Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ iki prinsipin və ikili standartın girovluğunda


Konfliktin ərazi bütövlüyümüz çərçivəsində həllini tezləşdirmək üçün etnik təmizləmə və Xocalı soyqırımı məsələsini Haaqa Tribunalının gündəliyinə gətirməyin zamanı çatıb


Beynəlxalq ekspert: “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququ yoxdur...”

Dağlıq Qarabağ probleminin dinc yola həlli üçün vasitəçilər artıq bir neçə ildir ki, beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi ilə öz müqəddəratını təyinetmə prinsipini yanaşı qoyurlar. Ancaq gecə-gündüz kimi bir-birini inkar edən bu iki prinsipin praktikada necə reallaşacağının yolunu göstərmirlər. Eyni yanaşma tərəflərə təqdim edilmiş sonuncu təklifdə “Madrid prinsipləri”ndə də əksini tapıb.

Bu üzdən də danışıqlarda faktiki olaraq pat vəziyyəti yaranıb, çünki Azərbaycan ümid edir ki, münaqişə, nəhayət, onun ərazi bütövlüyü çərçivəsində həllini tapacaq, erməni tərəfi isə sevinir ki, gec-tez Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyinetmə hüququndan yaralanmaq üçün ya tam müstəqil olacaqlar, ya da Ermənistana birləşəcəklər. Yəni enində-sonunda “miatsum” baş tutacaq. 

Onlar bunun məhz belə olacağına həm də Kosovo nümunəsini əsas götürməklə inanırlar. Eyni zamanda Şotlandiya timsalındakı kimi nə vaxtsa rəsmi Bakının buna razı olacağını güman edirlər. Ancaq Dağlıq Qarabağ nə Kosovodır, nə də Şotlandiya. 
***
“Dağlıq Qarabağda indi yaşayan əhali öz müqəddəratını təyin edə biləcək xalq statusuna malik deyil. Beynəlxalq aləmdə də ”Dağlıq Qarabağ xalqı" adlı məfhum yoxdur". Bunu “Malvina/Folklend adaları ətrafında mübahisə və beynəlxalq hüquq” mövzusunda Bakıda keçirilən tədbir zamanı argentinalı hüquqşünas, Beynəlxalq Hüquq İnstitutunun (Institut de Droit International) üzvü, eləcə də Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun (Graduate Institute of International and Development Studies, Geneva) professoru Marselo Kohen bildirib (“Trend”).

Hüquqşünas ardınca deyib: “Əlbəttə ki, burada müxtəlif aspektlər, etnik təmizləmə və s. məsələlər də nəzərə alınmalıdır. Lakin mövcud vəziyyəti nəzərə alsaq, görünən odur ki, etnik əhali müəyyən ərazidə yaşayır və onlar ölkənin digər tərəfindəki etnik tərkibdən fərqlidir. Tutaq ki, lap onlar orada etnik cəhətdən çoxluq təşkil edirlər, lakin bu, onlara öz müqəddəratını təyin etmək hüququ vermir. Heç bir əhali deyə bilməz ki, bu bizim ərazidir və biz öz müqəddəratımızı təyin edirik. Dağlıq Qarabağda hazırda yaşayan ermənilər etnik azlıqdır, lakin onların öz müqəddəratını təyin etmək hüququ yoxdur. Onlar öz dilini, mədəniyyətini qorumağı tələb edə bilərlər, lakin suverenliyi tələb edə bilməzlər”.

O, məruzəsində əsasən suverenliklə bağlı mübahisə doğuran iddialar və bu baxımdan dekolonizasiya kontekstində tətbiq edilən müvafiq qaydalara, o cümlədən ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər məsələsinə toxunub. Kohen qeyd edib ki, hazırda bir çox hallarda dünyada gücün beynəlxalq hüquqdan daha üstün olduğunu göstərir: “Beynəlxalq hüquq isə selektiv olaraq yox, bütün hallarda tətbiq olunmalıdır. Əks halda, bu, manipulyasiyadır”, - deyə o vurğulayıb. 
***
Dağlıq Qarabağ məsələsində də beynəlxalq hüquq həqiqətən də sanki arxa plana sürüşdürülüb. Hər halda, Gürcüstanın ərazi bütövlüyünə göstərilən sayğı-diqqəti biz Azərbaycana münasibətdə görmürük. Situasiyanı dəyişmək isə ilk növbədə Azərbaycanın boynuna düşür. 
Bundan ötrü iqtisadi-hərbi qüdrətimizi durmadan artırmaqla yanaşı, bu gün qlobal siyasətdə əsas söz sahibi olan demokratik dünyada dost-müttəfiqlərimizin sayını çoxaltmalı, Azərbaycanın demokratik ölkə imicinə nail olmalı, məkrli dairələrin daxili duruma görə ölkəmizi tənqid hədəf etməsinə bəhanə verməməli, eyni zamanda xaricdə, xüsusilə də erməni lobbisinin güclü olduğu dövlətlərdə (Fransa, ABŞ, Rusiya) türk diasporu ilə birgə diaspor fəaliyyətini və informasiya-təliğat işlərini keyfiyyətcə yeni bir mərhələyə qaldırmalıyıq. 

Yeri gəlmişkən, argentinalı professor bir sıra dövlətlərə ərazi və dəniz hüququ üzrə mübahisələrlə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi və bir çox tribunallardan əvvəl vəkil kimi xidmət göstərib. O, həmçinin beynəlxalq arbitrdir və Argentina tərəfindən onun namizədliyi BMT-nin Beynəlxalq Hüquq Komissiyasına təklif edilib. Kəsəsi, beynəlxalq hüquq sahəsində kifayət qədər təcrübəyə malik şəxsdir. O zaman maliyyə imkanlarımız yetərli ola-ola niyə də ondan və onun kimi digər hüquqşünaslardan Qarabağ məsələsini dünyaya daha yaxşı tanıdılması, danışıqlar masası arxasında daha güclü mövqeyə sahiblənməmiz üçün istifadə eləməyək? 

Məsələn, Xocalı soyqırımının Beynəlxalq Məhkəmədə (Haaqa Tribunalında) Serebrenitsa soyqırımı kimi ədalətli hüquqi qiymətini alması, Serj Sərksiyan və Robert Köçəryan başda olmaqla, Xocalı hərbi canilərinin istintaqa cəlb edilməsinə nail olunması, habelə Dağlıq Qarabağda və ətraf rayonlarda ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə aparması faktının hüquqi sənəd halına salınması sözsüz ki, ermənilərin öz müqəddəratını təyin etmə iddialarına öldürücü zərbə vurar, ixtilafın Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyinə dünya birliyini əmin etmiş olardı, sülh danışıqlarında mövqeyimizi birə-üç gücləndirərdi. 

Bütün bu işləri görmək və sənəd halına salmaq üçün isə konfliktoloq Elxan Mehdiyevə görə, cəmi bir neçə milyon dollar vəsait yetər. Üstəlik, bundan ötrü audio-video sübutlar da daxil, faktlar kifayət qədərdir, canlı şahidlərin, şikəst edilən, işgəncələrə məruz qalan insanların çoxu sağdır. Nəhayət, bildiyimiz qədər Xocalı soyqırımı ilə bağlı Azərbaycanda illər öncə cinayət işi açılıb, zərərçəkənlərin çoxsaylı ifadələri alınıb. Ayrı sözlə, sıfırdan başlamağa lüzum da yox.    

Ən azından bu yolla biz işğalçı Ermənistanı, Dağlıq Qarabağdakı separatçı-kriminal rejimi uzun müddət neqativ planda dünyanın diqqətində saxlaya bilərik. Az işdimi?(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar