Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağla bağlı mühüm açıqlama


Beynəlxalq ekspert: "Moskva Qərbin istənilən təşəbbüsünü məhv edəcək"


"Moskva Qarabağ münaqişəsinin həllində Qərbin istənilən təşəbbüsünü məhv edəcək."

Bunu Oksford Universitetinin Beynəlxalq münasibətlər və siyasət kafedrasının professoru, politoloq Nil Makfarleyn Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış son gərginliklə bağlı danışarkən deyib.

O, Ermənistan mətbuatına verdiyi açıqlamada bildirib ki, Minsk qrupunun həmsədrləri vəziyyətin deskalasiyası üçün tərəflərlə danışıqlara başlamalıdır. ATƏT qoşunların təmas xəttində müşahidəçi missiyasını genişləndirməlidir: "Onların qarşısında münaqişəni nizama salmaq, etimad mühiti yaratmaq və gərginliyi yumşaltmaq üçün vasitəçilik missiyası var. İndi tərəflərin güzəştə getməyə hazır olmaması problem yaradır. Danışıqlar aparmaq üçün isə etibar qazanmaq lazımdır."

Politoloq deyib: "Azərbaycan əmindir ki, Qarabağ onun qanuni ərazisidir, insanlar Qarabağa, yurdlarına qayıtmalıdır və Qarabağda Azərbaycanın Konstitusiyası işləməlidir.

Ermənistan isə düşünür ki, Qarabağda erməni əhalisinin təhlükəsizliyi qorunmayacaq və guya Dağlıq Qarabağ əhalisinin əksəriyyəti öz müqəddəratını təyin etmə hüququna malikdir. Ermənilər LaçınKəlbəcər üzərində nəzarət istəyirlər. Təbii ki, bu da çətin məsələdir. 

N.Makfarleyn münaqişədə Rusiya-Qərb amilinə də toxunub: "Belə gərgin vəziyyətdə Rusiyanı ittiham etmək çətindir. Əgər ABŞ münaqişənin nizama salması prosesinə təşəbbüs edərsə, ruslar Qərbin istənilən təşəbbüsünü, təklifini bəyənməyəcək, əksinə, məhv edəcəklər."

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar