Ağcabədi şəhər qəbiristanlığından oğurluq edən şəxs tutulub
PİA.AZ Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də şəhər qəbiristanlığındakı hasarlardan dəmir bəzək əşyalarını oğurlamış rayon sakini Seyidağa Sadıqov tutulub.
Araşdırma aparılır.
pia.az