Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda “ Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə keçirilib

Oktyabrın 19-da Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov tərəfindən “ Kulturologiya və Azərbaycanda davamlı inkişaf ” mövzusunda mühazirə keçirilib


Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun əməkdaşı Ramilə Qurbanlı, rayon mədəniyyət işçiləri və rayon məktəbliləri iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova qeyd etmişdir ki, belə layihələr cəmiyyətin aktual məsələlərindən biri kimi, xalqımızın mədəniyyəti, milli-mənəvi və dini dəyərləri, mənəvi-kulturoloji məsələlər barəsində əhalinin, xüsusilə də gənclərin ciddi, mütəmadi və əhatəli maarifləndirilməsinə yönəlib. Bu tədbirlər gənclərin mənəvi və intellektual inkişafında çox mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun əməkdaşı Ramilə Qurbanlı çıxış edərək, Bilik Fondu yarandığı gündən Azərbaycan tarixinin və mədəniyyətinin, azərbaycançılıq məfkurəsinin təbliğinə yönəlmiş tədbirlər təşkil etdiyini, maarifləndirici layihələr həyata keçirtdiyini qeyd etmişdir. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq professor Fuad Məmmədov Azərbaycan tarixinin və mədəniyyətinin, milli-mənəvi və dini dəyərlərin vacibliyini öz nitqində qeyd etmişdir.  Kulturoloq gənclərə cəmiyyətdə ən çox ehtiyac duyulan mədəniyyət, bilik, dostluq kimi yüksək insani keyfiyyətlərdən, etik davranış qaydalarından danışmışdır. Kulturoloji testlərin keçirilməsi də iştirakçıların marağına səbəb olmuşdur. Sonda kulturoloq professor Fuad Məmmədov tədbir iştirakçılarını  maraqlandıran sualları cavablandırmışdır. 

Mühazirə auditoriya tərəfindən böyük maraqla qarşılanmış və belə tədbirlərin davamlı olması arzulanmışdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar