Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağla bağlı prosesdə canlanma


Rusiya noyabrın ikinci yarısını “Qarabağ ayı” elan edib; Nalbəndyanın ardınca Elmar Məmmədyarov da Moskvaya getdi; politoloqdan maraqlı şərh...


Son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı gəlişmələr müşahidə olunur. Bu dinamikanın problemin həllinə aparıb-aparmayacağı bəlli olmasa da, hər halda prosesin özü diqqət çəkir və alt qatında hansı planların olması dıqqət çəkir.

Artıq məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftənin əvvəlində Bakı və İrəvana səfər etməyi planlaşdırır. Bu barədə nazirin özü mətbuat konfransında bildirib. “Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfərlərim planlaşdırılır. Bu səfərlər, ilk növbədə, Rusiya ilə AzərbaycanErmənistan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub” - S.Lavrov deyib. Düzdür, rus diplomat “o cümlədən Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər çərçivəsində harada olduğumuzu anlamağa çalışacağıq” deyərək, bölgənin əsas probleminin üstündən keçməyə çalışıb.

Maraqlıdır ki, Ərdoğan-Putin görüşündən sonrakı açıqlamalar zamanı da tərəflərin Qarabağ məsələsinin üzərində xüsusi dayanmadığı müşahidə olunmuşdu. Hansı ki, Türkiyə prezidenti Soçi görüşündən əvvəl rusiyalı həmkarı ilə Qarabağ məsələsini müzakirə edəcəyini demişdi. Görüşdən sonra isə belə fikirlər səsləndi ki, Türkiyənin Qarabağla bağlı prosesdə iştirak etməklə bağlı Putinin razılığını almaq niyyəti baş tutmayıb.

Ancaq məhz Soçi görüşündən sonra Qarabağ danışıqlarının intensivləşməsi digər versiyalara yol açır. Məsələn, belə düşünmək olar ki, əslində Putin və Ərdoğan bölgənin təhlükəsizliyini təhdid edən Qarabağ probleminin nəhayət, həlli istiqamətində anlaşıblar, lakin digər güc mərkəzlərində qıcıq yaratmamaq üçün anlaşmanın məxfiliyini qorumağa üstünlük veriblər. Yeri gəlmişkən, hazırda həm Rusiya, həm də Türkiyə Qərbin təpkiləri ilə üz-üzədir. Bu vəziyyət isə Ankara və Moskvanı bir-birinə yaxınlaşmağa vadar edir. Bu yaxınlıq və əməkdaşlıq isə regional münaqişələrin birgə həllini də zəruri edir. Üstəlik, qardaş Türkiyənin Azərbaycan torpaqlarının işğalı ilə barışmayacağını bəyan etməsi Azərbaycan üçün də ümidlər yaradır. Təsadüfi deyil ki, Ermənistan Rusiya-Türkiyə yaxınlaşmasını narahatlıqla izləyir və Kremlin İrəvana işğala son qoymaq üçün təzyiqlər göstərəcəyindən dolayı təşviş var.

Aprel döyüşlərindən sonrakı bir neçə ayı çıxmaq şərtilə, son illərdə ilk dəfədir ki, Qarabağla bağlı danışıqlarda intensivlik müşahidə olunur.

Rusiya XİN rəhbərinin Bakı və İrəvana uzun fasilədən sonra paralel səfər etməsi də diqqətdən qaçmamalıdır. Lavrov bu ilin əvvəlində “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” açıqlamasından sonra Azərbaycanda olan-qalan etimadını itirmişdi. Erməni əsilli nazirin açıq şəkildə işğalçını himayə etməsi şəraitində onun Qarabağ məsələsinin ədalətli həllinə töhfə verəcəyinə kimsəni inandırmaq təbii ki, mümkün deyil. Xeyli müddət Qarabağdan danışmağı belə özünə yasaq edən Lavrov yenə də önə çıxır. Ehtimal olunur ki, Rusiya XİN başçısı yenə də çantasındakı “Lavrov sənədi”ni gətirəcək və tərəflərə təqdim edəcək. Ancaq bu sənədin qəbulolunmazlığını Azərbaycan müxtəlif səviyyələrdə bəyan edib. Söhbət 3-5 rayonun azad olunmasının qarşılığında Dağlıq Qarabağın “müstəqilliyi”nin həzm etdirilməsi layihəsindən gedirsə, təbii ki, bu, qəbulolunmazdır. Elə isə Lavrovun bu səfərdə məqsədi nədir?

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Axar.az-a deyib ki, Lavrov Azərbaycanın Qarabağ üzərində suverenlik hüquqlarının məhdudlaşdığını bəyan edəndən bəri Azərbaycan ictimaiyyətində etimadını tamamilə itirib: “Bu baxımdan da onun Bakıda vasitəçilik funksiyasını həyata keçirəcəyinə inanmıram. Hesab edirəm ki, Lavrovun Bakıya gəlişi birbaşa Rusiyanın vasitəçilik roluna ziyan gətirən bir səfərdir. Çoxdan planlaşdırılsa da, əslində Lavrovun Bakıya səfəri heç də təsadüfi deyil. Vasitəçilik rolunu oynamaq üçün həm həmin ölkənin siyasəti, həm də bu rolu həyata keçirən insanlar hansısa etimada malik olmalıdırlar. Bildiyiniz kimi, Azərbaycan xalqı Lavrovu ümumiyyətlə, qəbul etmir, onun vasitəçilik rolunun ədalətli olacağına da inanmır. Bu illər ərzində verdiyi bəyanatlar göstərir ki, Lavrovun fəaliyyətində təəssüflər olsun ki, sadəcə bir imitasiya mövcuddur. Bu baxımdan da hesab etmirəm ki, o vasitəçilik rolunu həyata keçirə bilsin. Bir müddət öncə həmin Soçidə AzərbaycanRusiya prezidentlərinin görüşündə bəyan olunmuşdu ki, Rusiyada Bakı-Moskva əlaqələrinin inkişafına maneçilik törədən ermənipərəst qüvvələrin böyük hissəsi Rusiya Xarici İşlər Nazirliyində cəmləşib. Bunu boşuna xatırlatmadım. Çünki indiki mərhələdə Lavrovun Bakıya səfəri sülh prosesinə yalnız ziyan gətirə bilər”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə 15 noyabrdakı mətbuat konfransında deyib ki, Rusiyanın xarici işlər naziri S.Lavrov noyabrın 19-20-də Bakıda səfərdə olacaq. “Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm. Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək”-nazir bildirib.

Qeyd edək ki, E.Məmmədyarov çərşənbə günü artıq Moskvaya gedib. Bu günsə həmsədrlərlə görüşəcək.

E.Məmmədyarovdan bir gün əvvəl isə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Rusiya paytaxtına səfər edərək ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bira araya gəlib. Görüş düz 3 saat davam edib. Tərəflər Qarabağ konfliktinin həlli yollarını müzakirə ediblər. Həmsədrlər həmçinin Nalbəndyanla Elmar Məmmədyarovun görüş imkanlarını araşdırıblar.

E.Nalbəndyanın ardınca 15 noyabrda prezident Serj Sərkisyan da Moskvaya səfər edib. Kremlin bildirdiyinə görə, o, Vladimir Putinlə Avrasiya İttifaqı çərçivəsində inteqrasiya məsələlərini, iki ölkə arasında müttəfiqlik münasibətlərini və “regional problemləri” müzakirə edəcək. Görüşün rəsmi gündəmində Qarabağın adı çəkilmir, amma heç şübhə yoxdur ki, “regional problemlər” qismində əsas yeri Qarabağ nizamlanması tutacaq. Virtualaz.org yazıb ki, ilin sonuna qədər ən azı AzərbaycanErmənistan xarici işlər nazirləri arasında görüş olacaq, hərçənd təmasların, müzakirələrin intensivliyi prezidentlər səviyyəsində görüşü də istisna etməməyə əsas verir.

Bu, ola bilsin ki, Putin-Sərkisyan müzakirələrinin nəticəsindən asılı olacaq. Qeyd edək ki, Sərkisyandan əvvəl Azərbaycan prezidenti İlham Əliyev də rusiyalı həmkarı ilə təmasda olub. Bu görüş Tehranda keçirilə Rusiya-Azərbaycan-İran üçtərəfli sammiti çərçivəsində baş tutmuşdu. Xəbərlərə görə, Tehranda sammitin keçirildiyi məkanda  İlham Əliyev Vladimir Putinlə təkbətək uzun-uzadı gəzişib, söhbətləşib. Kameralar bu məqamı qısa da olsa qeydə alıblar. Prezidentlər Tehrana Şimal-Cənub nəqliyyat dəhlizi, energetika sahəsində əməkdaşlıq kimi hər üç ölkəni maraqlandıran məsələləri müzakirə etmək üçün yığışmışdılar. Ancaq heç bir şübhə yoxdur ki, Azərbaycan prezidenti rusiyalı həmkarı ilə bu görüş imkanından daha çox məhz Qarabağ məsələsini müzakirə etmək üçün yararlanıb. Çünki Rusiyanın regionda və dünyada güclənməkdə olan mövqeyi onsuz da əvvəldən həlli Moskvadan asılı olan bu münaqişənin nizamlanmasında prezident Putinin rolunu həlledici edir.

Bütün bu hərəkətlilik Moskvanın “5 rayonun qaytarılması” planını yenidən aktuallaşdırması fonunda yaranıb. Ancaq Rusiya rayonları qaytarılmasının əvəzində Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə qoşulması da daxil olmaqla bir sıra şərtlər irəli sürür.

T.Zülfüqarov da hesab edir ki,  Ərdoğanla Putinin 13 noyabrda Soçidə baş tutan görüşündə Dağlıq Qarabağ mövzusunun müzakirə olunduğu şübhə doğurmur: “Başa düşməliyik ki, Soçidə Dağlıq Qarabağ mövzusunun müzakirəsi barədə açıqlama verilməməsi çox yaxşı haldır. Əminəm ki, Rusiyada məsələ ətrafında hansısa müzakirələr gedib. O üzdən indidən buna dair açıqlamaların olmaması əslində təbii haldır. Çünki görüş zamanı bəyan olunan mövqelər ancaq tərəflərin müzakirəsindən sonra açıqlana bilər. Hesab edirəm ki, bu, prosesin başlanğıcıdır və davam edəcək. Hər halda buna aid bəzi ümidləri istisna etmirəm”. Sabiq nazirə görə, Türkiyə prosesə qatılıb və artıq Qarabağ məsələsinə yeni nöqteyi-nəzərdən baxılacaq: “Artıq Türkiyə sülh prosesinin bir iştirakçısıdır və bu, müsbət haldır. Bu, regionda olan təhlükəsizlik məsələsidir və Qarabağ konfliktinə bir növ yeni baxışdır”.

RusiyaErmənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmadığı barədə heç bir rəsmi mövqeyə rast gələ bilməzsiniz. Əgər Ərdoğan və Putin birgə mətbuat konfransında Dağlıq Qarabağ məsələsi haqqında danışmayıblarsa, bu, o demək deyil ki, Qarabağ məsələsi müzakirə edilməyib”.

Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında söylədi. O, bildirdi ki, dövlət başçıları ikitərəfli görüşlərdən sonra mətbuata açıqlanması mümkün olan məqamlardan danışırlar: “Mühüm əhəmiyyət kəsb edən məsələlər heç vaxt mətbuata açıqlanmır. Əks təqdirdə dövlət başçılarının görüşlərinə ehtiyac qalmazdı, telekörpü vasitəsilə canlı yayımda müzakirə aparıb mətbuatı da hər şeydən hali edərdilər. Şübhəsiz ki, Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Lakin AzərbaycanErmənistan xarici işlər nazirlərinin Moskvaya səfərlərini, Lavrovun isə Bakı və İrəvanda təmaslara keçəcəyini yalnız Ərdoğan-Putin görüşü ilə əlaqələndirmək düzgün deyil. Bildiyiniz kimi, Azərbaycan, Rusiyaİran prezidentlərinin Tehran zirvəsində və elə bu zirvə çərçivəsində, İranın paytaxtında İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Hesab edirəm ki, münaqişənin tənzimlənməsi ilə bağlı sərgilənən diplomatik aktivlik ilk növbədə AzərbaycanRusiya prezidentlərinin Tehranda keçirilən görüşündən qaynaqlanır. Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri də çox güman ki, bu prosesə əlavə stimul verib”.

E.Mirzəbətlinin sözlərinə görə, Sərkisyanın Moskvaya səfərinə gəldikdə isə bunu sadəcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqələndirmək doğru olmazdı: “Sərkisyan üçün hazırda prioritet məsələlərdən biri də hakimiyyətinin ömrünün uzadılmasıdır. Sərkisyan İrəvanda baş verən proseslər müstəvisində növbəti addımlarını müəyyənləşdirmək üçün Moskvaya təlimat almağa gedib”.

İstənilən halda, görünən budur ki, Kreml növbəti dəfə Qarabağ tənzimlənməsində təşəbbüsü ələ alıb. Hətta Türkiyənin prosesdə iştirakına razılıq verilsə belə, görüşlərin məhz Moskvada keçirilməsi, Rusiyanın baş diplomatının AzərbaycanErmənistana səfəri əlavə arqumentə yer qoymur. Hər halda Rusiya bölgədə böyük müharibənin baş verməsini istəməsə də, on illər öncə Qarabağda çatdığı ocağı tam söndürməyə də maraqlı deyil. Ancaq görünən budur ki, Rusiya noyabrın ikinci yarısını “Qarabağ ayı” elan edib. Bəs, bu canlanma sonda hara aparacaq? Demək çətindir...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar