Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağla bağlı sensasion açıqlamalar


Zəfər Quliyev: “Azərbaycanı şirnikləndirmək istəyirlər ki, Avrasiya İqtisadi İttifaqına daxil olanda 7 rayonun qaytarılması məsələsi asanlaşa bilər”


Ermənistanın Putinin “yeni SSRİ” layihəsi olan Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbul edilməsi bəzi dairələrdə Azərbaycanın diplomatik uğuru kimi qəbul və təqdim olunur.

Hesab edilir ki, rəsmi Bakının sonadək prinsipial mövqe nümayiş etdirməsi və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bir neçə ay öncə Azərbaycanın torpaq bütünlüyünə sayğılı davranışı nəticəsində Sərkisyan Avrasiya İttifaqına işğal altında saxladığı Qarabağsız daxil ola bildi.

Qeyd edək ki, prezident İlham Əliyev Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının son iclasında iştirak və çıxış edərək postsovet ölkələri ilə əməkdaşlığın perspektivi barədə Azərbaycanın rəsmi mövqeyini bir daha iştirakçıların diqqətinə çatdırmışdı.

Rusiya İctimai Palatasının üzvü, Dövlət Dumasının keçmiş üzvü, politoloq Sergey Markov deyib ki, Ermənistan Avrasiya İttifaqına qoşulduqdan sonra Azərbaycan və Türkiyə tərəfindən düşdüyü blokadadan çıxmaq üçün 7 rayonu qaytarmalıdır. Onun fikrincə, proseslər fonunda tədricən böyük güzəştlər üçün rahat siyasi vəziyyət yaradılır: “Ermənistan Avrasiya layihələrinə qoşulur, bunun üçün ona blokadadan çıxmaq lazımdır”. Rusiya Dövlət Dumasının deputatı, maliyyə bazarı üzrə komitənin sədr müavini, Rusiya Liberal-Demokrat Partiyasının parlament fraksiyasının üzvü Dmitri Savelyev isə bildirib ki, bir il ərzində Qarabağətrafı rayonlar, üç ilə isə Dağlıq Qarabağ azad olunmalıdır". (“Bakı xəbər” qəzeti).

Bu arada Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ müşahidə olunur, qarşılıqlı səfərlər intensivləşib. Moskvadan Bakıya sonuncu səfər edən Rusiya müdafiə naziri Şoyqudur ki, onun gəlişi təsadüfə oxşamır. 

“Məlumatlı mənbə: “Faktiki olaraq müstəqilliklə bağlı oyun artıq qırmızı xətlərin üstündə gedir”

Politoloq Zəfər Quliyev Minsk sammitinin nəticələrinə fərqli yanaşmaların olduğunu təsdiqlədi: “Əslində Ermənistanın Avrasiya İttifaqına daxil olması gözlənilməz addım deyildi. Ona görə də bunu hansısa bir əlavə müdaxilənin, Azərbaycanın mövqeyinin uğurlu nəticəsi saymaq düzgün deyil. Çünki əvvəlcədən bəlli idi və neçə vaxtdır müzakirə gedirdi ki, Ermənistanı heç vaxt Qarabağla birgə bura qəbul etmək mümkün deyil. Hətta sabah Ermənistan Avropa İttifaqına da daxil olmaq fikrinə düşsə, aydın məsələdir ki, ora da Qarabağsız, yəni BMT-də tanındığı sərhədləri ilə daxil olmalıdır. Ona görə də bu məsələdə Qarabağı spekulyasiya obyektinə çevirmək düzgün deyil. Bunu mən uğur saymazdım. Uğur o vaxt olardı ki, hansısa bir gözlənilməz nəticə əldə edilsin”. Z.Quliyev eyni zamanda bu mənzərənin Azərbaycan üçün nə verdiyi barədə suala da aydınlıq gətirməyin vacibliyini qeyd etdi: “Deyək ki, Ermənistan Gömrük İttifaqına və Avrasiya İttifaqına daxil oldu. Elə fikirlər var ki, artıq Ermənistanla Qarabağ arasında gömrük münasibətləri qurulacaq, bu, Qarabağı ”miatsum" ideyasından uzaqlaşdırır, Ermənistanın iddialarını azaldır, yəni Azərbaycanın xeyrinədir. Lakin məsələnin digər tərəfini nədənsə vurğulamırlar. Axı Qarabağ özünü “müstəqil” elan etsə də, dünyada suveren dövlət kimi tanınmayıb. Eyni zamanda Qarabağın özü ilə Ermənistan arasında “gömrük” nöqtələri olacaqsa - bunun formal, ya ciddi işləyəcəyi məsələnin ikinci tərəfidir - yenə də bu, tanınmayan “DQR”-in səviyyəsini, statusunu bir az da qaldırır. Bu baxımdan mən hesab etmirəm ki, vəziyyət Azərbaycanın xeyrinədir. 20 ildir Qarabağ separatçıları öz beynəlxalq statusunu genişləndirməyə çalışır və bu da növbəti bir addımıdır". 

Politoloq İrəvanın Avrasiya Birliyinə daxil olmasının Ermənistandakı rezonansına da diqqət çəkdi: “Bu, bir tərəfdən Ermənistanın özündə ciddi bir narazılıqla qəbul olunur, ölkənin müstəqilliyinin itirilməsi istiqamətində növbəti addım sayılır. Onsuz da Ermənistan siyasi-iqtisadi cəhətdən Moskvadan asılı idi. Lakin bu addımdan sonra Ermənistan tamamilə müstəqilliyini itirir”. Ancaq Z.Quliyevin fikrincə, eyni zamanda Azərbaycan çox ciddi bir sınaq, seçim qarşısında qalır: “Azərbaycana bu istiqamətdə təzyiqlər artır. Yenə də Qarabağ məsələsində spekulyasiya edərək açıq formada Azərbaycanı şirnikləndirmək istəyirlər ki, Avrasiya İqtisadi İttifaqına daxil olanda 7 rayonun qaytarılması məsələsi ola, münaqişənin həlli kifayət qədər asanlaşa bilər. Yəni bu iki ölkə artıq Avrasiya İttifaqı daxilində birbaşa Moskvanın arbitrajından asılı olacaqlar, Rusiyanı arbitr kimi qəbul edərək. Moskva da işarə edir ki, mən bu məsələni özüm həll edəcəyəm. Şirnikləndirici arqumentlər kifayət qədərdir. Lakin aydın məsələdir ki, Rusiya hansısa təhlükələr haqqında danışmır, gərək bu barədə biz danışaq. Əslində Azərbaycan bura daxil olandan sonra həm müstəqilliyini itirir, həm də Qarabağın, ümumilikdə ölkənin taleyini Moskvaya tapşırmış olur. Yaxın və uzaq keçmişimiz də göstərir ki, bu, bizim üçün hansı nəticələr verə bilər. Müstəqillikdən imtina və Moskvanın ssenarisi ilə hərəkət etmək rəsmi Bakının da maraqlarına da uyğun deyil. Çox təhlükəli və məsuliyyətli bir dövrdür. Yaxın aylarda bir çox məsələlər aydınlaşa bilər”.  

Adının çəkilməsini istəməyən mənbə isə əməkdaşımıza hazırda maraqlı proseslərin getdiyini söylədi: “Bu proseslərdən biri odur ki, Ermənistanda birdən-birə Rusiya sülhməramlılarının münaqişə bölgəsində yerləşdirilməsinə ciddi - o cümlədən rəsmi səviyyədə - etirazların olması barədə informasiyalar yayıldı. Çünki bu sülhməramlıların yerləşdirilməsindən öncə irəli sürülən təklif 7 rayonun azad olunmasıdır. Rusiya bu halda Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağa müdaxilə imkanının qarşısının alınması və Dağlıq Qarabağın Ermənistanla əlaqəsinə qarantiya verməklə kifayətlənir. Eyni zamanda Azərbaycan rəsmi dairələri ilə Rusiya siyasətçilərinin apardığı müzakirələrin predmetinin də əsasən bundan ibarət olduğu bildirilir. Yəni 7 rayon azad olunursa, o halda Azərbaycan münaqişə bölgəsində Rusiya sülhməramlılarının yerləşdirilməsinə razılıq verir. İkinci, Ermənistan rəsmiləri tərəfindən irəli sürülən məsələ budur ki, onlar çox cidd-cəhdlə Minsk Qrupunun qorunub-saxlanılması və prosesin Minsk Qrupunun çərçivəsindən kənara çıxmasına qarşı çıxış etməyə başlayıb. O cümlədən Rusiyanın bu sahədəki təşəbbüslərini Minsk Qrupunun statusunun şübhə altına alınması kimi dəyərləndirirlər. Bu, son dövrdə baş verən maraqlı proseslərdəndir”.

 Mənbə xatırlatdı ki, Ermənistanda Rusiyanın ilhaqını açıq şəkildə qəbul edən qüvvələr da var: “Bunların içərisində 1992-93-cü illər müharibəsində ciddi rol oynamış general Qriqoryanın - indi Rusiyada yaşayır, vaxtilə Ermənistan Silahlı Qüvvələrinin rəisi olub - bəyanatı xatırladılır. O demişdi ki, Ermənistanın müstəqilliyi mənasız bir şeydir, Rusiyaya birləşmək lazımdır. Son günlərdə Ermənistanda maraqlı bir tezis yayılmağa başlayıb. Belə çıxışlar edilməyə başlayıb ki, artıq Avrasiya İttifaqının yaranması ilə milli sərhədlər öz əhəmiyyətini itirib, ona görə də Qarabağın ya müstəqilliyi, ya Ermənistana birləşməsi məsələsi üzərində xüsusi olaraq dayanmağa və təkid etməyə bəlkə də ehtiyac qalmayacaq. Nəticədə çox maraqlı bir dəyişiklik baş verib. Bu vaxta qədər Avrointeqrasiya ilə bağlı olan qüvvələr Qarabağ məsələsində Sərkisyan hökumətindən daha radikal çıxışlar etməyə başlayıb”. 

Ekspert deyir ki, MDB-nin son sammitinin Azərbaycanın qələbəsi kimi dəyərləndirilməsini düzgün saymır: “Bu, məlumatsız, avam kütlə üçün hesablanmış təbliğatdır. Aydındır ki, Ermənistanın Avrasiya İttifaqına qəbul olunması Rusiyanın təzyiqləri nəticəsində baş verdi. Azərbaycan mümkün qədər bu prosesi ləngitməyə çalışır. Əslində bəzi ümidlər də var idi ki, Ermənistan Avrasiya İttifaqına girərkən Qarabağ məsələsində güzəştə gedə bilər. Amma belə görünür ki, bu təzyiqlərin də bir limiti olub və nəticədə Putin Nazarbayev və Lukaşenkonu bu məsələdə geri çəkilməyə məcbur edib. Çox ciddi, təhlükəli bir mərhələ başlayıb. Xüsusən Azərbaycanda bəzi deputatların açıq-aydın Azərbaycanın müstəqilliyinə zidd olan bəyanatlar səsləndirməsi də çox narahatlıqla izlənilir. Faktiki olaraq müstəqilliklə bağlı oyun artıq qırmızı xətlərin üstündə gedir”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar