Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaraçuxur məscidindəki yanğının təfərrüatı



Dini Komitə məscidin yandırılmasına cəhdin arxasında xarici amilin olduğuna işarə edir...


Noyabrın 25-dən 26-na keçən gecə naməlum şəxslərin yandırmağa cəhd etdiyi Qaraçuxur məscidi bir gün sonra fəaliyyətini bərpa edib. 

Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov bildirib. Heydərov qeyd edib ki, məsciddə təmir işləri artıq başa çatdırılıb, ibadət bərpa olunub.

Cümə namazının da məsciddə qılınacağını qeyd edən komitə rəsmisi hadisənin törədilməsi ilə bağlı versiyalarını da açıqlayıb: “Bu məsciddə həm şiə, həm də sünni əhli bir yerdə ibadət edib, heç vaxt da problem, sünni və şiələr arasında gərginlik olmayıb. Ona görə də bizim qənaətimiz odur ki, bunu üçüncü qüvvə törədib. Xüsusilə Məhərrəm ayında bu hadisəni yaratmaqla Azərbaycanda sünni-şiə qarşıdurmasında maraqlı ola biləcək qüvvələr var. Bu qüvvəyə konkret hansısa ölkədən dəstək verildiyini gözləmirik. Ola bilər ki, hadisə hansısa ölkədəki radikal qruplaşma tərəfindən planlaşdırılıb”.

Qeyd edək ki, komitə sədri Mübariz Qurbanlı kənar qüvvələrə diqqət çəkib. Sitat: “O məsciddə indiyədək dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək”. Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq. 


Yeri gəlmişkən, Qaraçuxur məscidi Bakıda sələfilərin kütləvi şəkildə ibadət etdiyi məscidlərdən biridir. Eyni zamanda məscidin həm də şiə icması mövcud olub. Bir zamanlar Türkiyə tərəfindən inşa edilən ibadət evinə uzun müddət türkiyəli din xadimləri imamlıq edib. Ancaq sonradan xarici vətəndaşlara dini təbliğatı qadağan edən qanuna əlavələr qüvvəyə mindikdən sonra hökumət digər ölkələrdən olduğu kimi, türkiyəli din xadimlərini də ölkədən çıxardı. 

Bundan sonra Qaraçuxur məscidinə QMİ-nin təyin etdiyi axund fəaliyyət göstərməyə başlayıb, eyni zamanda məsciddə cəm olan sələfi camaatının öz imamları olub. 
Ancaq digər ibadət ocaqları kimi Qaraçuxur məscidində də bütün məzhəblərin ardıcılları ibadət ediblər və məsciddə bu günə qədər hansısa ciddi narahatlıq doğuran narazılıq və ya qarşıdurma həqiqətən baş verməyib. İndi isə qəflətən kimlərsə sakit bir məsciddə gərginlik yarada biləcək təxribata yol verib. 



Yada salaq ki, ötən həftə Sumqayıtda məscidlərdən birinin divarına boya ilə “Allah yoxdur” yazılmışdı. Hər iki hadisə arasında birbaşa bağlantı olmasa da, onların dini zəmində gərginlik yaratmağa hesablandığı ayındır. Daha bir diqqətçəkən detal isə odur ki, DQİDK-in keçmiş MTN əməkdaşı olan vəzifəli məmuru bu işdə xarici qüvvələrin təxribatı olmasına işarə vurur. 

Onu da yada salaq ki, 6 il əvvəl - 2008-ci ilin avqustun 17-də Bakıda “Əbu Bəkr” məscidi kimi tanınan Nərimanov Rayon Cümə məscidinə qumbara atılmışdı. Bundan 5 gün əvvəl Bakıda elektrik transformatorlardan birində qumbara partlaması nəticəsində iki nəfər dünyasını dəyişmişdi. Sonradan məhkəmə zamanı bu hadisənin də terror olduğu üzə çıxdı. O da məlum oldu ki, hər iki hadisə terror və təxribat xarakterli olub. 



Hazırda Azərbaycanın da daxil olduğu bölgədə dini zəmində gərginliyin olması faktdır. İlk baxışdan belə görünür ki, Azərbaycanda dini zəmində gərginliyi daha da artırmaq istəyən qüvvələr var. Bu tip təxribatlar yerli dindarlar arasında gərginliyi gücləndirə, qarşılıqlı münasibətlərə mənfi təsir göstərə bilər. 

Burda ən çox diqqət çəkən və narahatlıq doğuran məqam isə dini zəmində gərginlik yaradacaq hərəkətlərin son dövrlərdə bir çox xarici ekspertlər tərəfindən tez-tez AzərbaycanQafqazda İŞİD təhlükəsinin olması ilə bağlı səsləndirdikləri iddialar fonunda baş verməsidir. Görünən odur ki, Azərbaycanda da dini zəmində gərginliyin olmasında maraqlı qüvvələr var. Özü də bu qüvvələr yalnız radikal islamçı qruplar deyil. Başqa dairələr də bunda maraqlıdırlar. 

Belə təxribatlara qarşı yeganə sanballı qüvvə isə Azərbaycan xalqının özüdür. Çünki istənilən halda dini zəmində gərginlik və qarşıdurmadan əziyyət çəkən xalq olacaq. Bu səbəbdən ictimaiyyətin savadlı və intellektual kəsimi cəmiyyəti dini zəmində gərginlikdən və bölücülükdən çəkindirməyə çalışmalıdır. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar