Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ - beynəlxalq siyasətin alver predmeti kimi...


Razi Nurullayev: “Bu ənənəni Tramp seçkilərdə pozdu və sübut etdi ki, ermənilər dəstək vermədən də qələbə qazanmaq mümkündür”


Aprelin 23-də Fransada prezident seçkilərinin birinci turu keçiriləcək. İkinci tur isə mayın 7-nə nəzərdə tutulub. 

Prezident kürsüsü uğrunda 4 namizəd mübarizə aparır. Fransanın sabiq iqtisadiyyat naziri Emmanuel Makron, radikal millətçi Milli Cəbhə Partiyasının lideri Marin Le Pen, “Baş əyməyən Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon və keçmiş baş nazir Fransua Fiyon.

Prezidentliyə namizədlərin ikisi seçki kampaniyasında gedən mübarizədə ermənilərə xoş gələn, Azərbaycanın isə dövlət maraqlarına qarşı olan bəyanatlar verməkdədirlər. Məsələn, Marin Le Pen Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın işğal edilmiş ərazisinin Ermənistana birləşdirilməsinin zəruri olduğunu söyləyib. Prezidentliyə digər namizəd Fransua Fiyon isə Dağlıq Qarabağı vaxtilə Stalinin Ermənistandan ayırıb Azərbaycana birləşdirdiyini bildirib.

Göründüyü kimi, Fransa kimi böyük dövlətdə prezidentlik uğrunda mübarizədə Dağlıq Qarabağ məsələsi dəllal siyasətçilərin alver predmetinə çevrilib. Son illərə qədər ABŞ-da və digər bir sıra dövlətlərdə də seçki kampaniyasında belə hallar müşahidə olunurdu. 
Bəs Azərbaycan hökuməti Fransaya namizədlərin məlum iddiaları ilə bağlı etirazını bildirməlidirmi? Ümumiyyətlə, bizə Fransada 4 namizəddən hansının seçilməsi nisbətən də olsa sərf edir?

Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, erməni lobbisinin dəstəyini qazanmaq istəyən namizədlər həm Fransada, həm də ABŞ-da ermənilərin xoşuna gələn bəyanatlar səsləndiriblər: “Bu ənənəni ABŞ-da hazırkı prezident Donald Tramp keçən il keçirilən seçkilərdə pozdu və sübut etdi ki, ermənilər dəstək vermədən də seçkilərdə qələbə qazanmaq mümkündür. Əfsuslar olsun ki, namizədlər bu cür addımlarla özlərini erməni lobbisinin girovuna çevirirlər. Heç bir siyasətçiyə, nə onlara, nə də özümüzə girovluq arzu etmirəm. Bu gün Azərbaycan iqtidarının, o cümlədən biz müxalifətin Fransada namizədlərə rəsmi səviyyədə etiraz bildirməyimizə ehtiyac görmürəm. Amma ictimaiyyət və bizlər siyasi partiyalar və siyasətçilər olaraq onları qınamalı və ABŞ prezidenti Donald Trampı onlara nümunə göstərməliyik”.

Razi Nurullayev əmindir ki, istər Marin Le Pen, istərsə də Fransua Fiyon prezident seçilsə, onlar seçki kampaniyasında olduğu kimi qəti olaraq Ermənistana dəstək olmayacaqlar: “Seçki kampaniyasında verilən bəyanatlar, sadəcə, çoxsaylı erməni seçicilərinə ünvanlanmış fikirlərdir və namizədlər məsləhətçilərinin yazıb qabaqlarına qoyduğu mətni oxuyublar. Prezidentlik kürsüsünə əyləşəndən sonra çılpaq həqiqətlərlə üz-üzə qalacaqlar və bu kimi fikirləri səsləndirməkdən çəkinəcəklər. Fransanın Azərbaycana, Dağlıq Qarabağ məsələsinə münasibəti hazırda necədirsə, həmin 4 namizəddən hansı seçilməyindən asılı olmayaraq münasibət belə də qalacaq. Amma buna baxmayaraq, hər iki namizədin səsləndirdiyi fikirləri partiya sədri olaraq qınayır və etirazımı bildirirəm. Normal və ağıllı siyasətçilər yalan danışmır, yalanlara inanmır və bir-iki səs üçün də başqa millətin haqqına girmir. Əgər onlar bu gün qəbul olunmuş beynəlxalq normalara və BMT-nin qəbul etdiyi qətnamələrə qarşı çıxırlarsa, Fransa xalqına da yalan söyləyə, onun da haqqına girə bilərlər”.

DİP sədri, deputat Asim Mollazadə isə ölkə.az-a deyib ki, bu məsələdə təəccüblü bir şey yoxdur: “Fransada çox zəngin və təşkilatlanmış erməni diasporu var və bu təşkilat hər zaman Fransanın siyasi həyatında çox fəal iştirak edir. Təbii olaraq prezident seçkilərində istənilən vədlər verilə bilər. Məsələn, ABŞ-ın keçmiş prezidenti Barak Obama prezidentliyə namizədliyini verən zaman ”erməni soyqırımı"nı tanıyacağını bəyan etmişdi. Ancaq Obama prezident seçildikdən sonra belə bir fikirdən vaz keçdi. Azərbaycan hələ gözləməlidir. Seçkilər, onun emosiyaları, hansısa maddi maraqlar bitib dövlət maraqları önə keçdiyi zaman hansısa bir addım atılsa, Azərbaycan öz mövqeyini ortaya qoya bilər. Hazırda isə baş verənlər Fransa siyasətinin mənfi çalarlarıdır, səs qazanmaq üçün istənilən təşkilatlanmış, varlı lobbi qrupları ilə namizədlərin apardığı oyunlardır. Mənə elə gəlir ki, seçki kompaniyasında verilən vədlərlə real siyasətin arasında ciddi fərqlər var".

Azərbaycan lobbisinin yerləşdiyi ölkələrdə siyasi proseslərə müdaxilə edə bilməməsi məsələsinə gəldikdə isə deputat bildirdi ki, bizim orada təşkilatlanmış bir diasporumuz yoxdur ki, onun fəaliyyətindən hansısa nəticə gözləyək: “Fransada böyük Türk diasporu var. Azərbaycanlıların sayı Fransada çox azdır. Bizim orada təşkilatlanmış bir diasporumuz yoxdur ki, onun fəaliyyətindən hansısa nəticə gözləyək. Azərbaycanlılar öz vətənlərinə çox bağlı olduqlarına görə Azərbaycanın maraqlarını düşünən insanlar öz vətənlərində yaşayırlar, hansısa ölkələrdə yaşayanlar isə lobbiçiliklə məşğul olmurlar. Türk lobbisi isə Fransada yaxşı təşkilatlanmayıb, parçalanıb. Odur ki, olduğu ölkənin siyasətinə ciddi təsir göstərə bilmir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar