Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qayınananı girov saxlayan Şabranın başçısının oğlu imiş


Borca görə toy sahiblərindən birini girov götürən “Savalan” restoranın sahibi Hacı Ruslan icra başçısı Novruz Novruzovun oğludur.


Hacı Ruslan toy sahibi 1000 manata yaxın borcu qaldığına görə qayınanasını bir sutka girov saxlayıb və avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb. 

Şabranda qayınananı toyda girov saxlayan restoranın kimə məxsus olduğu bilinib. Tia.az-a verilən məlumatda bildirilir ki, borca görə toy sahibinə qarşı bu addımı atan “Savalan” restoranı Hacı Ruslan adlı iş adamına aiddir.  “Savalan” restoranının sahibi icra başçısı Novruz Novruzovun oğludur. Hacı Ruslanın eyni adda Bakıda və Sumqayıtda da şadlıq evləri olduğu deyilir. Mənbənin sözlərinə görə, hadisə günü - avqustun 22-də Şabranda “Savalan” restoranının müdiri özü də orada olub. 

Hacı Ruslan toy sahibi 1000 manata yaxın borcu qaldığına görə qayınanasını bir sutka girov saxlayıb və avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb. 

Hüquqşünas Müzəffər Baxışov açıqlamasında bu cür hadisələrin Cinayət Məcəlləsinin adamları girov götürmə, yəni 215-ci maddəsi ilə cinayət sayıldığını bildirib: “Cinayət Məcəlləsinin 215.1-ci maddəsinə görə, grov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə bildirilir ki, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə, iki və ya daha çox şəxs barəsində törədildikdə, tamah niyyəti ilə törədildikdə on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. (tia.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar