Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara denizdə böyük rus-türk çəkişməsi

Qara denizdə böyük dənizdə böyük rus-türk çəkişməsi - “Türkiyə artıq Qara dənizin böyük sahibi deyil”


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bizim ölkəni ziyarət edir və biz bundan çox məmnunuq. Türkiyəyə gəlməzdən bir gün əvvəl, o, bildirib ki, Türkiyə artıq Qara dənizin böyük sahibi deyil. Onun bu sözləri diqqətdən qaçmayıb.

İlk öncə önu demək lazımdır ki, bütün sferalarda Türkiyə-Rusiya münasibətlərinin inkişafı xoş hadisədir. 2015-ci il 24 noyabr tarixində Rusiya təyyarəsinin vurulması ilə başlayan böhran, hər iki ölkəyə ziyan gətirib. Putin “imperiya gücünün nümayişi”ni təşkil edərək, hadisəyə çox kəskin reaksiya verdi və ağır sanksiyalar tətbiq etdi. İqtisadiyyatda Türkiyə daha çox itirdi və Suriyadakı balans nöqteyi-nəzərindən çətin vəziyyətə düşdü.

Lakin 27 iyinda Ərdoğanın yazdığı məktubdan sonra, Türkiyə-Rusiya münasibətləri sürətlə yoluna qoyuldu, Ərdoğan və Putin arasındakı 9 avqust danışıqları isə tərəqqini sürətəndirdi. Putinin mövqeyinin bu cür yumşalması, Moskvanın “Avrasiya strategiyası”-nda Ankaranın nə dərəcədə mühüm yer tutduğunu göstərir. Türkiyənin NATO üzvü olması onun əhəmiyyətini bir daha artırır.

- Avrasiyanın mərkəzi dənizi

Gerasimovun sözlərinə də, Moskvanın Avrasiya konsepsiyası çəriçivəsində baxmaq lazımdır. Qafqazda keçirilən təlimlərdən sonra Gerasimov qeyd edib: ”Bir neçə il bundan əvvəl Rusiyanın Qara dəniz donanması, Türkiyə donanması ilə rəqabət aparırdı. Əvvəllər deyirdilər ki, Türkiyə Hərbi Dəniz Qüvvələri, Qara dənizin tək sahibidir. İndi isə hər şey dəyişib. Ona görə ki, Rusiyanın Qara dəniz donanması “Kalibr” tipli qanadlı raketlər daşıya biləcək sualtı qayıqlarla təchiz edilib. Təkcə sahil kompleksi “Bastion” çox şey deyir. Bu kompleks 350 kilometr uzaqlığa uçma qabliyyətinə malikdir. Bosfor boğazı da daxil olmaqla!”

Putin Qara dəniz sahilindəki Krım yarımadasını ilhaq etdi. İqtisadi böhrana baxmayaraq, o, 2015-ci ildə hərbi modernləşməyə 81 miyard dollar yatırdı. 2020-ci ilədək bu məbləğin ümumi cəmi üst-üstə 500 milyard dollar təşkil edəcək.

- Tarixin dərsi

Əlbəttə ki, bu mənzərə böyük müharibənin alovlanacağı anlamına gəlmir, lakin ”Qara dənizin sahibi” sözlərinin geosiyası əhəmiyyətini görməkdən ötrü, Birinci Dünya Müharibəsini xatırlamaq lazımdır.

1912–ci ildə Osmanlı imperiyası Salonikini itirdi. Çünki o zaman onun bir ədəd də drednotu, yəni o dövrün ən güclü gəmisi yox idi.

Birinci Dünya Müharibəsi ərəfəsində çar Rusiyası ”Qara dənizin sahibi” olmaqdan yana, donanmasındakı üçüncü drednota, dördüncü drednotu qatmaq üçün, onun tikintisinə 120 milyon rubl pul ayırmışdı.

Osmanlı imperiyası Böyük Britaniyadan iki drednot sifariş vermiş və pulunu öncədən ödəmişdi. Amma Çörçilin əmri ilə B.Britaniya bu gəmilərə əl qoydu və ödənilmiş 7 milyon qızıl pulu isə geri qaytarmadı!

Osmanlı imperiyası bu iki drednotun əvəzinə, II Əbdülhəmidin başladığı Almaniya ilə sıx yaxınlaşmanın təsiri altında almanların “Göben” və “Breslau” gəmilərinə yiyələnərək, müharibəyə qoşuldu.

- XXI əsr

Əlbəttə, bu gün və yaxın gələcəkdə müharibə olmasından söz getmir. Amma hərbi qüdrət siyasi gücün mühüm tərkib hissəsidir. Bax budur, iqtisadı sıxıntılarına baxmayaraq, Rusiya hərbi gücünü artırır və Avrasiyanın ştrateji mərkəzində yerləşən Qara dənizdə üstünlük əldə etməyə xüsusi önəm verir.

Ona görə də, Türkiyənin NATO üzvü olmasının əhəmiyyəti nəinki azalmış, əksinə, hətta daha da artmışdır. Elə bu səbəbdən də Rusiya ilə mübahisə etməyə gərək yoxdur, çünki hər iki ölkə üçün əlverişli olan münasibətlər zamanı, həm iqtisadi əlaqələr güclənir, həm də yeni böhranlar baş verən halda, problemi həll etmək üçün kanallar mövcud olur.

Bu səbəblərdən dolayı, Türkiyə bu regionda güclü olmalıdır. 21-ci əsrdə buna nail olmağın yalnız bir yolu var: elm, texnologiya, hüquq və demokratiya sahəsində müasir səviyyəyə çıxmaq lazımdır.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar