Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ ətrafında yeni mərhələ başlayır


Noyabrda Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək; ekspertlər Amerikanın Dağlıq Qarabağla bağlı fərqli taktikaya keçdiyini deyirlər


Qarabağ münaqişəsinin həlli istiqamətində indiyədək aparılan danışıqların heç bir nəticə verməməsi, bu müddət ərzində ermənilərin işğalçılıq siyasətindən əl çəkməmələri müharibə riskini artırır. Avqustun əvvəlində məhz ermənilərin təxribatları və atəşkəsi rejimini pozmaları nəticəsində yaşanan üç günlük müharibə təbii ki, regionda maraqları olan və sakitliyə çalışan gücləri rahatsız etməyə bilməzdi. 

Azərbaycanın öz torpaqlarını istənilən vaxt işğaldan azad etməyə hazır olması bu prosesdə bütün dünyaya aydın oldu və görünən budur ki, başda Amerika Birləşmiş Ştatları olmaqla, həm vasitəçi ölkələr, həm də beynəlxalq qurumlar sülh danışıqlarıınn intensivləşməsi və razılaşma modelinin tapılması istiqamətində səylərini gücləndiriblər.     

Noyabrda Fransa prezidentinin AzərbaycanErmənistan prezidentləri ilə görüşünün planlaşdırılması da bu kontekstdə atılan addım kimi qiymətləndirilir. 

APA-nın verdiyi məlumata görə, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib ki, bu ilin noyabr ayında Fransa prezidenti Fransua Ollandın Azərbaycan prezidenti İlham ƏliyevErmənistan prezidenti Serj Sərkisyanla görüşü gözlənilir.

Onun sözlərinə görə, üçtərəfli görüşün Parisdə baş tutması planlaşdırılır.
Səfir qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sülh prosesində mövcud problemlər müzakirə olunacaq: “Hesab edirəm ki, sülhün qorunub saxlanılması üçün bu görüşün əhəmiyyəti böyükdür. Fransa ilə Azərbaycan arasında ölkələr, dinlər  və mədəniyyətlərarası dialoqu artıq qurmuşuq. Gələcəkdə bu dialoqu yüksəltməyə çalışmaq lazımdır. Hazırda Fransa ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirirəm”.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Fransa parlamentinin bir qrup üzvünün rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə də münasibət bildirib.

Səfir deyib ki, senatorların işğal olunmuş torpaqlara səfəri və səsləndirdikləri fikirlər Fransanın mövqeyini əks etdirmir: “Fransa demokratik dövlətdir. Onların hər hansı çıxışı və hərəkəti Fransanın mövqeyi deyil. Bu, onların şəxsi işi və təşəbbüsüdür. Fransa dövlət olaraq buna görə məsuliyyət daşımır. Əvvəllər də dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Qeyd edək ki, Fransa Senatının bir neçə üzvü rəsmi Bakının razılığı olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

Bu arada isə Bakıda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşü keçirilir.

XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşündən sonra keçirilən brifinqdə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bildirib ki, AzərbaycanErmənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirərlərsə, Avropa İttifaqı bu ölkələri dəstəkləməyə hazırdır. (Trend) Füle qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq normalara əsaslanmalıdır.

“Şərq tərəfdaşlığı” ölkələrinin suverenliyi, ərazi bötüvlüyü və müstəqilliyi bizim üçün vacibdir" - deyə Ştefan Füle qeyd edib. 

Ş.Füle bildirib ki, Aİ bu ölkələrlə tərəfdaşlığı gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, diferensiasiyanın önəmi getdikcə artacaq: “İnklüzivlik ”Şərq tərəfdaşlığın" çox önəmli hissəsidir. Hər altı ölkənin suverenliyi, ərazi bötüvlüyü və müstəqilliyi bizim üçün vacibdir".
Toplantıda çıxış edən Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov isə deyib ki, “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyü sabitliyin əsas şərtlərindən biridir: “Bakıda keçirilən görüşdə ”Şərq tərəfdaşlığı"nın bütün ölkələri qeyd etdilər ki, proqramın üzvü olan ölkələrin hər birinin ərazi bütövlüyü və suverenliyi tərəfdaş ölkələrin ərazisindəki sabitliyin əsas şərtlərindən biridir. “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşünün bütün iştirakçıları onu da qeyd etdilər ki, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişdirilə bilməz. Bu, həll olunmamış münaqişələrdən əziyyət çəkən bütün ölkələrin vahid fikridir".

E. Məmmədyarov qeyd edib ki, ərazi bütövlüyünün toxunulmazlığı bütün ölkələr üçün əsas şərtdir və beynəlxalq səviyyədə tanınan sərhədlər dəyişdirilə bilməz.

Nazir “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin Bakı görüşünün maraqlı və səmərəli keçdiyini vurğulayıb. O, tərəflərin enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, viza  rejiminin sadələşdirilməsi prosesi və digər məsələləri müzakirə etdiklərini deyib.

***
«Amerika Birləşmiş Ştatları əvvəlkindən fərqli olaraq Qarabağ məsələsinə daha aktiv formada təşəbbüskarlıq göstərərək prosesə müdaxilə etməyə çalışır".

Bunu axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc BMT Baş Assambleyasının nazirlər səviyyəsində baş tutacaq görüşünə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, ilk dövrlər Rusiyanın mövqeyinə meydan tanıyan və bununla hesablaşan tərəflər ehtimal ki, indi Ukrayna ətrafında məlum beynəlxalq konfrontasiya fonunda Cənubi Qafqazdan revanş götürmək üçün hansısa planlar hazırlayırlar: “Con Kerrinin israrla iki dövlət başçısının görüşünü təşkil etməsi, böyük sülh sazişi ilə bağlı bəyanat səsləndirməsi, ”müharibəyə yox" çağırışları sübut edir ki, ABŞ Qarabağla bağlı taktikanı dəyişir. ABŞ dövlət rəhbərliyinin dəvəti və vasitəçiliyi ilə ölkəmiz çox yaxın zamanda bu görüşlərin şahidi olacaq. Barak Obama çox yaxşı bilir ki, Prezident Medvedyevin dövründən - 2008-ci ildən bu yana Rusiyanın birinci şəxslərinin iştirakı və münsifliyi ilə AzərbaycanErmənistan rəhbərlərinin 12 dəfə görüşü keçirilib və son Kazan raundunda proses yenə də uğursuzluğa düçar olub. ABŞ prosesi öz nəzarətinə almaq və Rusiya ilə məlum siyasi müharibəni davam etmək üçün Qarabağ məsələsini mühüm hesab edir və Qərbin neytrallıq, gözləmə, balansı qorumaq, siyasi sövdələşmə və bazarlıq kimi yanaşma mövqeyinə baxmayaraq, məsələni irəli apararaq bu yolda səylərini artıracaq. Buna görə də BMT Baş Assambleyasının nazirlər səviyyəsində baş tutacaq bu aydakı son danışıqlar sübut edir ki, belə görüşlər davamlı olacaq".

Səslənən fikirlər, planlaşdırılan görüşlər, Qərbin və Avropanın, həmsədrlərin danışıqlar prosesi ilə bağlı səylərini artırması, verilən bəyanatlar və aparılan müşahidələr bu nəticəni hasil edir ki, Qarabağ danışıqları ilə bağlı yeni bir mərhələ başlayır. Güman edilir ki, bu mərhələdə nizamlamaya dair yeni təkliflər də ortaya çıxa bilər. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar