Qazaxda qətl hadisəsi baş verib
PİA.AZ APA-ya istinadən xəbər verir ki, Qazax rayon sakini, 1974-cü il təvəllüdlü Süleyman Möhtərəmov, 1977-ci il təvəllüdlü Ramin Qurbanovla mübahisə edib və onlar bir-birini bıçaqlayıblar.
R. Qurbanov Qazax Rayon Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. S. Möhtərəmov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.