısı da bilir ki, bu səfərlər nazirin öz kefi üçün deyil, dövlətinin maraqları üçündür. 

Elə bir dövrdür ki, arxa cəbhə ilə ön cəbhə bütünləşməlidir, eyni hava ilə nəfəs almalıdır. Əsgər orda can qoysun, biz də burda “Can-cana” oynayaq, elə şey olmaz.

Xalid KAZIMLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar