Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qar və sulu qar yağacaq


Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın ikinci ongünlüyünün sonuna kimi davam edəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində havanın temperaturu enib, yaxın 2-3 gün ərzində BakıAbşeron yarımadasında günorta saatlarında havanın temperaturu 20-23 dərəcədən yüksək olmayacaq. 

Bu gün ərzində güclü şimal küləyinin əsəcəyini deyən U. Tağıyeva qeyd edib ki, sabah günün ikinci yarısında-axşama doğru külək bir qədər mülayimləşəcək, şimal-şərq küləyinə keçəcək: “Respublikanın rayonlarında yağıntılar intensiv olacaq, leysan xarakterli yağıntılar gözlənilir. BakıAbşeron yarımadasında da yaxın 2 gün ərzində fasilələrlə arabir yağış yağacağı ehtimal olunur”.

U. Tağıyeva vurğulayıb ki, ölkə ərazisində sentyabrın 19-dək hava şəraiti qeyri-sabit keçəcək. Onun sözlərinə görə, küləklə müşahidə olunan ən əlverişsiz dövr isə bu günə təsadüf edəcək və sabah günün ikinci yarısına kimi davam edəcək: “Kəskin hava şəraitinin ən kəskin dövrü bu gün və sabah günortaya kimidir. Çünki həm yağıntı, həm temperaturun enməsi, həm də güclü küləyin əsməsi müşahidə olunacaq. Sabah günün ikinci yarısından güclü küləyin sürəyi bir qədər azalacaq. Amma yağıntılar hələ də gözlənilir. Yaxın 2-3 gün ərzində hava şəraiti yağıntılı və qeyri-sabit keçəcək”

U. Tağıyeva əlavə edib ki, temperaturun enməsi ilə əlaqədar respublikanın əsasən Böyük Qafqazın yüksək dağlıq ərazilərində yağıntıların sulu qar və qara keçəcəyi ehtimal olunur: “Yüksək dağlıq ərazilərdə havanın temperaturu gecə saatlarında mənfi olacaq. Bu səbəbdən sentyabrın 18-i və 19-u gecə saatlarında respublikanın yüksək dağlıq ərazilərində sulu qar və qar yağması gözlənilir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar