Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb dəyərlərinin ərsəyə gətirdiyi Avropa liderləri: Sonsuzlar, homoseksuallar, transvestitlər


Sergey Latışev

tsargrad.tv


Avropanın aparıcı ölkələrinin liderləri – AFR kansleri Angela Merkel, Böyük Britaniya baş naziri Mereza Tey, Fransanın yeni prezidenti Emmanuel Makron, İtaliya Nazirlər Sovetinin sədri Paolo Centiloni və onların Avropa “rəisi” Jan-Klod Yunker xarakterlər və həyat təcrübəsi müxtəlifliyi şəraitində bir məsələdə tamamilə bir-birinə oxşayırlar: onların öz övladları yoxdur.

Orta Avropa ölkələrinin bəzi liderləri də onlara bənzəyirlər. Məsələn, on aylığında anası tərəfindən uşaq evinə verilmiş İsveç baş naziri Stefan Löven və yaxud onun niderlandlı həmkarı, valideynlərinin yeddinci övladı olmuş Mark Ryutte – gördüyümüz kimi, XX əsrin 60-cı illərində Niderlandiyada hələ uşaqlar doğulurdu.

Avropanın kiçik ölkələrindəki durum bu baxımdan heç nəyi ilə yaxşı deyil. Məsələn, Lüksemburq baş naziri Ksavye Bettelin də övladı yoxdur. Amma rus bəstəkarı Sergey Raxmaninovun bu törəməsinin … əri var – 2015-ci ildə belçikalı memar Qotye Destne ilə rəsmi nikah bağlayıb. Kiçik olsa da, Avropanın bu ən varlı, bütün dünya varlılarının “namuslu əmək”lə  qazandıqları pulu saxlamağı sevdikləri dövlətin hökumət başçısı dünyada İslandiya və Belçikanın keçmiş baş nazirləri – Yohann Siqurdardottir və Elio di Ruponun ardınca öz cinsi yönünü gizlətməyən üçüncü milli lider olub.

Avropanın bir mərtəbə aşağısında da eyni mənzərə müşahidə olunur. Övladsızlıq – ümumi mınzərənin yalnız bir hissəsidir, çünki hələ homoseksual nazirlər, bu cür merlər, polis məmurları, görkəmli siyasətçilər də var. Hələ “kreativ sinfin” təmsilçilərini və uşaqların doğuşuna mane olan karyera əldə etmək arzusu ilə aşıb-daşan hər iki cinsin adamlarını demirik. Çox güman ki, yeni Avropa dəyərlərinin rəmzi islamçıların Brüsseldəki teraktları ilə bağlı ad çıxartmış Belçika polisinin paytaxt komissarı Alan Vanderput – açıq homoseksual və transvestit (cərrahi yolla cinsini dəyişən-tərc.), ictimai yerlərdə qadın libasında – işdanda, şlyapada, tumanda və dikdabanda görünməyi və fotoşəkil çəkdirməyi, bədəninin açıq yerlərini sərgiləməyi xoşlayan polis məmuru olub.

Burada, ümumiyyətlə, hansı övladdan söhbət gedə bilər! Buna görə də təəccüblü deyil ki, İtaliyada, Almaniyada və Avropanın başqa ölkələrinin əksəriyyətində qorxunc demoqrafik durum biçimlənir, Britaniyada isə atrıq bir neçə ildir ki, ən popuilyar kişi adı Məhəmməd və ya Muhəmməddir.  

Normallıq anomaliya kimi

Və sistemsiz “Almaniya üçün Alternativlər”in (AüA) liderlərindən biri  Aleksandr Hauland kimi xadimlər bu fonda necə də “siyasi nəzakətsiz” görünür. O, partiya qurultayında bildirib: “Biz ata və analarımızdan miras qalmış ölkəni saxlamaq istəyirik… Fəxr edirik ki, biz almanıq”.

Bu gün Avropada bu cür bəyanatlar, bir növ, “faşizm” sayılır… Lakin əvvəlcədən bu cür təəssüratdan “təmizlənmək” üçün ənənəçi Haulandla birgə AüA-nın seçkiqabağı siyahısına təkcə nəzarətsiz mühacirətə qarşı çıxış etməyən, həm də alman məktəblərində uşaqların psixikasını “cinsi maarifləndirmə” ilə şikəst edən, coşqun xarakterli, aşkar lesbiyan Alis Veydel başçılıq edib.

Bu arada çoxdan qeyd olunub ki, uşağa malik olmaq qabiliyyətli, lakin ya hədsiz dərəcədə qayğısız yaşamaq və çox əylənmək, öz zəifliyini qane edən və yaxud əksinə, dəlilik həddinə qədər işləyən və uşağa sahib olmayan adamlar keyfiyyətsiz olur. Onlar anlamırlar ki, həyatı olduğu kimi qəbul etməyi bacarmır, gələcək qarşısında məsuliyyətlərini dərk etmirlər. Və bu cür adamlara hakimiyyət verilərkən bu onların həmvətənlərində hələ necə də əksini tapır. Məsələn, AFR-də kəskin şəkildə uşaq bağçaları qıtlığı hiss olunur. Ölkənin milyonlarla “qaçqın”ı təmin etməyə milyardlarla avrosu var, amma bu qayda ilə almanları övlada malik olmağa həvəsləndirməyə yoxudur. Çünki ölkədə məskunlaşmış müsəlman ölkələrindən çoxsaylı mühacirlər bundan qətiyyyən cəfa çəkmirlər. Ailələrindəki qadınlar, adətən, işləmir, ev təsərrüfatı və uşaq doğmaqla məşğuldurlar. Və öhdəsindən gəlməyəndə onları uşaq bağçalarına düzəldirlər. Və bunun pulunu əksərən övladsız,  gəlirlərinin üçdə birindən yarısına qədərini hər cür vergilər formasında verməyə məcbur edilən alman vətəndaşlar ödəyir. Ölkədə “sosial dövlət” bu vergilərin hesabına mövcuddur.

AFR, Fransa, Britaniya, İsveç və Avropanın başqa ölkələrindəki məktəblərə baxın – orada yerli əhali təmsilçilərindənsə, az qala, mühacir keçmişli ailələrdən uşaqlar daha çoxdur. Həm də nəzərə almaq lazımdır ki, onlardan getdikcə prinspcə lap imtina edərək alman, fransız, isveçli olurlar. Ümumiyyətlə, öz övladlarınızı istəmirsinizsə, belələrini əldə edin. Ancaq qocalıq illərinin sarsıntısına əvvəlcədən hazır olun:  mühacir ailələrindən bu uşaqlar öz valideynlərinə yardım edəcəklər, lakin bu günki övladsız avropalı işçilər üçün təqaüd olacaqmı? Kim bilir.

İsveç simptom kimi

Yeri gəlmişkən, 1970-ci illərdən bütün dünyadan mühacirət üçün açılan İsveç haqqında. Haçansa sakit və rahat Malme şəhərində mühacirlər əhalinin artıq, demək olar, yarısını təşkil edir, şəhərlilərin 25%-i islama tapınır və bu, indi çox hiss olunur. Demək olar, isveçlər onu artıq itiriblər. Bütünlükdə ölkədə Avropanın başqa dövlətlərində – Belçika, Fransa, Almaniya, Hollandiya və digərlərindəki kimi polisin girməyə qorxduğu, mühacir bandalarının, xüsusən gənclərin nəzarətində olan  yüzlərlə rayon var. Onların əksəriyyəti sosial müavinətlə dolanan ailələrdən çıxıb, işləmək istəmir və eyni zamanda bütün dünyadan incikdirlər.

Öz səfası üçün yaşamaq istəyən köklü avropalıların eqoizmi buna şərait yaradıb, lakin çoxalan və başqasının hesabına yaşamağa köklənmiş gəlmə əhalinin varlığı artıq indi şübhə altına alır ki, avropalıların bu zərərli üslubu saxlanacaq. Onların sözlərinə görə, “Avropaya işləməyə deyil, yaşamağa gəlmiş” qonaqlarına getdikcə daha çox xərc çəkməli olurlar. Ö cümlədən öz təhlükəsizliklərinə. Çünki gəlmələri təkcə yedirtmək lazım deyil. Axı onlar öz adət və ənənələrini avropalılara zorla qəbul etdirməyə, özlərini olduqları kimi qəbul etməyə vadar etməyə çalışaraq hələ sürətlə “radikallaşırlar” da. Bu bildirir ki, çağdaş Avropa ölkələrinin hələ mövcud olduğu görkəmdə məhz nə vaxt yoxa çıxacağını riyazi dəqiqliklə hesablamaq olar. Müddət – yarım əsrə qədərdir. Sonra – vəssalam.  

Çağdaş Avropada baş verənlərə baxarkən müşahidəçilərdə istər-istəməz dejavyü effekti yaranır. Axı bütün bunlar tarixdə artıq baş verib. Yeri gəlmişkən, Avropanın müasir əksər siyasətçiləri kimi övladı olmayan imperator Karakalla bu eranın başlanğıcında – 212-ci ildə İmperiyanın bütün azad sakinlərinə nüfuzlu Roma vətəndaşlığını bağışlayıb. Bir-iki əsrdən sonra köhnə Avropanı Roma imperiyası ilə bərabər yerüzündən silmiş xalqların Böyük köçü də bu gün tez-tez düşündüyümüz kimi hərbi işğal deyildi. O, çağdaş qaçqınların Balkan marşrutu ilə hərəkətini çox xatırladırdı. Həm də o “qaçqınları” da, indikiləri də hər üsulla qovuşmağa çalışdıqları Avropanın yaşayış  səviyyəsi cəlb edirdi. Lakin bu köç prosesləri arasında köklü bir fərq var. Özlərini doğuş əziyyətinə salmaq və övlad böyütmək istəməyən romalılar və digər köklü sakinlər təmtəraq və əxlaqsızlığa uyanda Yaxın Şərq və Şimal Afrikadan o zamankı köçkünlər və hətta german tayfalarının bir qismi İmperiyaya düşəndə artıq xeyli dərəcədə xristian idilər.

O köçkünlər şərəf və inadla çalışır, alın təri ilə ən zəruri çörəklərini qazanır, orduda qulluq edir, xeyli uşaq doğurdular, halbuki romalılar ləziz təamlardan tıxır, pulsuz çörək və Kolizeydə tamaşa alır, fahişəxanalarda pozğunluq sənətini cilalayırdılar. Nəticədə etnosca qarışıq Avropa məhv olmadı – bütpərəstdən tədricən xristiana çevrildi və “köhnə” və “yeni” avropalılar yeni xristian sivilizasiyasında əridilər. Bu, indi Məsihin dinini “çağdaş dəyərlərlə” əvəzləmiş Avropa üçün aktual deyil, çünki ora gələn milyonlarla müsəlman – kiçik istisnalarla – Sodom və Homorraya “inteqrasiya” olunmağa çətin ki razılaşsınlar. Onların dəyərləri isə Avropanınkına o qədər ziddir ki, Avropa bu dəfə hətta transformasiya olunmuş görkəmdə də salamat qalmağa nail olmayacaq.
(Tərcümə Strateq.az) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar