Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazax rayon icra hakimiyyətinin başçısından prezidentə ilginc şikayət

Rəcəb Babaşovdan prezidentə şok şikayət


Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı AzToday.az-a ŞOK müraciət daxil olub. Özünü Qazax rayon İcra Hakimiyyətinin işçisi (adının gizli qalmasını istəyib -red. ) kimi təqdim edən şəxs AzToday.az vasitəsi ilə prezident İlham Əliyevdən kömək istəyib. 

Həmin işçinin dğvlət başçısına ünvanladığı məktubu olduğu kimi təqdim edirik: 

"Azərbaycan Respublikasının Prezident
İlham Əliyev cənablarına

Qazax şəhər İcra Hakimiyyətinin işcisi

QAZAX ŞƏHƏR İCRA BAŞCISI RƏCƏB BABAŞOV HAQQINDA 
ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli İlham Əliyev cənabları! Sizdən xahiş edirəm Qazax şəhərini xilas edin! 

Bir qrup İcra Hakimiyyəti işcilərinin gizli təşkilatçılığıyla 25 noyabr 2016 tarixində saat 12.00-da Etiraz Mitinqi keçirilməsi barədə qərar qəbul olunub. Səbəbi aşağıda qeyd edilib.

Bu məktubu həmişə Sizə və Ulu Öndər Heydər Əliyev yoluna sadiq bütün İcra Hakimiyyətinin işciləri adından yazıram. Mənim 60-a  yaxın yaşım var. Qazax şəhər icra hakimiyyətində 20 ildən artıqdır ki, məsul vəzifələrdə çalışmışam. Hazırki icra başcısı Rəcəb Babaşovdan əvvəl 3 icra başcısıyla işləmişəm. Lakin heç vaxt bu qədər şəxsiyyətim təhqir olunmayıb və alçalmamışam.

Rəcəb Babaşov öz kəskin aqressiv xarakterini tam şəkildə işində və idarəçilik üslubunda tətbiq edərək demək olar ki İcra Hakimiyyətinin bütün işci heyyətini mütamadi təhqir edir, şəxsiyyətini alçaldır. İcra Hakimiyyətinin işciləri utandıqlarından bir birinin üzünə baxa bilmir. Çünki hər birisi müxtəlif formada Rəcəb Babaşov tərəfindən çox kobud şəkildə təhqir olunub alçalıblar. İcra hakimiyyəti işciləri Qazax şəhər sakinlərinin müzakirə predmetinə çevrilib. Sakinlər kimin nə cür və hansı formada təhqir olunduğunu dəqiqliyi ilə bilirlər. Rəcəb Babaşov tutdurmaqla təhdid edir, müşavirələr zamanı kollektiv içində nəlayiq sözlərlə təhqir, iclas zalından söyüşlə «rədd ol gözüm səni görməsin» «alçaq» «kəs səsini əskik» «qanmaz» və başqa ifadə olunması eyib bildiyim üçün qeyd etmədiyim bu cür ifadələr onun idarəçilik prinsiplərində öz əksini tapmışdır. Hətta sənin cibinə, maşınına narkotik atdırıb tutduraram sözləridə bir neçə dəfə Rəcəb Babaşov tərəfindən səslənib. İclas zamanı ayağa durquzub söz soruşduğu şəxsi yaş həddini və səhhətini nəzərə almadan qəsdən saatlarla ayaq üstə saxladır. Şəxs icazəsiz oturduğu üçün onu təhqir edib zaldan qovur. Bir sıra şəxslər təhqirlərdən cana doyub öz ərizələriylə işdən çıxıblar, bəziləridə buna hazırlaşır. Ən maraqlısıda odur ki bunlar hamısı Heydər Əliyev yoluna və dövlətçiliyimizə faydalı və sadiq ziyalı şəxslərdir. Aldığımız məlumata görə Rəcəb Babaşovla Qazax şəhər polis rəisi Natiq müəllim qohumdur. Buda təbii ki ona müəyyən özünə güvən hissi yaradır.
Yersiz yerə, yəni iş oldu olmadı İcra Aparatının bütün heyyətini gecə saat 11 – 12- yə dək bəzi vaxtlarda isə 02.00-dək iş yerində olmağı tələb edir. İcra Apparatının işcilərini çox gərgin qorxu və xof altında saxlamaqla sanki bir hərbi hissə rejimi yaradıb. Ən xırda bir iş üçün Aparatın işciləri Rəcəb Babaşovdan icazə almalıdır. Bunun üçün isə bəzən 30- 40 dəqiqə kabinetin qarşısında gözləməli olursan. Keyfi yaxşı olsa icazə verəcək olmasa yox.

Cənab Prezident! Sizdən xahiş edirəm Qazax şəhərini xilas edin! Vəziyyət olduqca acınacaqlı və dözülməzdir. Rəcəb Babaşov çox yalnış davranış və idarəçilik üslubunu seçib. Bu davranış ümumi idarəçilik prinsiplərinə tamamilə ziddir. İnsani davranış, mədəniyyət və normal insani münasibətlər prinsipləri haqqında tamamilə bixəbər kimi aparır özünü. Rəcəb Babaşovun psixoloji durumu və şəxsiyyəti şübhə doğurur. İcra Hakimiyyətinin işciləriylə komandirin tabeçiliyində olan günahkar əsgərlə davrandığı kimi davranır. İctimai narazılıq qaçılmazdır və gündən günə artan templə davam etməkdədir. Bu artan narazılıq çox arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İcra Hakimiyyəti işcilərindən bəziləri bu problemi həll etmək üçün etiraz əlaməti olaraq  yerli vətəndaşları Rəcəb Babaşova qarşı noyabrın 25 saat 12.00-da etiraz aksiyası keçirməyi çıxış yolu kimi seçiblər. Etiraz aksiyasına hazırlıq və təbliğat işlərinə start verilib. Mətbuata məlumat ötürülüb.

Qazax şəhərində bir sıra ticarət, təhsil və xidmət obyektlərinin fəaliyyətini əsassıs və ciddi səbəb olmadan işini dayandırıb. Nəticədə yuzlərlə vətəndaş işsiz qalmışdır.  Təbii ki buda məşqulluqla bağlı Dövlət siyasətinə tam ziddir.

Qədim zamanlarda şahların başı üzərində yazarı olduğu kimi Rəcəb Babaşovda özünə yazar təyin edib. Həttə yas mərasimlərində belə həmin şəxs ayaq üstə Rəcəb Babaşovun bütün dediklərini qeyd etmək məcburiyyətindədir. Onun şəhərə çıxması və ya hər hansısa kəndə qəsəbəyə gedişi sanki ölkə başcısının, prezidentlərin şəhəri gəzməsini xatırladır. Ən azı ətrafında 20 - 30 rəsmi şəxs və bütün ərazi polislə mühafizə olunur, əraziyə yad adamlar buraxılmır. Yola çıxan zaman 5 – 10 avtomobil korteji ilə müşahidə olunur, hamısıda qara rəng avtomobillər olmalıdır.

Məşhur bir psixoloqun araşdırmasınnan maraqlı bir həqiqətidə nəzərinizə çatdırmağı özumə borc bilirəm. «Boyu balaca və fiziki cəhətdən zəif olan şəxslər uşaqlıq və gənclik dövründə, boyu hündür və fiziki güclülər tərəfindən məruz qaldığı psixoloji basqılar şüur altında silinməz mənfi iz buraxır. Belə şəxslərin əlinə vəzifə və səlahiyyət düşən kimi fürsətdən istifadə edib boyü uca şəxsləri mənəvi və fiziki terrora məruz qoyurlar, qisas alırmış kimi davranırlar».

Cənab prezident! Mənim səmimiyyətimə inanın. Yazdıqlarım hamısı doğrudur. Bu faktı Dövlət Təhlükəsizlik  Xidmətinin və yaxudda Sizə etibarlı bir mənbənin vasitəsiylə öyrənə bilərsiniz".

Qazax rayon İcra Hakimiyyətində baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar