Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ və Azərbaycanın imici...


Hüseynbala Səlimov yazır


İlin sonunda prezidentlərin görüşəcəyi haqda xəbər Qarabağ ətrafındakı söz-söhbətə, hətta şaiyələrə bir qədər aram verdi desək, yanılmarıq. Düzdür dərhal sual da yarandı: ortalıqda hansısa bir razılaşma var,  yoxsa prezidentlərin görüşünü həmişə olduğu kimi sıradan bir görüş hesab etmək lazım gələcək? Doğrusu, bu sualın inandırıcı cavabı yoxdur...
Əslində Qarabağ ətrafında şayiələrin yaranması bizim siyasi gerçəkliyin əcaib təzahürüdür. Belə olmamalıdır, insanlar həqiqəti bilməli,  prosesdən hali olmalıdr. Diplomatik qaydaları inkar etmirik, prosesə ziyan vurmamaq üçün bəzən, hətta əksər hallarda, danışıqlarla bağlı təfərrüatlar açıqlanmır.

Amma üç ildən, beş ildən bir xarici siyasət idarəsinin hesabatla çıxış etməsinə nə var? Bunu da etmək çətindirmi? Təəssüf ki, ölkədə hələ də belə bir qənaət qüvvədədir ki, insanlar həqiqəti bilməsələr də olar, əsas odur ki, onlar öz hökumətlərinə inansınlar...
Amma belə olmalıdırmı? Hakimiyyət belə hesab edir ki, Qarabağ problemini həll etmək üçün cəmiyyət onlara müddətsiz mandat verib. Gəl, heç bir vaxt belə olmur...
Bu vaxta qədər bunun belə olmasının isə bir səbəbi var: hakimiyyət ictimai rəydən, seçicilərin sanksiyasından asılı deyil. Belə bir asılılığın olmaması da ölkədəki siyasi sistemin əcaib özəlliklərindən biridir...

Mənim yadıma əvvəlki dövrlər gəlir. Biz o vaxt deyirdik ki, ölkənin demokratikləşməsi həm də Qarabağ probleminin həllinin şərtlərindən biridir. Təəssüf ki, bu tezisə axır vaxtlar diqqət yetirilmir. Ölkənin içində yaranmış arxayınçılıq, cəmiyyətin hökumət haqqında nə düşünməsinin fərqinə varılmaması ölkənin xaricdəki imicilə bağlı da arxayınçılıq, hətta deyərdik ki, etinasızlıq yaradır...

Amma bu, çox yanlış mövqedir. Bəli, biz deyə bilərik, Avropanın, onun institutlarının Azərbaycan haqqında nə düşündüyü bizi maraqlandırmır.

Amma bu, çox yanlış mövqedir. Bunun fəsadları hələ bir müddət sonra özünü biruzə verəcək. Dövlətlər özlərinin xaricdəki imiclərinə həssas olmalıdır və bir qayda olaraq həssas da olurlar.... 

Yalnız avtoritar rejimlər başa düşür ki, nə qədər çalışsalar da özlərini sevdirə bilməyəclər. Ona görə də onlar öz siyasi aqibətləri ilə barışmalı olur və gec-tez yalnız etinasızlıq nümayiiş etdirməklə özlərinin psixoloji durumlarını tənzimləyirlər...

Həm də bir məsələni yaddan çıxarmaq lazım deyil. Bir siyasi sistem haqda qərar qəbul edilərkən əvvəlcə onun obrazı formalaşdırılır. Bu, o qədər mənfi obraz olur ki, həmin avtoritar siyasi sistemə qarşı yönəlmiş bütün sanksiyalara bir növ bəraət qazandırır...

Xaricdə Azərbaycan və onun siyasi sistemi haqda obraz yaratmağa cəhd edən təbii ki, birinci növbədə erməni lobbisidir. Biz bir çox hallarda dediklərimizin, bəyanatlarımızın fərqində olmuruq. Amma bunları erməni lobbisi də eşidir və özü üçün qeyd edir...

Erməni lobbisinin bütün fəaliyyəti ona yönəlib ki, ermənilərin Azərbaycanda yaşamasının mümkün olmamasına dünyanı inandıra bilsin.

Biz də özümüzün axıra qədər diqqətlə düşünülməmiş bəyanatlarımızla sanki həmin lobbinin dediklərini, təbliğ etdiklərini təsdiqləyirik. Amma belə olmalıdırmı? Təbii ki, yox...
Sözsüz ki, ölkədə hansısa siyasi sistemin olması onun ərazisini işğal etməyə əsas vermir. Amma ermənilər çox fəndgirdirlər. Onlar özlərinin siyasi “qurum”larını elan ediblər və bu “qurum”u Azərbaycandan ayırmağa cəhd edir, özləri haqqında azadlığa can atan, “azadlıqsevər” bir xalq obrazı yaratmağa cəhd edirlər...

Bəs bizə nə gəlib? Biz niyə yaxşı adımızı yaman edirik?... Mən başa düşürəm, bizim kimi müstəqil adamların dediklərinin, yazdıqlarının fərqinə varmırlar və ən yaxşı halda deyirlər ki, qoy, özləri üçün danışsınlar...

Amma biz özümüz üçün danışmırıq, özümüz üçün yazmırıq. Ən azı ona görə ki, bu ölkə həm də bizim ölkəmizdir və onun taleyi bizim üçün heç də əhəmiyyətsiz deyil...
Həm də heç kimə haqq verilməyib ki, ölkənin adına hansısa formada xələl gətirsin. İstəməzdik ki, Azərbaycanın xaricdəki siyasi obrazı və imici yalnız bu ölkənin vətəndaşlarına siyasi sığınacaq vermək üçün yararlı olsun...

Bəlkə də kiməsə bu, xoşdur. Amma bizim bu ölkəni tərk etmək və haradasa siyasi sığınacaq almaq fikrimiz yoxdur, biz taleyimizi birdəfəlik bu ölkə ilə bağlamışıq və bundan peşiman da deyilik, çünki insan valideynləri kimi vətənini də seçmir...

Həm də belə hesab etmirik ki, Azərbaycan əbədi olaraq bir siyas qüvvə və bir siyasi sistemlə bağlı olacaq. Ola bilsin, kimsə özlüyündə belə fikirləşir və yalnız və yalnız bu ssenari üzərində “futuroloji” konsepsiya qurur. Amma biz bunu istəməzdik... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar