Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbiristanlıqlarla bağlı qanun layihəsi yekunlaşmaq üzrədir


"Azərbaycanda məzarlıqlarla bağlı yeni qanun layihəsinə Nazirlər Kabineti tərəfindən baxılıb, hazırda yekun müzakirələr gedir, növbəti mərhələdə qanun layihəsi Milli Məclisə təqdim olunacaq"


Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, qanun layihəsini DQİDK İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırlayıb Nazirlər Kabinetinə təqdim edib: “Nazirlər Kabinetində sənədə baxılıb, müvafiq şöbə bununla əlaqədar müəyyən təkliflər verib. Bu təkliflərə bizim Komitə ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yenidən baxılıb, hazırda müzakirələr yekunlaşmaq üzrədir.

Müzakirələrdən sonra yekun sənədə prosedura uyğun olaraq Prezident Administrasiyasının qanunvericilik şöbəsində baxılacaq, orada baxıldıqdan sonra qanun layihəsi Milli Məclisə göndəriləcək”.

Komitə sədrinin sözlərinə görə, əsas odur ki, sənədlə bağlı heç bir problem yoxdur.

M. Qurbanlı qanun layihəsinin məğzi barədə də məlumat verib: “Qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlər müəyyən edilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar