Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda erməniyə qurulan çevriliş planı



Robert Köçəryan Qarabağda səfərdə olarkən separat rejimin rəhbəri Bako Saakyandan öncəki “lider” Arkadi Qukasyanla görüşüb


İki lider Qarabağda uzun müddət müzakirə aparıblar. Köçəryan Qarabağda separat rejimin hərbi rəhbərləri, eləcə də “VivaSel” şirkətinin rəhbəri Ralf Yirikyan, Daşnaksütyun partiyasının üzvləri ilə görüşlər keçirib. Eks-prezidentlə Ermənistan Mərkəzi Bankının rəhbəri Artur Cavadyan, keçmiş kənd təsərrüfatı naziri David Lokyan, Fövqəladə Hallar naziri Armen Yeriçyan, Hökumət Aparatının rəhbəri David Arutyunyan da görüşüb. Maraqlı məqamlardan biri isə Köçəryanın Ovik Abramyanla görüşdən imtina etməsi olub.
 
Köçəryan bununla özünün yanında olan əsas komandanı müəyyənləşdirmiş olub. Beləliklə, bir zamanlar qondarma “Dağlıq Qarabağ”ın rəhbəri olan Köçəryan məhz burada İrəvanda yenidən hakimiyyətə gəlmək üçün planlarını müəyyənləşdirib. Eks-prezidentin görüşdüyü şəxslərin çoxu ölkə ərazisində və separat rejimin olduğu bölgələrdə kifayət qədər söz sahibidir. İndinin özündə də Qarabağda təsirini saxlayan Qukasyan müxtəlif hərbi dairələr tərəfindən dəstəklənir. Həmçinin Bako Saakyan üzərindən böyük nüfuza sahib olması onun Qarabağda əsas oyunları müəyyənləşdirməsinə şərait yaradır.
 
Bir müddət öncə Ermənistan mətbuatı da Qukasyanın Sərkisyanla arasının dəydiyi və İrəvanda müxtəlif dairələrlə iş birliyi qurduğu haqqında məlumat yayıb. Qukasyan Ermənistan və Qarabağla bərabər, diaspor daxilində də böyük dəstəyə sahibdir.
 
Başqa bir maraqlı məqam isə hazırda Ermənistan hakimiyyətində oturan rejimin Qarabağ klanına aid olmasıdır. Ən mühüm amil isə hazırkı mübarizənin məhz bu klanın üzvləri arasında getməsidir. Əgər tarixə də nəzər salsaq, o zaman İrəvandakı hakimiyyət dəyişikliklərinin Azərbaycanın işğal altında olan bölgəsindən başlamış olduğunu görərik. Ermənistanın hərbi dairələrində də geniş imkanlara malik olmaları və buraya əmrlərin Qarabağdakı terrorçu liderlərdən gəlməsi yaxın gələcəkdə İrəvanda mühüm proseslərin dönməsinə imkan yarada biləcək. Üstəlik, Köçəryanın əsas maliyyə rəhbərləri ilə görüşməsi artıq Sərkisyanın hakimiyyətdən getməsi prosesinin sürətləndiyindən xəbər verir.
 
Lakin Serj Sərkisyan üçün ümid hələ tükənməyib. Prezidentin əlində oynanacaq iki əsas kart qalıb. Bunlardan biri Seyran Ohanyandır ki, son günlər onunla da münasibətlərdə soyuma müşahidə olunur. Digər ən önəmli kozır isə Moskvadır. Əgər Sərkisyan Moskvaya öz sədaqətini nümayiş etdirə bilsə, bir zamanlar özünün xaç atası hesab etdiyi Köçəryandan canını qurtararaq İrəvana təsirini davam etdirmiş olacaq. Lakin Vaşinqton səfəri və burada Moskvanın ən qatı düşməni olan Makkeynlə görüşdən sonra Kremlin onun yanında olmayacağı şübhəsi günü-gündən artır.
 
Sərkisyan əleyhinə ən önəmli “rollar”dan birini isə Azərbaycan tutur. İllərdir hakimiyyətdə qalmaq üçün Qarabağ amilindən istifadə etməsi klan üzvlərinin artıq bu istiqamətdə bütün şanslarını tükədib. İstər avqust hadisələri, istərsə də ondan sonrakı dövrlərdə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozduqdan sonra Bakıdan ağır cavab almaları Ohanyan və Sərkisyan birliyinə qarşı münasibəti tam dəyişdirib. Özünü Qarabağ savaşının mühüm liderləri sırasında təqdim edən bu iki şəxsin (əslində hər ikisi terrorçudur və Xocalı soyqırımında mühüm rol oynayıblar – red.) manevr etmək üçün imkanları qalmayıb. Erməni analarının hər gün Sərkisyanın ofisi qarşısına toplanması isə deyilənlərə sübut ola bilər.
 
Son illər ərzində Rusiyanın Ermənistanda hərbi mövcudluğunu ikiqat artırması da məhz buna işarədir. Sərkisyan rus hərbi elitasına hər cür şərait yaratmaqla ona necə sadiq olduğunu nümayiş etdirir. Lakin digər tərəfdən Sərkisyan İranAvropa kartlarını da əlindən buraxmaq istəmir. İstənilən halda hazırkı dövrdə Avropanın bu ölkədə möhkəmlənməsi üçün şərait sıfıra yaxındır. İrana gəlincə isə Moskva heç bir halda bu cənub ölkəsini illərdir hakim olduğu bölgəyə buraxmaq niyyətində deyil və buraxmayacaq. Ona görə də Sərkisyanın seçim şansları yoxa çıxıb və yaxın aylar ərzində onu ağır dövr gözləyir. Köçəryan hakimiyyətə gəlməyəcəyi halda belə, onun təsir edəcəyi, amma Sərkisyandan daha sədaqətli ikinci şəxsin İrəvana gətirilməsi artıq reallığa çevrilir. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar