Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb-Rusiya savaşında Azərbaycanın “üçüncü yolu”


Ölkəmizin adı Obamanın “qara siyahısı”na niyə düşdü?


ABŞ jurnalından rəsmi Bakının xarici siyasətinə dair ilginc iddia; “Foreign Affairs”: “Stavka onadır ki, seçim etmək məcburiyyəti qalmasın...”, Amerika prezidentinin Azərbaycanın adını Rusiyadan savayı hansı ölkələrin yanında çəkdiyinə bir daha diqqət edək - Venesuela, Çin... 

ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını Rusiyadan savayı hansı ölkələrin yanında çəkdiyinə bir daha diqqət edək. Venesuela, Çin...Hər iki ölkə Rusiyaya açıq dəstək verir”

Azərbaycan hakimiyyətinin Moskva ilə son günlər daha da isinişən əlaqələri fonunda Qərb paytaxtları rəsmi Bakı ilə  münasibətlərində sərt bəyanatlar tonunu seçib. Qərb Azərbaycanın da Rusiyaya qarşı sanksiyalara qoşulmasında israr etmir; amma aydın şəkildə münasibətlərin bu dərəcədə yaxınlaşmasından da məmnun olmadığını göstərir.

Söhbət əlbəttə ki, Rusiyaya göndərilən alma-armud, pomidor-xiyar  məsələsindən getmir. Qərb sanksiyalarla Rusiyanı yetərincə silkələyib. Neftin ucuzlaşması ölkəyə əlavə problemlər yaradıb, Dünya Bankı şimal qonşumuzda ilin sonunadək inflyasiyanın 8 faiz həddində olacağını proqnozlaşdırıb. Rublun ABŞ dollarına nisbətdə məzənnəsi 18 faizə qədər ucuzlaşıb. Ölkənin büdcəsini dolduran nəhəng şirkətlərin xaricə çıxışları bağlanıb və sair... Kreml də yalnız Asiya və postsovet ölkələrinin köməyi ilə bu böhrandan qurtula bilməyəcəyinin fərqindədir. 

Ukrayna böhranından sonra dünyanın qlobal siyasətinə qütbləşmə, “soyuq müharibə” yenidən qayıdıb. Bu savaşda Azərbaycanın  “yaralı ayıya”, yoxsa “dikbaş Qərbə” dəstək verəcəyi bəlkə də “savaş meydanına” ciddi təsir də etmir.  Fəqət, indi Qərb də, Rusiya da özü üçün “qara siyahı” tutub. Dostlar və düşmənləri oraya yazırlar. Azərbaycanın Rusiya kimi qəvi qonşusu və Qarabağ kimi problemi olmasaydı, bu davada heç tərəf seçməyə də bilərdi; ya da üzünü birmənalı olaraq neftini axıtdığı Qərbə sarı tutardı. ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını Rusiyadan savayı hansı ölkələrin yanında çəkdiyinə bir daha diqqət edək. Venesuela, Çin...Hər iki ölkə Rusiyaya açıq dəstək verir.
 Azərbaycanın Obamanın “qara siyahısı”na düşməsinin əsas səbəbi də bu mövqedir. Əgər QHT-lərə təzyiq və son həbslər olmasaydı, başqa bir bəhanə tapılacaqdı. Təəssüf ki, iqtidarımız da bu bəhanələri indi siyasətlərini mikroskopla izləyən Qərbə istifadə üçün verir. Bəlkə də bilərəkdən. İndilikdə “bilərəkdənin” arxasında gizlənə biləcək məntiqi və ya səbəbi tapmaq çətindir.



ABŞ-ın Xarici Əlaqələr Şurasının (Council of Foreign Relations) “Foreign Affairs” jurnalı bu mövzuda sensasion sayıla biləcək iddia ilə çıxış edib. Karnegi Fondunun proqram direktoru Tomas de Vallın Azərbaycanın xarici siyasət seçiminə dair məqaləsindən virtualorg.az saytı bəzi sitatlar verib.

Azərbaycan qərbyönümlü olmaq istəmir. Bakının Böyük Strategiyası haqda ritorika və reallıqlar” başlıqlı məqalədə Tomas de Vall yazır: “Ukrayna böhranı digər postsovet ölkələrini də amansız xarici siyasət seçimi qarşısında qoydu. ”Foreign Affairs" jurnalında bugünlərdə dərc edilmiş məqaləsində London Universitet Kollecinin professoru Ceyms Yan şübhəli əsaslara dayanan təxribatçı arqument irəli sürüb.  Yan iddia edir ki, Azərbaycan seçim qarşısında qalıb. “Ya Qərbdən dəstək almaq üçün liberal islahatlar aparmalı, eyni zamanda Rusiyaİranla oynamalı, ya da riskə gedərək tamamilə Qərbi seçməlidir” deyə, o yazıb. Müəllifə görə, bu analiz ondan irəli gəlir ki, Bakı həqiqətən Qərbin liberal ideyalarına sadiqdir.



 Həqiqət isə tamam ayrıdır: Azərbaycan enerji sərvətlərindən istifadə edərək möhkəmlənib və indi özünü o qədər güclü hiss edir ki, üçüncü yolu seçir. O, Rusiyanın avtoritar modelini qəbul edir, eyni zamanda özünü Qərbin energetika və təhlükəsizlik məsələlərində “strateji tərəfdaşı” kimi təqdim edir. Stavka onadır ki, Rusiya və Qərb arasında seçim etmək məcburiyyəti qalmasın, Azərbaycan hər iki yolu istifadə edə bilsin. Ölkə elitası ümid edir ki, Birləşmiş Ştatlar və Avropa ilə tranzaksion münasibətlər onlara öz sərvətlərini artırmağa, eyni zamanda Azərbaycandakı oliqarxik siyasi sistemi təhdid altında qoymamağa imkan yaradacaq".

Tomas de Vall hesab edir ki, bu plan hazırda sınaq dövründədir. “Qərb liderləri buna daha çox diqqət yetirməli və özlərinə sual verməlidir ki, Azərbaycanın yeritdiyi indiki sərt xətt onun özü və ətrafı üçün nə deməkdir”, -  deyə ekspert vurğulayır. 

Polşada fəaliyyət göstərən Şərq Araşdırmaları Mərkəzi də  Azərbaycan hakimiyyətinin Qərblə və Rusiya ilə münasibətlərinə dair təhlil hazırlayıb. Təhlildə deyilir ki, Azərbaycan hakimiyyətinin son dövrlərdə apardığı daxili siyasət bu ölkəni Avropadan xeyli uzaqlaşdırıb. “Hakimiyyətin apardığı repressiya siyasəti Qərbin, o cümlədən Avropanın üstünlük verdiyi demokratik dəyərlərə ciddi zərbədir. Hakimiyyət müxalif qüvvələri xeyli mənada sıradan çıxarmaqla özü ilə cəmiyyət arasında bağın qırılmasına səbəb olub. Belə siyasət ölkədə ciddi siyasi və sosial gərginlik, proqnozlaşdırılması çətin olan vəziyyətin yaranması ilə nəticələnə bilər. Azərbaycan hakimiyyətinin repressiya siyasəti onu Qərbdən uzaqlaşdırıb, Rusiyaya yaxınlaşdırıb. 



Bu isə regionda Qərbin mövqeyinin zəifləməsinə, Rusiyanın isə güclənməsinə gətirib çıxarır”, - deyə, hesabatda bildirilir. 

Azərbaycanın mövqeyi bu “savaş meydanında” qüvvələr nisbətini ciddi dəyişmir və dəyişməyəcək də. Amma yanğında hətta quşun dimdiyində gətirdiyi suyun da qiyməti var... Azərbaycanın “üçüncü yol” dedikləri rəsmi Bakının xarici siyasət kursunda yenilik deyil. Qərb və Rusiya arasında savaş gedərkən Azərbaycanın özünü oda atması-bu və ya digər tərəfə xüsusi dəstək verməsi əlbəttə ki, ziyanlı siyasət olardı. 

Amma Rusiyaya sıcaq münasibət, Qərbə isə sərt üzünü göstərmək də perspektivli siyasət hesab oluna bilməz. Bəzi mətbuat orqanlarında Rusiyaya yaxınlaşmağın, Qərbin buradakı “adamlarının” (oxu; maraqlarının) isə həbsxanaya göndərilməsinin hakimiyyət daxilində narazılıq yaratdığı barədə  iddialar var. Məlumatlara görə, Azərbaycana ard-arda gələn emissarlar hakimiyyəti  Rusiyaya investisiya qoymağa, mədəni şəkildə pul istəyirlər. Ekspertlər bu addımın indiki məqamda riskli olduğunu deyirlər.


Azərbaycanın daxili siyasətini də yaxından təqib edən Tomas de Vallın məqaləsində xüsusi vurğuladığı bir məqam da var: yaranmış vəziyyətdən oliqarxların narahatlığı. Politoloq “üçüncü yolun” onların “öz sərvətlərini artırmağa, eyni zamanda oliqarxik siyasi sistemi təhdid altında qoymamağa imkan yaradacağı” qənaətindədir. Amma hələ ki Qərb Bakıda sıxışdırılır, Rusiyaya isə hətta Jirinovski səviyyəsində geniş meydan verilir. Hələ ki... (Yeni Müsavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar