Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan səfiri Yerevanda “soyqırımı“ inkar etdi


Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev Yerevanda təşkil etdiyi mətbuat konfransında erməniləri şoka salıb


Səfirin "erməni soyqırımı” ilə bağlı “problem hələ təsdiq olunmayıb” açıqlaması Ermənistanda “soyuq duş” effekti yaradıb.

Qazaxıstan niyə “erməni soyqırımı”nı tanımır” sualına səfir mətnaltı olaraq ermənilərin özünü soyqırım törətməkdə ittiham edib: “1915-ci il hadisələrində vəfat etmiş insanlar üçün təəssüf edirik. Bunun sizin üçün nə qədər həssas mövzu olduğunu bilirik. “Erməni soyqırımı"nın olduğunu və bunun Qazaxıstan tərəfindən tanınması hələki doğru deyil. Çünki hər şeydən əvvəl problem doğru həll edilməli və bura nə qədər insanın təqsirləndiyini tapmaq lazımdır.

1920-1930-cı illərdə ölkəmizdə soyqırım törədildi. Hazırda bu məsələ ətrafında müzakirələr davam edir. Ancaq bunu hökumətimiz sizin hökumətlə birlikdə aparmır. Biz bu məsələlərin dərininə getmirik. Bəs buna görə kim günahkardır?

Çünki soyqırım və qınamaq məsələlərində hər zaman bunun nədən ibarət olduğu və kim tərəfindən edildiyi sualı ortaya çıxır”.

Səfir bu sözlərlə həmin vaxt Qazaxıstana rəhbərlik etmiş erməni Levon Mirzoyana eyham vuraraq dolayısı ilə erməniləri soyqırımda ittiham edib.

Qeyd edək ki, 1920-1930-cu illərdə Qazaxıstana erməni Levon Mirzoyan rəhbərlik edib. Həmin illər ərzində aclıq səbəbi ilə əhalinin 40 faizi ölüb, heyvanların 90 faizi tələf olub. O zaman Qazaxıstana rəhbərlik edən bu şəxsin əmri ilə əhalinin taxıl və mal-qaraları əllərindən alınaraq mərkəzə göndərilirdi. Məhz bu səbəbdən 2 milyon 230 min qazax acından ölmüşdü. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar