Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qənirə Paşayeva Axısxa türkləri ilə görüşdü- Fotola


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov, DATÜB Baş katib müavini və Avrupa təmsilçisi Burhan Özkoşar, DATUB Baş katib müavini İlyas Doğan və bir çox Axısxa türkləri cəmiyyətlərinin rəhbərləri və üzvləri ilə görüşüb.


Qafqazinfo”ya daxil olan məlumata görə, Q. Paşayeva dünyanın hər yerindən Axıska türklərinin sürgünün 70-ci ildönümü ilə bağlı Türkiyəyə gəlmiş Axıska türkləri cəmiyyətlərinin rəhbərləri və üzvləri ilə görüşdən məmnun qaldığını bildirərək, onların doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. 

Problemə beynəlxalq təşkilatlar səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb. 

Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlərlə bağlı müzakirələr də aparılıb. Axıska türkləri təmsilçiləri AŞPA-da qəbul edilən bəzi sənədlərdə adlarının “mesxeti” kimi keçməsindən şikayətləniblər və bununla bağlı resmi düşüncələrini təşkilat rəhbərlərinə də çatdırdıqlarını deyərək əvvəlki sənədlərin bəzilərində adlarının “axısxa türkləri” olaraq keçdiyini və bunun bu cür işlədilməsinin doğru və ədalətli olduğunu deyiblər. 





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar