Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaraciyər sirrozu və xərçəngi xəstələrinin sayı artıb



Bu gün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusları, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qaraciyər sirrozu və qaraciyər xərçəngi geniş yayılıb


Trend-in məlumatına görə, bunu Respublika Diaqnostika Mərkəzinin (RDM) həkim-qastroenteroloqu Arzu Yusifova hepato-qastroenterologiyaya həsr olunan beynəlxalq seminarda çıxışı zaman deyib.
 
Bu gün Azərbaycanda qaraciyər sirrozundan əziyyət çəkənlərin statistikasının aparılmamasına təəssüflənən A.Yusifova bildirib ki, adətən, hepatit virusları müalicə olunmadıqda qaraciyər sirrozu, qaraciyər sirrozu müalicə olunmadıqda isə qaraciyər xərçəngi yaranır.
 
RDM-in həkim-qastroenteroloqunun sözlərinə görə, hepatit B və C visurlaru insanlara tibbi müəssisələrdə yetərli qədər sterilizasiya olunmayan alətlər vasitəsilə keçir. Hepatit B, adətən, narkotik vasitə istifadəçilərində, qorunmamış cinsi əlaqələr nəticəsində yaranır, hepatit C virusu isə insana bu virusu daşıyan donorun qanı vasitəsilə də ötürülür: "Bir çox hallarda xəstənin bunlardan xəbəri olmur və qaraciyər sirrozuna yoluxur. Bu xəstəliklərin müalicəsi var. Әgər onlar vaxtında müalicə olunarsa, qaraciyər sirrozu yaranmaya bilər".
 
A.Yusifova qeyd edib ki, insanlar alkoqollu içkilərdən çox istifadə etdikdə də qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır. Amma bəzi hallarda bu xəstəliklərin yaranmasında genetik faktorların da rolu böyük olur. Bəzən insan hepatit virusuna yoluxmadan, alkoqollu içkilərdən istifadə etmədikdə belə, qaraciyər xərçənginə mübtəla olur: "Bunda da yalnız genetik faktor rol oynayır. Azərbaycanda qaraciyər xərçəngi daha çox müalicə olunmayan hepatit viruslarının fəsadları olaraq yaranır".
 
Həkim-qastroenteroloqun sözlərinə görə, Azərbaycanda insanlarda qaraciyər xərçəngi, əsasən, bu virusların müalicəsinə gec başlanılması və qaraciyər sirrozunun uzun müddət davam etməsinin nəticəsi olaraq yaranır.
 
A.Yusifova deyib ki, bu gün Azərbaycanda hepatit virusları hepatit B və hepatit C, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qaraciyər sirrozu və qaraciyər xərçəngi geniş yayılıb.
 
RDM-in direktoru Cavid Abdulqədirov bildirib ki, Türkiyənin tanınmış alimlərinin iştirak etdiyi seminar həkimlərə bu sahə üzrə müalicə metodları barədə təcrübələrini bölüşməyə və gələcəkdə yeni nailiyyətlər əldə etməyə imkan verəcək. Direktor belə seminarların gələcəkdə də davamlı olaraq keçiriləcəyini söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar