Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda yeni müharibə yetişir?


Azərbaycan qısa zaman kəsiyində işğal altında olan Dağlıq Qarabağı geri qaytarmaq üçün hərbi əməliyyatlara başlaya bilərmi?


Son günlər bu suala cavab hər kəsi maraqlandırır və xüsusi əhəmiyyət kəsb edir. Çünki, uzun müddət davam edən mənasız danışıqlar hamının səbr kasasını doldurub. Hətta, cəmiyyətdən də müharibə çağırışları eşidilməkdədir. Bu həftə ərzində Azərbaycan yüksək səviyyədə hərbi ritorikanı gücləndirib. Dağlıq Qarabağ münaqişənin həll olunması istiqamətində Azərbaycan tərəfinin səsləndirdiyi və atdığı son addımları təhlil edək.

İlham Əliyev: “Bir həftə ərzində orada daş daş üstündə qalmaz”

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin 1-ci yarısının yekununa həsr olunmuş müşavirədə Dağlıq Qarabağ münaqişənin həll edilməməsinin səbəblərindən danışdı və çıxışda diqqət çəkən bir sıra məqamlar var. Nəzər yetirək. 

SİTAT: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir”.

Prezidentin münaqişənin həll işində heç bir irəliləyişin olmaması fikri artıq Azərbaycanın mənasız danışıqlar prosesindən yorulduğunu və münaqişənin həllinin hərb yolu ilə nizama salınması haqqında düşündüyü qənaətinə gəlməyə imkan yaradır. Eyni zamanda prezident düşmən ölkənin bəlkə də gələcəkdə dünya xəritəsində özünə yer tapmayacağını da vurğulayır. Bu isə Ermənistanın həyata keçirdiyi uğursuz siyasi kursla birbaşa bağlıdır ki, mərkəzində Azərbaycan torpaqlarının işğalı dayanır. Eyni zamanda prezidentin Ermənistanın bir dövlət kimi məhv olacağı fikrini başqa amillərlə də izah oluna bilər. 

Necə? Azərbaycan əsgərinin gücü ilə...

SİTAT: “Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, ErmənistanAzərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.

Ali Baş Komandanın da fikirlərindən aydın sezilir ki, hazırda danışıqlar prosesinin dalana dirənməsi alternativ variant üzərində yəni, torpaqların hərb yolu ilə azad edilməsi istiqamətində ciddi işlər gedir. Bu həm Azərbaycan Müdafiə Nazirlyinin qoşun birləşmələrinin hərbi təlimlərə yüksək intensivliklə davam etdirməsində, həm də Ali Baş Komandanın son müşavirədə Ermənistanın havadarlarına göndərdiyi mesajdan sezilir. Yəni, münaqişənin həll olunmasında artıq yeganə yolun hərbi variant olduğu qaçılmazdır. 

Digər bir məsələ isə Prezident İlham Əliyevin son müşavirədə münaqişənin həlli istiqamətində hərb yoluna meylləndiyini işarə etməsi və Ermənistana havadarlıq edənlərin bundan xəbərdar olmasını özündə ehtiva edən xəbərdarlıq mesajı idi. 

Artıq münaqişənin həlli ilə məşğul olan həmsədr dövlətlərin təmsilçilərindən reaksiyalar gəlməkdədir. 

“Konflikt alovlana və genişlənə bilər”

Belə ki, ABŞ-lı həmsədr Ceyms Uorlik Moskva səfərinin yukunlarına dair “Vedomosti” nəşrinə müsahibəsində vurğulayıb ki, konfliktin alovlana və genişlənə bilməsi üçün hər cür əsas var. 

Diplomat onu da qeyd edib ki, Rusiya ilə Qərb arasında gərginlik yaşansa da, “fikir ayrılıqlarının Qarabağ məsələsinə aidiyyəti yoxdur və bu məsələdə Moskva ilə Vaşinqtonun mövqeyi üstü-üstə düşür”. 

Yəni, münaqişənin istənilən yolla həllində ABŞRusiyanın mövqeləri üst-üstə düşür. Bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, artıq hər şey prezidentlərin növbəti görüşündə məlum olacaq. 

Zakir Həsənov: “Xalq torpaqlarmızın azad olunmasını tələb edir”

Bu həftənin ən diqqət çəkən məqamlarından biri isə Azərbaycan müdafiə naziri Zakir Həsənovun mövqeyi ilə bağlıdır. Belə ki, nazir ilk olaraq ermənilərin sıx yerləşdiyi yaşayış məntəqələrinə və hərbi obyektlərə iriçaplı silahlardan dərhal zərbə endirilməsi ilə bağlı xüsusi tapşırıq verdi. 

Ardınca döyüş təyyarələrimizi havaya qaldırdı. Son olaraq isə bəyan etdi ki, xalq torpaqlarmızın azad olunmasını tələb edir. 

Hesab oluna bilər ki, Azərbaycan topraqların geri qaytarılması üçün yeganə yolunu müharibədə görür və bu istiqamətdə hazırlıq işləri son mərhələyə qədəm qoyub. 

Fikirlərimizi ümumiləşdirib belə qənaətə gələ bilərik ki, Dağlıq Qarabağda yeni müharibə yetişməkdədir. 

Ekspertlər Qarabağın hərbi yolla azad edilməsi ilə bağlı mövcud vəziyyəti şərh ediblər. 

Politoloq Arzu Nağıyev bildirir ki, bu gün Cənubi Qafqazda müharibənin alovlanması və yeni bir ocağın yaranması heç kimə o cümlədən nə ABŞ-a, nə də Rusiyaya sərf etmir: “Məhz buna görə də ilk növbədə ABŞ danışıqlar prosesinə təsir etmək üçün təşəbbüsü öz əlinə almağa çalışır. ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikin ilk öncə İrəvana səfəri,qarant rolunda çıxış etməsi, bundan sonra Moskva görüşləri, Bakıya səfər də buna dəlalət edir. 

Məlumdur ki, ABŞ-da iki ölkə rəhbərlərinin görüşü də planlaşdırırlır. Əsas məqsəd artan erməni təxribatlarının qarşısının alınmasıdır. Daxili siyasətdə də fiaskoya uğrayan Serj Sərkisyan bunu özünü sığorta kimi münaqişəyə də yönəldə bilər. Biz müharibə istəmirik”.

Politoloq prezidentin Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin dedikləri həqiqətdir. “Bir həftəyə işğalçının daşı daş üstdə qalmaz” bəyanatı da ünvanlıdır. Çünki, Madrid prinsipləri son sənəd kimi qəbul edilirsə, münaqişənin həlli ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Əgər bu danışıqlar fayda verməzsə, işğalçı Ermənistanı tərəfimizdən güc nümayişi hesabına sülh masasına məcburi əyləşdirmək lazımdır, yəni bu da variantlardan biri və düşünürəm ki, sonuncusudur”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə hesab edir ki, hazırkı durumda müharibə gözləmir: “Ermənistan ölkə daxilindəki böhrandan diqqəti uzaqlaşdırmaq üçün hər hansı bir təxribat edə bilər. Amma, Azərbaycanın hazırda müharibə etməklə bağlı hər hansı bir planı yoxdur. Ona görə qarşıdurmanın hərbi əməliyyatlarla davam etdirilməsinə beynəlxalq qüvvələrin də mənfi təsirlərinin olacağını düşünmürəm”. 

Elvin ABDULQƏDİROV(azvision.az)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar