Qarabağdakı Ermənistan əsgərləri arasında insident - bir hərbçi öldürülüb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində daha bir erməni əsgəri ölüb.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağın şərqindəki hərbi hissələrdən birinin keşikçi məntəqəsində baş verən insident nəticəsində 1995-ci il təvəllüdlü David Kolyan həlak olub. İnsidentin hansı səbəbdən baş verdiyi açıqlanmır.
pia.az