Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa görə Nobel mükafatı - niyə də olmasın?


Zahid SƏFƏROĞLU yazır


İranın nüvə dosyesinə dair Vyana anlaşmasından sonra dünya nəhayət, nəfəsini bir azca dərdi. Bu, o deməkdir ki, ölkəmizin qonşuluğunda yeni və qorxunc bir müharibə ehtimalı da aradan qalxmış oldu. Odur ki, bu anlaşmadan Azərbaycana daha çox pay düşür yazsaq, yanlıış olmaz. Biz hələ başqa mühüm potensial pozitivləri demirik – məsələn, ölkəmizin anti-İran plasdarmına çevrilməsinin doğuracağı labüd bəlalar.  

Bölgəmizə yaxın məkanda onsuz da İŞİD avantürası hesabına neçə vaxtdır böhranlı bir vəziyyət, xaos hökm sürür, regionda milyonlarla qaçqın var. Üstəlik, İranla bağlı hərbi qarşıdurma nəinki region ölkələrini dramatik duruma sala, ümumən qlobal sabitliyə sarsıdıcı zərbə vura və böyük təhdid yaradardı.

Bu mənada ələlxüsus ABŞİran liderlərinin siyasi iradə və kompromisə getmək bacarığı nümayiş etdirərək 12 illik problemi aşması qlobal əhəmiyyətli hadisədir və regional-beynəlxalq sülh işinə sanballı töhfə sayıla bilər. Bu, eyni zamanda beynəlxalq diplomatiyanın ciddi uğurudur və ABŞ dövlət katibi Con Kerriİranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə buna görə həqiqətən, Nobel sülh mükafatı düşür. Yeri gəlmişkən, artıq İsveçrə hökuməti növbəti il üçün onların namizədliyini irəli sürüb.

***

Vyana anlaşması bir daha nümayiş etdirdi ki, beynəlxalq birliyin, fövqəldövlətlərin iradəsi ortada olarsa, istənilən qəliz problem sadələşə və həllini tapa bilər. 
Bölgəmizdə yeni bir dağıdıcı müharibə riski bununla aradan qalxmış oldu. Ancaq tam qalxdımı? Gerçək bu ki, İran nüvə dosyesindən heç də az qorxulu olmayan başqa bir potensial təhlükə də var regionda – illərdir həlli dalana dirənmiş Dağlıq Qarabağ ixtilafından söhbət gedir.

Görəsən nə vaxt beynəlxalq güclər, aparıcı dövlətlər bu problemin də arxivə verilməsinə nail olub, Qarabağ müharibəsi ehtimalını da sıfırlayacaqlar? Axı, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri elə faktiki, beynəlxalq aləmi təmsil edir. Demək, böyük dövlətlərin siyasi iradəsi və qətiyyəti olsa, bu münaqişə də tez bir zamanda tarixin arxivinə verilə, region və onun xalqları daha rahat nəfəs ala bilər. 

Qarabağ konflikti isə İran problemindən də sadə məsələdir: əgər İran anlaşmasına dair hələ gələn həftə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul olunacaqsa, Dağlıq Qarabağa dair 4 BMT qətnaməsi, həmçinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT PA-nın, İslam Əməkdaşlıq Təşkilatının ədalətli və obyektiv sənədləri çoxdan ortadadır. Sadəcə, icrası qalır. İşğala məruz qalan - bəlli, işğalçı - bəlli. Daha nə lazım?  Nobel mükafatına layiq daha bir sülh anlaşması əldə etməyə nə mane olur ki?    

***

İstənilən halda İran məsələsi yoluna qoyulandan sonra ümid artıb ki, sıra postsovet məkanının ən köhnə və üzücü münaqişəsi, özündə böyük müharibə riski daşıyan Qarabağ probleminə yaxınlaşacaq. Belə bir ümidi son olaraq xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə ifadə edib. 
Ən azından inam var ki, problemə Birləşmiş Ştatların nəzər-diqqəti artacaq. Məsələ də ondadır ki, Vaşinqtonun ciddi şəkildə əl bulaşdırmadığı heç bir qlobal və regional problem aradan qalxmır. Bunu indi Rusiya da etiraf edir. Xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ olmasaydı, İranla anlaşma baş tutmayacaqdı. Sitat: “Şişirtmədən qeyd eləməliyəm ki, razılaşmanın əldə olunmasına əsas, həlledici və şəksiz töhfəni ABŞ-dan olan danışıq iştirakçıları verdilər. Bu – həqiqətən də təkzibolunmaz faktdır ki, Birləşmiş Ştatların nəticəyə hesablanmış qarşılıqlı kompromis axtarışı olmasaydı, bu razılaşma baş tutmayacaqdı...”

***

Elə Ukrayna böhranında da son və qəti sözü yenə ABŞ deyəcək. Məhz Amerikanın müstəsna imkanlarını nəzərə alaraq da, Minsk Qrupunun keçmiş həmsədri, sabiq səfir Metyu Brayza bildirib ki, Barak Obama şəxsən Qarabağ məsələsinə girişib ona töhfəsini verməli, bu məqsədlə AzərbaycanErmənistan prezidentlərini Ağ Evə çağırmalıdır. 
Niyə də olmasın? Barak Hüseyn Obamanın indi daha bir Nobel sülh mükafatı almaq şansı var – Qarabağa görə. İkiqat Nobel mükafatı laureatı. Nəyi pisdi ki? (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar