Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələdə 68,5 min ton taxıl məhsulu tədarük edilib


Qəbələ rayonunda 21 min 47 hektar sahədə taxıl əkilib ki, onun da 16262 hektarını buğda, 4785 hektarını isə arpa təşkil edib


Bu günlərdə sahələrdə taxıl biçini başa çatdırılıb və ümumilikdə 68 min 588 ton məhsul tədarük olunub. Məhsuldarlıq hər hektar üzrə orta hesabla 32,1 sentiner təşkil edib.

Rayonda torpaq mülkiyyətçiləri tərəfindən bu il 613 hektar sahədə kartof, 854 hektar sahədə tərəvəz bitkiləri əkilib. İndiyədək həmin sahələrdən 1440 ton tərəvəz, 1331 ton kartof istehsal edilib və məhsul toplanışı davam etdirilir.

Bu il rayonda kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda xeyli yenilik tətbiq edilib. Belə ki, ərzaq bitkilərinin əkini artırılıb, bu il ilk dəfə olaraq 16,5 hektar sahədə qarabaşaq əkilib və 24 ton məhsul tədarük olunub. Həmçinin, rayonda ilk dəfə olaraq 26 hektar sahədə şəkər çuğunduru və bir hektar sahədə çəltik əkilib. Heyvandarlığın inkişafını nəzərə alan fermerlər yemə olan tələbatın ödənilməsi üçün boş və istifadəsiz qalan torpaqları dövriyyəyə cəlb etməklə yem bitkilərinin əkin sahəsini xeyli genişləndiriblər.

Bundan əlavə, rayonda 6854 hektar meyvə bağı və 509 hektar üzüm plantasiyası mövcuddur. Hazırda meyvə ağaclarına və üzüm tənəklərinə aqrotexniki qulluq edilir, yaxın günlərdə məhsul yığımına start veriləcək. (azərtac)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar