Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verdi


Avropa Şurası Parlament Assambleyasında “Avropada xüsusilə xristianlarla münasibətdə tolerantsızlıq və ayrı-seçkilik halları ilə mübarizə” adlı məruzəçi Valeriu Giletçinin hazırladığı məruzə ətrafında geniş müzakirələr həyata keçirilib


Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva mövzu ilə bağlı fikirlərini bildirməklə bərabər Assambleyada yalan, yanlış, böhtan xarakterli çıxışlar edən Ermənistan nümayəndə heyətinə də sərt cavab verərək dövlətiniz etnik təmizlə, soyqırım, terrorla məşğuldu deyib  və Assambleyanı  bu addımlara qarşı  sərt reaksiya göstərməyə və mübarizə aparmağa, sərt addımlar atmağa çağırıb.

 O bildirib: “Avropa məkanında rasizmin, nifrətin, tolerentsızlığın artması bizi ciddi narahat etməlidir və təşkilata üzv ölkələr onun qarşısını almaq üçün harada baş verməsindən asılı olmayaraq ciddi və birgə addımlar atılmalıdır. Biz Xristianlara, müsəlmanlara, yəhudilərə dini inancından və etnik kimliyindən asılı olmayaraq bütün dinc insanlara qarşı hücumları pisləməli və belə halların artmaması üçün dini inancımızdan və etnik kimliyimizdən asılı olmayaraq harada baş verməsindən, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq birlikdə mübarizəmizi daha da gücləndirməliyik.
 
Avropa bizim ümumi evimizdir  və biz gələcək nəsillərin bizim yaşadığımız acıları, bizim atalarımızın yaşadığı acıları yaşamaması üçün birlikdə dini inancımızdan, etnik kimliyimizdən asılı olmayaraq ümumi evimizin gələcəyi üçün rasizmə, toleransızlığa, dozümsüzlüyə qarşı birgə mübarizəmizi daha da gücləndirməliyik. Əslində məruzəçinin qətnamə layihəsində vurğuladığı bir sıra problemlərin həlli üçün ən önəmli məsələlərdən biri ondan ibarətdir ki, Avropa məkanında böyüyən gənc nəsillər etnik kökənindən, dini kimliyindən, cinsi və sosial statusundan asılı olmayaraq hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüdülməlidir. Amma təəssüf ki, bəzi üzv  ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar tam əksinə dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir.
 
Mən bu kimi hallardan əziyyət çəkmiş bir ölkənin nümayəndəsiyəm və dözümsüzlüyün, nifrətin, rasizmin nələrə gətirə çıxara biləcəyini görmək üçün ölkəmin yaxın tarixinə aid bəzi məlumatları sizinlə bölüşmək istəyirəm.  Ermənistanda tolerantsızlığın, nifrətin və rasizmin siyasətçilərin çıxışlarında, təhsil sistemində və KİV-də geniş yayılmasının nəticəsində Ermənistan  etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları zorla öz evlərindən, tarixi ata-baba yurdlarından çıxararaq qovdular.
 
Bundan sonra Ermənistan  Azərbaycan torpaqlarını işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalıda soyqırım həyata keçirdilər. 1 milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün salındı və onlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmir”.  
           Ermənistanda rasizmin, dözümsüzlüyün, etnik təmizləmə siyasətinin bölgədə nə qədər böyük faciələrə yol açdığını deyən millət vəkili Qənirə Paşayeva Assambleyanı və üzv ölkələri bu cür addımlar atan ölkələrə qarşı sərt addımlar atmağa çağırıb və bildirib ki, bu cür mənfi tendensiyalara qarşı ciddi mübarizə aparılmazsa, o daha da genişlənə bilər.
 
Millət vəkili Assambleyanı artıq 10 ildir ki, Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini işğaldan azad etməyi tələb edən qətnaməsi ilə bağlı rəsmi İrəvan tərəfindən heç bir addım atılmadığını vurğulayaraq 1416 saylı qətnamənin qəbulu istiqamətində Ermənistana ciddi təzyiqlər göstərməyə də çağırırb və bildirib ki, təşkilat bir üzv ölkənin digər bir üzv ölkənin ərazilərini işğal altında saxlamasına, qurumun əsas prinsiplərini kobud şəkildə pozmasına sərt münasibət ortaya qoymalıdır.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar