Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəhrəman müəllim özünü niyə asdı...



Müəllim maaşından, həmin maaşın ayın əvvəlindən axırına ailənin ehtiyaclarını qarşılamadığından dönə-dönə yazmışıq


Bizdən qabaq da belə olub, bizdən sonra da belə olacaq, düzələn deyil. Bu ölkədə “xalqın gələcəyi” olan uşaqlara təhsil verən təbəqə həmişə bir qarnı ac, bir qarnı tox yaşayıb. Buna baxmayaraq onları haqqını tələb etməyən, təpəsinə döydükcə başını bir az daha aşağı dikən görüb seçkilərdə sağa da, sola da işlədiblər.    

“Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısını müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir”, - deyən Hadı Rəcəblini də həmin ağzı-dili olmayan müəllimlərimiz, ağ xalatlı həkimlərimiz seçib.

Məqsəd 1800 manat maaş alan Hadı müəllimin fikrini müzakirə etmək deyil. Adi bir mövzunu nəzərdən qaçırmayan hörmətli “facebook” istifadəçilərimiz bu mövzunu da geninə-boluna, eninə-uzununa şəkillər və statuslar üzərindən kifayət müzakirə obyektinə çeviriblər. Bizim əlavə nəsə deməyimiz, yalandan-yalana baş ağrıtmağımız əlavə vaxt itkisidir.

Söhbətimizin əsas mövzusu başqadır...

***

Qonşuluğumuzda Qəhrəman adında biri var idi, fizika-riyaziyyat müəllimiydi. Nə qədər maaş aldığını bilmirəm; ancaq il boyu istixana quraşdırır, günəbaxan becərir, yonca sulayır, heyvan otarır, qaynaqçılıqla məşğul olur, vaxtı olandan-olana dərsə gedirdi. İşləməkdən arvadı-uşağı da qırıb batırmışdı, yazıqlara göz verib, işıq vermirdi. Özüylə bərabər onları da bağda-bağatda pələsəng edirdi. 

Sahədə işlərin çoxalan vaxtı idi, səhər gedir, axşam gəlir, gələndə də keçən ildən qalan süpürgələri isladıb boğur; o biri tərəfdən də arvad-uşağa qoşulub tikirdi. Dərsləri də qadın müəllimlərdən birinə tapşırmışdı ki, birtəhər yola ver, sən allah! 

O gözünə döndüyüm də sözün əsl mənasında yola verir, fizika yaxud riyaziyyat dərsinin vaxtı gəldimi uşaqları top dalınca futbol meydançasına ötürür, özü də bir-iki “ağzıyırtıq” müəllimə qoşulub qonu-qonşunun qiybətini qırırdı.

***

Kəndin-kəsəyin qulağı dinc günlərindən biri idi. Hava təzə-təzə qaralırdı, Qəhrəman müəllimin qapısı döyüldü. Özü hələ gəlib çıxmamışdı. Qapıya anası çıxdı. Gələn qoltuğu papkalılar, boynu qalstuklular haylı-küylü danışıb onu soruşurdular. 

O qalstukluların qoltuğu papkalı, bığı burma tayının danışdığından anladım ki, sən demə, hansısa ağıllı valideyn məlumat verib, yuxarıdaklar Qəhrəmanın “qara-qura” işlərindən duyuq düşüb və bu gələnlər də "yoxlama"lardır ki, məsələni yerindəcə araşdırmaq istəyiblər.

Həmin axşam müəllim sahədən qayıtmadı, işləri bizim bildiyimizdən də çox imiş. Səhərisi qayıtdı. Maarif şöbəsinə gedib-gələndən sonra kəndə soraq salıb əlində olan torpaqları yarımməhsul satdı. Üstəlik, filan qədər kreditə girib illərlə onun bəlasını çəkdi. 

Ömrü boyu işləməkdən əlləri qabar bağlamış adam o gündən qalstuk bağlayır, kostyum-şalvar geyinir, ayaqqabılarını rəngləyir, öz üzərində işləyib hər səhər vaxtlı-vaxtında məktəbə gedir, lazımınca dərsini deyirdi. Yetişdirdiyi şagirdlər qəbul imtahanlarında yüksək nəticə göstərirdi. Valideynlər razılıq edirdilər.

Bu azmış kimi hər prezident, deputat, bələdiyyə seçkisində müşahidəçi durur, balağında bülleten gizlədirdi. Bir şikayəti olanın, artıq-əskik bir söz deyənin ağzından vurur, bir sözlə, adına layiq “qəhrəmanlıq” edirdi. 

...Hadı Rəcəblinin açıqlamasını oxuyanda, yadıma Qəhrəman müəllim düşdü. Hörmətli deputat müəllimlərimizi onun gününə qoymaq istəyir, ancaq diqqətinizə çatdırım ki, rejim Qəhrəmanı həddindən artıq alçaltmışdı. Dözmədi. Bir axşam xəbəri çıxdı ki, özünü asıb.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar