Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qayınanasını öldürüb, evinə od vurdu


Bakının Mehdiabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib


PİA.AZ axar.az-a istinadən xəbər verir ki, qəsəbədə Məlahət Əliyusif qızı Rəsulovaya məxsus birmərtəbəli evdə yanğın başlayıb.

 Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə briqadası dərhal hadisə yerinə gəlib, yanğını lokallaşdırsalar da, evdən Məlahət Rəsulovanın meyiti tapılıb. Heç bir yanıq xəsarəti olmayan meyitə ilkin olaraq tüstüdən zəhərlənmə diaonozu qoyulub.

Lakin bu gün ekspertizanın ilkin rəyində Məlahət Rəsulovanın boyun nahiyəsində zorakılıq əlamətlərinin aşkarlandığı və onun boğulduğu təsdiqlənib.

Qonşular bildirirlər ki, ötən gün Məlahət Rəsulovanın qızı öz nişanlısı ilə evə gəlib və ailələr arasında bir müddətdir başlayan mübahisə yenə də davam edib. M.Rəsulova gələcək kürəkəninə toydan sonra qızının öz yanında yaşaması barədə növbəti dəfə təkid edib. Bu isə kürəkəni razı salmayıb.

Evdən nişanlısı ilə çıxan və əslən Gəncədən olan gənc bir müddət sonra yenidən Mehdiabada, qayınanasının evinə qayıdıb. Az sonra isə evdən çıxıb və evdə yanğın başlayıb. Sakinlərin sözlərinə görə, M.Rəsulovanı boğan da, evi yandıran da kürəkənidir. Onun mübahisə zəminində qayınanasını qətlə yetirdiyi bildirilir.

Abperon Rayon Polis Şöbəsində faktı təsdiqləyiblər və şübhəlinin artıq həbs olunduğunu bildiriblər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar