Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ əlili icra başçısından İlham Əliyevə şikayət etdi


Göyçay rayonunda yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili Rəhimli Elnur Nazim oğlu rayon icra başçısından şikayətçidir.


E.Rəhimli “Qafqazinfo”ya göndərdiyi şikayət məktubunda bildirir ki, icra başçısı qanunsuz olaraq köhnə bazarda vergilərin qiymətini qaldırıb. Məqsəd isə alverçiləri bundan sonra ona məxsus yeni bazarda işləməyə məcbur etməkdir: “Mən Göyçay rayonunda köhnə bazarında kiçik köşkdə xırdavat alverı ılə məşğul olub gündəlik qazandığım qəpik-quruşla ailəmi birtəhər dolandırıram. Ancaq rayon icra başçısı Mənsur Məmmədov bunu da bizə çox görür. Belə ki, icra başçısının niyyəti köhnə bazarı bağlatdırıb, ticarətçilərı Cəyirli yolunun kənarında açdırdığı öz bazarına cəlb etməkdir.

Bunun üçün icra başçısı yeni metoda əl atıb. Vergi işçiləri köhnə bazarda satıcılara dünən bildiriblər ki, Prezident yeni fərman imzalayıb və bundan sonra ayda 10 manat yox, 30 manat vergi ödəyəcəksiniz. Əks təqdirdə bazardan çıxarılacaqsınız.

Kiçik köşklər hər ay 10 manat vergiyə, hər gün 1 manat olmaqla ayda 30 manat bazarın rəhbərliyinə pul verirdik. Rayonda 4 bazar var, çoxlu sayda da mağazalar. Buna görə də gündəlik alverimiz çox zəif olur. Elə gün olur ki, alver olmur. Çox acınacaqlı vəziyyətdə olduğumuz vaxtda Göyçay rayon icra başçısı Mənsur Məmmədov qohumu, Ərazi Vergilər idarəsinin rəisi Polad Əliyevə tapşırıb ki, köhnə bazarda ticarətçilərin vergi pulunu qaldırın.

Qeyd edim ki, Ərazi Vergi İdarəsinin rəisi Polad Əliyevin qardaşı, general Ərzuman Əliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırımın qudasıdır. Bu qohumlar sanki rayonu özəlləşdiriblər. Öyrənmişik ki , verginin artırılması ilə Prezidentin yeni heç bir fərmanı yoxdur, icra başçısı Mənsur Məmmədov öz bazarına satıcıları cəlb etmək üçün qohumu Polad Əliyevlə əlbir olub Prezidentin adından əməliyyatlarını həyata keçirmək istəyirlər. Prezidentdən kömək istəyirəm. Onun adından icra başçısı ilə vergi rəisinin “vergi qaldırma” oynunun qarşısı alınsın”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar