Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazdan zəhərlənmələrin səbəbi



Eyyub Hüseynov: “Problem Azərbaycan qazının təzyiqi ilə İran sobalarının düz gəlməməsindədir”


Havalar soyuyan kimi qaz sobalarına olan tələbat da artır. Evləri elektrik qızdırıcıları ilə qızdırmaq vətəndaşların büdcəsinə uyğun olmadığından insanlar daha çox qazdan istifadə edirlər. Ancaq bir çox hallarda evlərin qızdırılması üçün istifadə edilən qaz sobalarının keyfiyyətsiz olduğu və bu səbəbdən də vətəndaşların həyatına təhlükələr yarandığı üzə çıxır. 

Paytaxtda satılan qaz sobalarının keyfiyyəti, qiyməti və hansı ölkələrdən gətirildiyini öyrənmək üçün 8-ci kilometr bazarına üz tutduq. Satışda İran, Türkiyə və MDB ölkələrindən gətirilmiş, həmçinin kustar üsulla hazırlanmış sobalar da vardı. Aidiyyəti qurumlar zaman-zaman bazarlarda, iri ticarət mərkəzlərində reyd keçirib həmin sobaları satışdan çıxarsalar da, yenə də sexlərdə hazırlanmış və heç bir sertifikatı olmayan sobalara rast gəlinir. Satıcılardan öyrəndik ki, indi bazarlarda kustar üsulla hazırlanmış sobalarla yanaşı, xaricdən gətirilən müasir sobalar da satılır. 

Əhali isə xaricdən, əsasən də Türkiyə və İrandan gətirilən sobalara üstünlük verir. İllərdir ki, soba satışı ilə məşğul olduğunu deyən Ələsgər Qurbanovun sözlərinə görə, bu vaxta qədər satdığı sobalardan hər hansısa bir şikayət olmayıb: “Qaz sobaları müxtəlif qiymətə satılır. Qiymət onun gətirilmə yerinə görə dəyişir. Deyirlər ki, guya qaz sızmaları sobaların ucbatından baş verir. Boş şeydir. Qazdan ölüm halları sobalara görə yox, insanların laqeydliyi ucbatından olur. Həm də sobalar düzgün quraşdırılmır. Mənim gətirdiyim sobaların hamısının sertifikatı var”.

Söhbətə qatılan digər satıcı Elgün isə alıcıların daha çox Türkiyə sobalarına üstünlük verdiyini dedi: “İnsanlarda belə bir fikir var ki, İran sobaları təhlükəlidir. Ancaq elə deyil. İrandan da bütün standartlara cavab verən  çox gözəl sobalar gətirilir. Şəxsən mən illərdir evimdə İran sobası quraşdırıram və hələ ki bir ziyanını görməmişəm”.

Bazarda digər soba satıcılarından gətirdikləri sobaların sertifikatı olub-olmadığını soruşduqda onların əksəriyyəti satıcı olduğunu, sobaları isə dükan sahibinin gətirdiyini dedilər. Bildirdilər ki, buna görə də sertifikatın olub-olmamasından xəbərsizdilər. 

Metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında məişət avadanlıqlarını təmir edən usta Namiq Qasımov da deyir ki, hər şey qaz peçinin düzgün quraşdırılmasından asılıdır: “Hər şey quraşdırmadan və istifadə qaydalarına əməl olunmasından asılıdır. Neçə illərdir evlərdə qaz sobaları quraşdırmaqla məşğulam. Dəqiq bilirəm ki, xarici sobalar çox keyfiyyətlidir, onlar qaz buraxa bilməz. Heç əldəqayırma sobalar da qorxulu deyil. Sadəcə, o evlərdə zəhərlənmə olur ki, orada ya sobanın özü, ya da borular düzgün quraşdırılmayıb. Qaz sobası yanan otaq tam qapadılmamalıdır. Əks halda, qaz içəri daxil olmaqla zəhərlənmə təhlükəsi yaradar”.

Bəzi ekspertlərin fikrincə isə dəm qazından baş verən zəhərlənmələrin əsas səbəblərindən biri məhz sobalardır. Keyfiyyətsiz sobalar dəm qazının otaqda qalmasına səbəb olur ki, bu da zəhərlənmələri artırır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə problemin sobalarda yox, Azərbaycan qazında olduğunu deyir: “İran və ya digər ölkələrdən gətirilən sobaların heç birində problem yoxdur. Problem Azərbaycan qazının təzyiqi ilə İran sobalarının düz gəlməməsindədir. Azərbaycanda satılan sobalar normal standartlara uyğun olaraq hazırlanır. Lakin bu sobalar Azərbaycana gətirildikdən sonra insanlar ona müdaxilə edirlər. Bu müdaxiləni də ustalar və qaz işçiləri edir. Nəticədə də problemlər yaranır və bunu da atırlar sobaların üstünə”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar