Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaxda polis əməkdaşının atasının meyiti asılmış vəziyyətdə aşkarlanıb


Qaxda 65 yaşlı kişinin meyidi qonşuları tərəfindən asılmış vəziyyətdə aşkar edilib


Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqust ayının 22-də rayonun Qaxbaş kəndində qeydə alınıb.
 
Qaxbaş kənd sakini, 1949-cu il təvəllüdlü Papiaşvili Leonid Semyonoviçin meyidi  yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılmış vəziyyətdə qonşuları tərəfindən aşkar olunub.
 
Rayon hüquq-mühafizə orqan işçilərinin hadisə yerində apardıqları ilkin araşdırma zamanı məlum olub ki, rayonda taksiçiliklə məşğul olan, tək yaşayan L. Papiaşvili üç gün əvvəl intihar edib.
 
L. Papiaşvili son zamanlar əsəb xəstəliyindən əziyyət çəkib.
 
Məlumatda o da bildirilir ki, mərhumun iki qızı, bir oğlu var.
 
Mərhumun oğlu hazırda qonşu Gürcüstan Respublikasında polis orqanında işləyir, qızları isə Qax rayonunda ərdədirlər.
 
Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar