Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Rusiyanın qarşısına SOCAR-la çıxır


Azərbaycanın önəmini artıran sensasiyalı gəlişmə; iddialara görə, ABŞ SOCAR vasitəsilə Güney Qafqazda ikinci BP-sini yaratmaq istəyir; məqsəd Rusiyanı bölgənin siyasi və iqtisadi maraqlarından uzaq tutmaqdır...


BMT Baş Assambleyasının 70-ci yubiley sessiyası çərçivəsində Rusiya ilə hər hansı anlaşma olmadığını görən ABŞ və müttəfiqləri Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq siyasətində strateji gedişlərin sürətli şəkildə dəyişilməsi siyasətini seçdilər”. 

Bu sözləri musavat.com-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, hazırda Avropada yaşayan  Fərrux Məmmədov deyib. O bildirib ki, baş verənlər Rusiyanı mövcud enerji bazarından sıxışdırıb çıxarmaq üçündür: “Onlar üçün Rusiyanın Cənubi Qafqazdakı vahid hakimliyinə son qoyulması və Yaxın Şərqdəki mövcudluğunun minimuma endirilməsi əsas məqsəddir. Bu strateji gedişin ən önəmli hissələrindən biri də Azərbaycanla bağlıdır. Həmçinin Azərbaycanın Avropada mövcud enerji bazarındakı mövqeyinin genişləndirilməsi və daha çox pay almasıdır. Nəzərə alaq ki, SOCAR hazırda Rumıniya və Ukraynada enerji məsələlərində iştirak edir. Lakin bu, ümumi enerjinin çox az hissəsidir. Yeni strateji gedişdə SOCAR-ın rolunun genişləndirilməsi, Ukrayna və Rumıniyadakı hissələrin önəmli şəkildə artırılması gözlənilir”. 



Ekspert bu addımın atılmasında əsas məqsədin həmin ölkələrdə birbaşa və dolayı yolla Rusiyaya bağlı olan şirkətlərin passivləşdirilməsi istəyinin olduğunu söyləyib: “LUKoyl” və “Qazprom” kimi şirkətlərin əsas enerji daşıyıcı qismində olması Qərb üçün arzuolunmazdır. Həmin mövqelərin SOCAR-a verilməsi gözlənilir. Amerika digər tərəfdən, Avropa Birliyini, SOCAR-ın hələ də imzalanması gözlənilən 500 milyonluq layihəsini də tezliklə imzalamağı çağırıb. Bu, əslində Qərb və Avropanın Azərbaycana siyasi dəstəyinin göstəricisidir. Səbəb isə Rusiyanı mümkün şəkildə bütün siyasi və iqtisadi maraqlarından uzaq tutmaqdır. SOCAR-a edilən yatırımın əsas səbəblərindən biri də ABŞ-ın Cənubi Qafqazda ikinci  British Petroleum (BP) modelini formalaşdırmaq istəməsidir. Görünən odur ki, Amerika və Avropa rəsmi Bakı ilə bu məsələni müzakirə etmək üçün tezliklə masa arxasında oturacaqlar. Rumıniyada “LUKoyl”un aktivlərinin dondurulması, bank hesablarına həbsin qoyulması bu strateji gedişin tərkib hissələrindən biridir. Amerikanın bu siyasi dəstəyi verməsinin digər səbəbi isə Rusiyanın mövcud basqısının qarşısının alınmasıdır".



Ekspertin bu iddialarında əslində məntiq var və həqiqət payı az deyil. Məsələ ondadır ki, Qərb - ABŞAvropa Birliyi Ukrayna böhranından sonra Avropanın Rusiyadan enerji (qaz) asılılığını azaltmaq və bununla da Moskvaya qarşı sanksiyaları daha effektli eləmək üçün müxtəlif yollar arayır. Çünki bu, Kremlin Qərbə qarşı bəlkə də yeganə və ən güclü təzyiq-şantaj vasitəsi olaraq qalır. Soyuq qış mövsümünün yaxınlaşması məsələni bir az da aktual edir.

Uzun qış mövsümündə Rusiyanı belə bir güclü silahdan məhrum eləmək üçün ABŞAvropa həmçinin yeni qaz kəmərləri layihələri ilə bağlı neçə vaxtdır alternativ qaz satıcıları ilə (Azərbaycan, Türkmənistan) danışıqlar aparır. İranın nüvə proqramı ilə bağlı “Altılıq” ölkələri ilə Tehran arasında imzalanan Vyana anlaşması  da öncəliklə İranın sanballı alternativ qaz təminatçısı kimi enerji bazarına qayıdışını təmin etməyə yönəlib.

Bundan əlavə, Qərb Rusiyanı ram eləmək üçün onun neftindən imtina etmək barədə də düşünür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar