Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarın yağması “Qarabağ“ - “Fiorentina“ matçına təsir etməyəcək

"Qarabağ"ın qələbəsi üçün azarkeş dəstəyinə ehtiyac var


Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutacaq.

Musavat.com saytının məlumatına görə, təmsilçimiz “Qarabağ” bu axşam həlledici matça çıxacaq. Azərbaycan azarkeşləri üçün xüsusi maraq kəsb edən görüş Bakıda baş tutacaq. 

Ağdamlılar İtaliyanın “Fiorentina” klubunu qəbul edəcəklər. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qoruduğundan Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti dəfə anşlaq qeydə alınması gözlənilir.
 
Səfərdə 1:5 hesabı ilə məğlub olan "Qarabağ", iki əsas oyunçusu sayılan Miçel və Maksim Medvedevin yoxluğunda meydana çıxacaq. Bu matç təmsilçimiz üçün çox vacibdir. 

Ağdamlılar bu matçdan 3 xalla ayrılmalıdır. Çünki bu nəticə “Qarabağ”ı 1/16 finala daşıyacaq. Təmsilçimizin tutacağı yer isə PAOK–“Slovan” görüşündən asılı olacaq. 

Ağdam klubu 1 xalla da mərhələ keçə bilər. Bunun üçün Yunanıstanda meydan sahibləri qələbə qazanmamalıdır. Cari mövsüm evdə uduzmayan əyalət klubunun üstünlüyü isə daha güclü çempionatda çıxış edən “Fiorentina”nın A seriyasında daha çox güc sərf etməsi və məhz daxili yarışa diqqət ayırmasıdır.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş haqqında azarkeşlərdə sual yaranıb. Belə ki, Bakıya yağan güclü qar stadionun ot örtüyünə də təsir edir. Bu səbəbdən matçın ertələnmə ehtimalı yaranıb. 

Bu haqda ətraflı məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. "Qarabağ"ın sözçüsü bildirdi ki, oyun ertələnməyəcək: "Belə bir təhlükə yoxdur. Hazırda stadionda qarın təmizlənmə işləri gedir. Əlavə işçi qüvvəsi ayrılıb. Tez-tez stadion qardan təmizlənir. Oyun zamanı da təmizlənmə prosesi gedəcək. Qarın yağması oyuna elə də güclü təsir etməyəcək". 

"Belə bir həlledici matçda azarkeş dəstəyinə çox ehtiyac var"

- Bilet satışı nə yerdədir? Nə qədər bilet satılıb?

- Bu günə qədər 17 min bilet satılıb. Bu gün nə qədər satıldığını dəqiq deyə bilmərəm. Hava şəraitinə görə bilet satışı zəif ola bilər. Amma oyuna maraq böyükdür. 

- Hava şəraitinin pis olması azarkeşlərin oyuna gəlməsinə təsir edə bilərmi?

- Ola bilər. Amma belə bir həlledici matçda azarkeş dəstəyinə çox ehtiyac var. "Qarabağ"ın bu mübarizəyə davam etməsi üçün azarkeş dəstəyi vacibdir. 
 
Avropa Liqası, qrup mərhələsi, VI tur 

8 dekabr
 
J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)

Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar