Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda keçirilən referendumu tanıyanları cəzalandıra biləcəyik?


Şahin Cəfərli: “Frank Engelin bu addımı və açıqlaması Avropa İttifaqının mövqeyinə ziddir”


“Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin adlarının “qara siyahı”ya salınması düzgün qərardır”.

Bu sözləri siyasi şərhçi, politoloq Şahin Cəfərli Avropa parlamentinin deputatı Frank Engelin Dağlıq Qarabağda keçirilən referendumu beynəlxalq və Qərbi Avropa standartlara uyğun fikirlərini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi fevralın 20-də Dağlıq Qarabağdakı separatçı rejim işğal olunmuş Azərbaycan ərazilərində “konstitusiya dəyişiklikləri” adı altında “referendum” keçirdi. Azərbaycanın ilk gündən saxta adlandırmasına, beynəlxalq birliyə xitabən erməni işğalçılarının bu qanunsuz addımını dayandırmağa yönəlik çağırış etməsinə, üstəlik, Avropa təsisatları, ATƏT-in Minsk Qrupunun həmsədrləri, İran, Türkiyə və digər aparıcı dövlətlərin nəticələrin tanınmayacağı barədə bəyanatına baxmayaraq, işğalçı növbəti qanunsuzluğa getdi. Amma Avropa parlamentinin deputatı Frank Engel Dağlıq Qarabağda keçirilən referendumu beynəlxalq və Qərbi Avropa standartlara uyğun olduğunu bildirib. 

Avropa Parlamenti kimi mötəbər bir beynəlxalq təşkilatın deputatının tanınmamış seperatçı qurumun keçirdiyi referendumda müşahidəçi kimi iştirakını beynəlxalq qaydalara nə qədər uyğun hesab edirsiniz və Azərbaycan tərəfini etrazları qarşısında Avropa Parlamentinin öz deputatını cəzalandırması gözləniləndirmi? Öz növbəsində Frank Engel qara siyahıya düşmə ehtimalını da lağ qoyaraq, mən məzuniyyətimi Azərbaycanda keçirməyi planlaşdırmıram deyib. Azərbaycan tərəfinin razılığı olmadan Dağlıq Qarabağa səfər edən şəxslərin Azərbaycan XİN tərəfindən qara siyahıya salınması artıq  nə qədər effektli hesab etmək olar?

Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloq Şahin Cəfərliyə müraciət edib.



Şahin Cəfərli: “Bu tip addımlar Azərbaycanda Avropa qurumlarının nüfuzuna və prestijinə, eləcə də Azərbaycan-Aİ münasibətlərinin inkişafına zərbə vurur”.


Politoloq qeyd edib ki, Dağlıq Qarabağdakı səsvermə prosesini müşahidə etmiş şəxslərin, o cümlədən Avropa Parlamentinin deputatlarının bu hərəkəti təbii ki, beynəlxalq hüquqa etinasızlıq və üzv olduqları qurumun prinsiplərinə hörmətsizlikdir:

“Dağlıq Qarabağdakı səsvermə prosesini müşahidə etmiş şəxslərin, o cümlədən Avropa Parlamentinin deputatlarının bu hərəkəti təbii ki, beynəlxalq hüquqa etinasızlıq və üzv olduqları qurumun prinsiplərinə hörmətsizlikdir. Avropa Parlamentinin aid olduğu Avropa İttifaqı münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həllində maraqlı olduğunu dəfələrlə bəyan edib. Frank Engelin bu addımı və açıqlaması isə Avropa İttifaqının mövqeyinə ziddir. Avropalılara anlatmaq lazımdır ki, bu cür hərəkətlər münaqişənin həllinə nəinki yardım etmir, əksinə, həll yolunda yeni və ciddi əngəllərin yaranmasına səbəb olur. 

Eyni zamanda, bu tip addımlar Azərbaycanda Avropa qurumlarının nüfuzuna və prestijinə, eləcə də Azərbaycan-Aİ münasibətlərinin inkişafına zərbə vurur. Avropa Parlamentinin F.Engelə cəza verəcəyini düşünmürəm. Avropa Parlamentinin deputatları öz müstəqil iradələri ilə hərəkət edirlər və qərarlar verirlər. Təbii ki, həmin deputatın üzv olduğu siyasi qrupun rəhbərliyi və yaxud Avropa Parlamentinin öz rəhbərliyi atdığı addımın qeyri-konstruktiv olduğunu deputatın nəzərinə çatdıra bilər. Bundan daha artığına ümid etməməliyik.  

Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin adlarının “qara siyahı”ya salınması düzgün qərardır. Bunun nə dərəcədə effektiv olduğu barədə əlbəttə ki, müzakirə açmaq olar. Məncə, bu, o qədər də effektiv deyil və arzuolunan nəticəni vermir. Amma digər tərəfdən, başqa hansı addımı atmaq olar ki? Azərbaycanın əlində başqa sanksiya imkanı varmı? Təəssüf ki, əlimizdə çəkindirici vasitələr məhduddur. Münaqişə nə qədər ki, həlini tapmayıb, bu cür səfərlər zaman-zaman davam edəcək”.

Nərminə UMDULU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar