Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaranlıqdakı generallarımız - Video



Onların heykəllərinin qaranlıqlardan aydınlığa çıxma vaxtıdır


 ANS-in uzun müddət diqqətdə saxladığı bir məsələ. Azərbaycan generallarının adlarının əbədiləşdirlməsi mövzusu yenidən gündəmdədir. Bu mövzuya prezident İlham Əliyevin imzaladığı sərəncamdan ruhlanaraq yenidən qayıdırıq. Dövlət başçısı ordumuzun qurulmasında birbaşa əməyi olan general Əliağa Şıxılınskinin 150 illik yubileyinin hazırlanması üçün göstəriş verib. Yubiley apreldə, 4 aydan sonra olacaq. Dörd aya nələri etmək mümkündür?

Prezident İlham Əliyevin Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda rolu olan digər generallarımızın xatirəsinin əbədiləşdirilməsi üçün də imkanlar açır. O generallar ki, sayı 20-dən artıqdır və bu gün heç birinin məzarı yoxdur. Onlar kimlərdir və məzarları niyə yoxdur? Bu haqda danışacam. Amma əvvəlcə dövlət başçısının sərəncamının üç mühüm nazirliyin boynuna qoyduğu məsuliyyətdən danışım.

Söhbət Müdafiə, Təhsil və bir də Mədəniyyət və Turizm Nazirliklərindən gedir. Bu üç nazirlik aprel ayına qədər Əliağa Şıxlinskinin yubileyinin keçirilməsi ilə bağlı işlər görməlidir. Əlbəttə, hərəsi öz sahəsinə uyğun. Məsələn, Təhsil Nazirliyindən soruşanda ki, nə işlər görəcəksiz? Nazirliiyn mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bir yığın iş saydı. O işlər sırasında məktəblərdə Əliağa Şıxlinski ilə bağlı tədbirlərin keçirilməsindən tutumuş "Müəllim" qəzetində generalla bağlı geniş yazının verilməsinə qədər bu tip sıradan işlər vardı. O biri digər iki nazirlikdən hələ ki, tədbirlər planı ilə bağlı məlumatsız olduqlarını dedilər və əlbəttə ki, boş dayanmayacaqlarını, nəsə bir iş görəcəklərini vurğuladılar. Bəli, məsələ də elə görülən işin mahiyyətindədir. Bu, hər halda, oxucusu olmayan bir qəzetdə verilən məqalə səviyyəli iş olmamalıdır. ANS olaraq dəfələrlə qaldırdığımız məsələ general Şıxlinskinin, Səməd bəy Mehmandarovun və başqa generallarımızın xatirəsinin əbədiləşdirilməsi bu yubileyə ən yaxşı töhvə olardı. Bunun üçün rəssam heykəltaraşlarımızın emalatxanalarında gözəl nümunələr də var və üstəgəl bu təşəbbüs təkcə o rəssamların ürəyindən gəlməyib.

Heykəltaraş, Xanlar Əhmədovbildirdi ki, Rəssamlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyi tarixi şəxsiyyətlərlə bağlı sifariş verib.

2015-ci ilin oktyabrında həm də Səməd bəy Mehmandarovun 160 illiyidir. Deməli, Mədəniyyət və Turizm Nazirliyi Mehmandarovun heykəlini fondun qaranlıq küncündən aydınlığa çıxara bilər. Bu həm də Cümhuriyyət dövrünün hərb nazirinin məzarı yerlə yeksan edilən şəxsiyyətin qəbrini əvəz etmiş olar. Elə Əlağa Şıxlinskinin də həmçinin.

Əlbəttə bu məsələdə başqa generalların da, Həbib bəy Səlimovun, general Yadigarov qardaşlarnın və ümumilikdə 21 generalın da özünəməxsus rolu və xidməti olub. O generallar ki, Azərbaycanda Sovet hakimiyəti qurulandan sonra ordunun xüsusi idarə rəisi Semyon Pankratovun əmri ilə hərəsi bir bəhanə ilə güllələnib. Meyidləri isə Xəzərə atılıb. Onlardan düz 12 generalın güllələnməsi o vaxtlar Bakı Fövqəladə Komitəsi kimi tanınan indiki Yusif Məmmədəliyev 14 ünvanında yerləşən binanın zirzəmisində həyata keçirilib. Onlar kimlər idi? Əbdülhəmid bəy Qaytabaşı, Haşım bəy Vəzirov, Firudin bəy Vəzirov, Qacar qardaşları, Məmməd Bəy Sulkeviç və başqaları.

Pankratovun Azərbaycan generallarınnı qanını içdiyi bu zirzəmidə bu gün özümüzünkülər mey içir. Hərçənd, burada restoran yox, muzey də açmaq olardı. Və inanın ki, onda biz daha çox qazanardıq.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar