Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdakı karikatur seçkilərdə kim uddu, kim uduzdu?


Etnik təmizləmə aparılmış bölgədə demokratik seçkilərin keçirilməsindən yalnız ermənilər və onların xaricdəki qədəh ortaqları dəm vura bilərdi


Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində separatçılar daha bir seçki tamaşası təşkil elədilər. Bako Saakyan adlı lideri Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti - KQB-nin hüquqi varisi) ştatlı agenti olan separatçılar bu tamaşanı seçkiyə oxşatmaq üçün dərindən-qabıqdan çıxıb xarici “müşahidəçilər” də dəvət elədilər. 

Aydındır ki, hamısı ermənilərlə dostluq qruplarının üzvü olan bu əcnəbilər - Azərbaycanın çağırılmamış qonaqları da qanunsuz elan edilmiş bu saxta seçkilərə hansı qiymət tələb olunurdusa, onu da verdilər. Yəni “əla” qiymət qoyub getdilər. Guya Moskvanın tam nəzarətində olan, hamının “Kremlin tulası” kimi tanıdığı Bako Saakyan tərəfindən idarə edilən bir bölgədə demokratik seçki keçiriləcəkmiş. 

Rəsmi Moskva normal seçki istəsəydi, elə Rusiyada buna imkan verərdi. İkinci yandan, illərdir Putin Rusiyası üçün Ermənistanın özü marionet, oyuncaq statusundadır, o ki ola qondarma “DQR”. Heç Ermənistan parlamentinin, Ermənistan iqtidarının iradəsi Moskvadan ötrü 5 qəpiklik dəyərdə deyil, o ki qaldı Azərbaycanın balaca bir rayonunun əhalisi qədər seçiciyə malik Dağlıq Qarabağda separatçıların qurduqları oyuncaq parlamentlər.       

 
                      
Dağlıq Qarabağdakı növbəti saxta seçkilərin bir karikatur cəhəti də həmin “seçkilərin” növbəti dəfə bölgənin köklü azərbaycanlı əhalisinin iştirakı olmadan keçirilməsidir. Çünki onlar çoxdan doğma yurdlarından çıxarılıb, bölgə etnik təmizlənməyə məruz qalıb - hansı faktı ki, əfsuslar olsun, ATƏT-in Minsk Qrupunun həmsədrləri bir qayda olaraq, görməzlikdən gəlirlər. 

Demokratiyadan, legitimlikdən dəm vuran ermənilər, beynəlxalq “müşahidəçilər” niyə bundan danışmırlar, görəsən? Etnik təmizləmə aparılmış bir bölgədə azad və ədalətli seçkilərdən danışmaq üçün doğrudan da ya gərək erməni olasan, ya da erməninin konyak dostu, qədəh ortağı! 

İndi bu, “Arçax xalqı öz azad iradəsini nümayiş etdirdi” deyən üzdəniraq “müşahidəçilərə”, əslində isə beynəlxalq lotulara qarşı Bakı niyə də cinayət işi açmasın, onları beynəlxalq axtarışa verməsin? Azərbaycan əslində bu işdə gecikib. Çünki indiyədək erməni separatçıları 6 belə “parlament seçkiləri” tamaşası qurublar. Həmçinin, Gürcüstandakı kimi, işğal altındakı bölgələrin statusu haqda xüsusi qanun qəbul etməyin zamanı çatıb.       
      


Söz yox ki, separatçı rejimin başında duranlar saxta və qeyri-legitim seçkilərlə diqqəti Dağlıq Qarabağdakı qanunsuz rejimə yönəltmək, guya “DQR” adında “müstəqil hüquqi subyekt”in varlığına bir daha beynəlxalq birliyi, ələlxüsus Qərbi inandırmağa çalışırlar. 

Və bir az da deyəsən, həmsədrlərin və ABŞ Dövlət Departamentinin 3 mayla bağlı bəyanatında yer almış “Dağlıq Qarabağ xalqı” ifadəsindən ruhlanıblar. Hətta bəzi erməni “politoloqlar” həmin ifadəni seçkilərin nəticələrinin vasitəçilər tərəfindən tanınması kimi qələmə verməyə çalışıblar.           
 
Yeri gəlmişkən, Azərbaycan torpaqlarının işğalda qalmasının on illərlə uzanmasının əsas səbəblərindən biri və birincisi vasitəçilərin dişsiz sülh diplomatiyası və onların zaman-zaman erməni separatizminə qol-qanad verən ikili mövqeyidir. Həmin ifadə, üstəgəl, bəyanatda Qarabağdan qovulmuş 40%-lik azərbaycanlı seçicilər haqda heç nə deyilməməsi, şəksiz ki, münaqişənin ədalətli həllinə işləmir. Ona görə ki, bu kimi ifadələr, sətiraltı mesajlar işğalçı tərəfdə nə vaxtsa öz müqəddəratını təyinetmə hüququnun tanınacağına olan ümidləri artırır. 

Rusiya ilə məsələ aydındır. Nə qədər ki, aparıcı Qərb dövlətləri Dağlıq Qarabağ separatçılarına Krım, Donbas, Abxaziya, Dnestryanı bölgə separatçıları kimi eyni gözlə baxmayacaq, nə qədər ki, işğal faktları Qərb dövlətlərinin milli maraqlarının diktəsi ilə “sərfəli” və “qeyri-sərfəli” olaraq iki kateqoriyaya bölünəcək, karikatur seçkilərin davamı da gələcək.         

 
Yaxud gəlməyəcək -səbri daşan Azərbaycan xalqı əlverişli günlərin birində ayağa durub zor gücünə öz ərazilərini yadellilərdən və işğalçılardan təmizləyəcək. Hələliksə seçki tamaşalarına zor-xoş baxmaq zorundayıq - onlardan həm də düzgün dərc götürməklə. 

Hərçənd, o da var ki, say-hesabı itən saxta seçkilər Dağlıq Qarabağın erməni əhalisini də xoş günə çıxarmayıb, ikinci qondarma erməni dövləti Ermənistanın özü tərəfindən belə tanınmayıb. 22 ildə bu, baş verməyibsə, heç vaxt baş verməyəcək. Dağlıq Qarabağın statusunu, gələcəyini belə üzdəniraq seçkilər müəyyən eləməyəcək. 3 may seçki şousunun erməni tərəfindən ötrü əsas ibrət dərsi budur - etiraf etsələr də, etməsələr də. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar