Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa dair nikbin bəyanatlar sülhə gətirəcəkmi?

Problemin həllinə görə əsas məsuliyyət Rusiyanın üzərində qalmaqda davam edir; Kreml Türkiyənin məsələdə rolunu etiraf edir, amma...; ekspert: “İşğal ona görə davam edir ki...”


Ötən həftə Dağlıq Qarabağ mövzusunda bir neçə maraqlı gəlişmələrlə yadda qaldı. Xüsusən də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycanın işğal altındakı rayonlarından 5-nin azad edilməsi ilə bağlı Türkiyə və Rusiya arasında anlaşma əldə olunduğu haqda iddia-açıqlaması diqqət çəkdi. Bundan bir neçə gün sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda nikbin Qarabağ bəyanatı verdi, hətta faktiki, Ermənistana Qarabağ şərti qoydu.

Rusiya XİN başçısı jurnalistlərə bildirdi ki, Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas məqam olacaq. Sitat: “Türkiyə Dağlıq Qarabağı təcridolunmadan azad edərək, regionda normal iqtisadi münasibətləri təmin edərək, bunu edə bilər. Bu bizim üçün çox vacib faktordur. Əgər birdən Ermənistan və Türkiyə Qarabağ münaqişəsini nəzərə almadan razılaşmaların yerinə yetirilməsinə başlasa, biz yalnız xoşbəxt olarıq. Ancaq hiss edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əsas məqam olacaq”.

Rusiyanın baş diplomatı həmçinin Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyini mühüm amil kimi qələmə verib və qardaş ölkənin bütün regionda iqtisadi, nəqliyyat, infrastruktur fəaliyyətin normal təminatında önəmli olduğunu qeyd edib.

*****
Bu, əslində elə Kreml tərəfindən Türkiyənin nəinki regionda, o cümlədən Qarabağ məsələsində rolunun vazkeçilməz olduğunun bir etirafıdır. Diqqətçəkici detallardan biri də bu kimi açıqlamaların Moskva-Ankara münasibətlərinin təzədən yüksəliş dövrü yaşamağa başladığı dönəmə təsadüf etməsidir. Bu yüksəliş və müxtəlif sahələr əldə edilən ikitərəfli anlaşmalar yəqin ki, Dağlıq Qarabağ konfliktinin ədalətli həllinə də pozitiv təsirini göstərəcək. Artıq əcnəbi analitiklər də bunu vurğulamağa başlayıblar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilməsi ilə bağlı fikirləri tərəflərin münasibətlərin yeni səviyyəsinə çıxmasından xəbər verir”. Bu barədə “Trend”ə siyasi analitik, Vaşinqtondakı “Gulf State Analytics”in baş məsləhətçisi Teodor Karasik deyib. 



Onun sözlərinə görə, İstanbulda Türkiyə və Rusiya rəhbərlərinin görüşündə nəinki İŞİD-lə mübarizə yolları və Suriya böhranı müzakirə olundu, eləcə də Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. “Azərbaycanın energetika sahəsində əməkdaşlıq və infrastruktur layihələri məsələlərində Türkiyəyə etibar etdiyini nəzərə alaraq, Rusiya hesab edir ki, Türkiyə münaqişənin həllinə kömək edə bilər” - ekspert qeyd edib.

Hərçənd Ermənistan Türkiyə-Rusiya yaxınlaşmasına həmişə qısqanclıq və şübhə ilə yanaşıb. Ermənistan XİN-in Lavrovun məlum açıqlamasına neqativ reaksiyası bunu bir daha sübut edir. Ancaq Rusiyanın iradəsi olan yerdə erməni kimdir ki?   
***** 
Ötən həftənin Dağlıq Qarabağ ixtilafına birbaşa və ya dolayısıyla təsir edən olaylarından biri də Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu səfəri oldu. Xatırladaq ki, nüvə silahı olan yeganə müsəlman dövləti kimi Pakistan Azərbaycanın Türkiyə qədər sadiq və strateji müttəfiqidir. İki ölkə arasında bir çox sahələr, xüsusın də hərbi-texniki sferada sıx əməkdaşlıq mövcuddur və ildən-ilə bu əməkdaşlıq dərinləşir. Pakistan həm də Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir (Türkiyə tanısa da, işğal faktına görə sərhədləri qapalı saxlayır, İrəvanla diplomatik əlaqələr yoxdur).



M.Nəvaz Şərifin Bakı səfəri, onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, şəkk-şübhə yox ki, ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qalxmasına kömək olacaq. Buna tərəflərin Bakıda verdiyi bəyanatlar şübhə yeri qoymur.

“Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik. Bu məsələdə tam anlaşmamız var”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə danışıqlardan sonra mətbuata açıqlamasında bəyan edib. O qeyd edib ki, Pakistan baş naziri ilə müzakirələrin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunub. 

“Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik” - prezident ardınca qeyd edib.



Göründüyü kimi, Bakıİslamabad bundan sonra hərbi əməkdaşlığı təkcə silah ticarəti ilə məhdudlaşdırmaq niyyətində deyil. İki dost-müttəfiq ölkə birgə müdafiə silahlarının birgə istehsalı və ortaq hərbi təlimlər keçirməyi də planlaşdırır. Bu isə işğalçı Ermənistana daha bir siqnaldır ki, nəhayət, ağlını başına yığsın və nə qədər gec deyil, Qarabağ məsələsində ədalətsiz tələblərindən əl çəksin. 

*****
Bundan başqa, ötən həftə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində qəbul edilən yekun bəyanatda Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinin sürətlənməsinin vacibliyi qeyd olunub və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Bəs Qarabağa dair nikbin bəyanatlar və pozitiv olaylar nəhayət ki, sözdən işə keçməyə yardımçı olacaqmı? Təəssüf ki, siyasi şərhçilər elə də nikbin deyillər. 



“Lavrovun sözü ilə əməli arasında fərq var, Moskva əməldə Ermənistanın istədiyini edir”. Bu haqda politoloq Elxan Şahinoğlu Rusiyanın xarici işlər nazirinin Dağlıq Qarabağa dair məlum açıqlamasını şərh edərkən bildirib: “Lavrov bir tərəfdən deyir ki, Türkiyə Dağlıq Qarabağı nəzərə almadan Ermənistanla sərhədi açsaydı, yaxşı olardı, o biri tərəfdən də bunu inkar edən ifadə səsləndirib ki, indiki vəziyyətdə bu, mümkün deyil və münasibətlərin normallaşması münaqişənin həllindən keçir. Elə biz də illərdir bunu deyirik. Lavrov Türkiyənin Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyinə də eyham vurub. Bu da bizim ən böyük istəyimizdir. Bir sözlə, Lavrov ötən gün Türkiyənin və Azərbaycanın eşitmək istədiyi fikirləri dilə gətirib. Ancaq problem ondadır ki, Lavrovun sözü ilə əməli arasında fərq var, Moskva əməldə Ermənistanın istədiyini edir. Ona görə də işğal davam edir”.

Qarabağ münaqişəsinin üçüncü on ildir həll olunmamış qalmasının birinci səbəbi də elə vasitəçi dövlətlərin, ələlxüsus da Rusiyanın sözdə bir, əməldə tam ayrı yanaşma sərgiləməsi, faktiki, işğalçını himayə eləməsidir. İşğalçı himayə edilirkən işğal dinc yolla aradan qalxa bilərmi?(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar