Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaynar.info portalına qarşı kiberterror - sayt dağıdıldı

Bu gün səhər saatlarından Qaynar.info saytına olan haker hücumları nəhayətdə saytın bütün server məlumatlarının- script və arxivinin silinməsi ilə nəticələnib


Bu barədə Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət məlumat verib.

Baş redaktor bildirir ki, hücumlar Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının kiberterrora məruz qalması ilə bağlı sayta verdiyi geniş açıqlama ilə bağlı olub.

"Bu gün səhər saatlarında başlanan hücum nəticəsində hakerlər ilk öncə saytın admin panelinə daxil olaraq, həmin yazını silməklə kifayətlənmişdilər. Belə ki, saytımızın Facebook səhifəsinə Məmməd Əliyev ( https://www.facebook.com/profile.php?id=100010124176715&fref=jewel) adlı user aldadıcı link göndərərək, onu tıklayan sayt adminin kompüterinə giriş əldə edərək, parolları ələ keçirdi. Daha sonra Admin panelə giriş əldə edən haker yazını saytın arxivindən sildi. Eyni virus linki [email protected] elektron ünvanından da saytımızın elektron ünvanına göndərildi. Biz o yazını daha sonra bərpa etdik. Amma dərhal sonra hücumlar daha da intensivləşdi. Hakerlər saytın serverlerinə daxil olaraq, bütün məlumatları, o cümlədən saytın skriptini də sildilər. Bu isə o deməkdir ki, sayt hazırda yalnız quru domendən ibarətdir.

Ramin Hacılının sözügedən açıqlamasında da, hansısa hakerlərin onun komputerinə daxil olmasından, şəxsi məlumatları ələ keçirməsindən və təhdid olunmasından söz gedirdi. Artıq həmin yazı bir çox media qurumlarında da tirajlanıb. Yazıda bu qruplaşmanın ələ keçməsi üçün ciddi ipucları vardı. Eyni hakerlər bu dəfə də bu məlumatları ilk yayan Qaynar.info-nu hədəfə götürüblər. Onların arxasında hansı qüvvələrin durması və ya haradan sifariş almaları barədə təəssüf ki, heç bir məlumata malik deyiləm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar