Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın əngəl daşı


Alla Yazıkova: "Əvvəlcə yeddi rayonu azad etmək lazımdır"


Avropa PAN Aralıq və Qara dəniz Mərkəzi İnstitutunun professoru, Aralıq və Qara dəniz Tədqiqat Şurasının rəhbəri Alla Yazıkova AzərbaycanErmənistan prezidentlərinin Paris görüşü ilə bağlı "Vestnik Kafkaza" müsahibə verib.

ANS PRESS-in məlumatına görə, o, müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin çətin problem adlandırıb, bunun həllinin həm də bir sıra xarici amillə bağlı olduğunu deyib: "Tərəflər bir-birinə əks mövqedə dayanırdılar. Çünki son vaxtlar qarşılıqlı ittihamlar, bəyanatlarlar sərtliyi ilə seçilirdi.Dövlət başçılarının Parisdə bu problemin həlli üçün səylərin davam etdirmələri barədə razılığa gəlməsi əhəmiyyətlidir."

Onun sözlərinə görə, bu ərazilər Azərbaycan torpaqları olsa da, burada ermənilər də yaşayıblar. Son 20 ildə yeni nəsil böyüyüb. Təmas nöqtələrini ictimai səviyyədə tapmaq çətindir, bütün ictimai dialoqu qaydaya salmaq cəhdləri müvəffəqiyyətlə nəticələnmir.

Ekspertin fikrincə, ən real nəticəyə indi nail olmaq mümkündür. Tərəflərin razılığını problemin həlli istiqamətində mühüm addım hesab etmək olar. Ermənistanla işğal edilmiş Azərbaycan rayonlarının azad olması haqqında dialoq aparılmalıdır və təhlükəsizlik zolağı kimi mərhələli şəkildə 5-7 rayon qaytarılmalıdır. Azərbaycan müxtəlif variantlara hazırdır. Amma təəssüf ki, qarşı tərəf buna hazır olmadığı üçün məhz oradan təhlükə çıxır, atışmalar aparılır, qurbanlar baş verir. Bu rayonlar regionda təhlükəsizlik üçün əngəl daşı olur. Ermənistan gələcəyini, özünü təcrid vəziyyətdən çıxarmaq, məhsulunu ixrac etmək üçün düşünməlidir.

Xatırladaq ki, prezident İlham Əliyevin və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Razılıq Fransa prezidentinin Fransua Ollandanın təşəbbüsü ilə keçirilən Paris görüşündə nail olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar