Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb müharibədən nə qazanır?



İran “qorxusu”, Yaxın Şərq və Ukraynada münaqişə


Müharibələr – bəşəriyyətin ən böyük fəlakətindən olan bu prosesdə yalnız işanlar ölmür, evlər dağılmır, torpaqlar işğal olunmur. Bu, həm də milyardlarla pulun kimlərinsə ciblərinə getməsi deməkdir.
 
Son dövrlər ortaya çıxan faktlar dünyada baş verən münaqişələrdən, silahlı toqquşmalardan ən çox Qərbin gəlir əldə etdiyini göstərir. Misal üçün, Yaxın Şərqdə İŞİD-in yaratdığı xaos, eləcə də Ukraynada gedən müharibə dünyaya humanizm “əxz edən” ABŞAvropa ölkələrinə külli miqdarda gəlir gətirib.


Silah şirkətlərinin “müharibə təbliğatı”


ABŞ-ın keçmiş konqres üzvü Ron Pol “CNBC” üçün qələmə aldığı məqalədə yeni “təhlükələrin” silah istehsal edən şirkətlərə böyük gəlir gətirdiyini qeyd edir: “Onlar isə öz növbələrində  analitik mərkəzlərə, mediaya, kinostudiyalara böyük məbləğdə vəsait ödəyirlər ki, müharibə təbliğatı aparsınlar”.
 
Onun sözlərinə görə, Amerika elitasının nümayəndələri asanlıqla  sadə vətəndaşların maraqlarını tapdamağa hazırdır.


Bir çox faktlar göstərir ki, son dövrlərin münaqişələri, silahlı qarşıdurmaları ssenariləri məhz Qərbdə hazırlanıb. Bu geostrateji hədəflər olmaqla yanaşı, silah və səhiyyənin külli miqdarda vəsait əldə etməsinə də xidmət edir.

Britaniya 6 milyard funt-sterlinqi nəyə xərclədi?

Yaxın dövrdə Böyük Britaniya  Müdafiə Nazirliyinin hərbçilərin on-layn rejimində səfərbər edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsinə milyonlarla pul tökdüyü haqda informasiya yayıldı. Lakin bu proqram lazımınca işləmədi və nazirlik buna görə ciddi tənqidlərə məruz qaldı. Bununla yanaşı, Müdafiə Nazirliyi 6 milyard funt-sterlinq qiymətində nasaz sursat və lazımsız geyim əşyaları aldığına üçün də tənqidlərlə üzləşdi. Lakin nazirlik günahkarların cəzalandırmayacağını bəyan edib. Üstəlik bunu vəsaitə qənaət kimi qiymətləndirib.
 
Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon isə sevinir. O, “Tayms” qəzetində dərc edilmiş məqaləsində təntənəli surətdə elan edir ki, London dərhal içində nüvə silahı olan dörd ən yeni sualtı gəmi tikmək niyyətindədir. Düzdür o, bu planların 7 mayda keçiriləcək seçkilərdə  Mühafizəkar Partiyasının yenidən udacağı təqdirdə həyata keçəcəyini də qeyd edib.

Xərclər azalır, nəsə etmək lazımdır

Lakin sual yaranır: Bu, Britaniyanın nəyinə lazımdır? Təbii ki, anqlosaksonların sadə varisləri üçün bu heç nə vəd etmir və onlar haqlı olaraq, “Amerika nüvə çətirinin ölkənin üstündə açıldığı halda bahalı nüvə silahı nəyə gərəkdir?” sualını tez-tez düşünürlər. Amma Britaniya hərbçilərinin sevincini anlamaq mümkündür. Çünki son illər Böyük Britaniyada müdafiə xərcləri sürətlə azalırdı. Dərin maliyyə böhranı şəraitində bir çox britaniyalılar Amerika nüvə çətirinin olduğu halda ölkəyə bahalı nüvə silahının lazım olmadığını deyirdilər. Bu məsələni yaxın vaxtlara qədər digər avropalılar da düşünürdü.
 
Onlar səmimiyyətlə inanırdılar ki, ABŞ Avropanı xarici təhdidlərdən qorumaq xərclərini öz üzərinə götürəcək. NATO da məhz bunun üçün yaradılıb. Bundan başqa, real təhlükələr  praktik olaraq mövcud deyildi. Buna görə də Avropa ölkələrinin müdafiə büdcələri hər il daha da azalırdı. Əgər belə davam etsəydi, onda  Avropa Birliyi dövlətləri Brüsseldə təvazökar ofislə yığcam vahid mərkəzi ordu yaradıb milli müdafiə nazirliklərini bağlamalı olardı. Bu isə kütləvi şəkildə avropalı əsgərlərin işsiz qalması demək idi.

İran “qorxusu” azlıq etdi və Yaxın Şərq və Ukraynada “müharibə düyməsi” basıldı

Buna qədər İranın nüvə proqramı üzərində aparılan “xarici düşmən” təbliğatı ilə nəsə etmək mümkün idi. Bununla avropalıları mütəəssir etmək də mümkün idi. Lakin Qərb hərbiçiləri bununla qane olmur və hərbi xərclərlə razılaşmırdı. Nəsə etmək lazım idi.

Nəhayət, zaman-zaman ABŞ başda olmaqla Qərb güclərinin qarışdırdığı Yaxın Şərqə “geri dönüş” qərarı verildi və yeni “təhlükə” çıxdı. Suriya müharibə ocağına çevrildi və “Suriyanın dostları” bir neçə il yeni “layihələri” pul və silahla təchiz etdilər. Nəticədə, nəzarət altında  olmayan “İslam dövləti” adlı hərbi güc ortaya çıxdı. ABŞ prezidenti isə indi İŞİD-i  “mədəni dünyanın” əsas düşməni  adlandırdı. Təbii ki, “mədəni dünya” müdafiə olunmaq üçün xərclərini də artırır.

Bu işə də “lazımi” qədər müdafiə xərcləri ayrılmadığı görən qərbli “patronlar” Ukrayna böhranını şiddətləndirdi.

Ron Pol bu haqda yazır: “Yeni soyuq müharibə təbliğatı, görünür, özünü doğruldur”.

Onun sözlərinə görə, Almaniya 100 “Leopard” tankı alınacağını elan etdi. Bununla onların miqdarını 45 faiz artırıb. Bu layihə demək olar ki, alman hökumətinə yarım milyard dollara başa gələcək.

Dərman “baronları” da ciblərinin ağzını açır

Belə avantüralar həmişə özünü doğruldub. Müharibələrdən qazanc əldə edənlər isə təkcə hərbiçilər, yaxud hərbi koorporasiyalar deyil. Əczaçılıq sənayesi “baronları” da öz cibələrinin ağzını açaraq külli miqdarda pulları qəbul edir.
 
Məsələn, ABŞ Əfqanıstanda müharibəyə trilyon dollar xərcləyib. Bundan başqa, hələ münaqişə sahəsində olan və ya evə dönən  əsgərlərə tibbi xidmətlər üçün  böyük  məbləğdə pul xərclənir. Harvard universitetinin iqtisadçısı Linda Bilms  hesab edir ki, İraq və Əfqanıstan müharibələrinin veteranları üçün tibbi xərclər 134 milyard dollar təşkil edir. Lakin bu, yekun xərc deyil. Çünki bir çox xərcləri proqnozlaşdırmaq sadəcə mümkün deyil.
 
Müharibələri tibb mafiyasının əməli adlandıran ekspert qrupu isə İraq, Əfqanıstan, indi də Suriya və Yəmən mühariblərindən sonra dünyada, xüsusən də Şərq ölkələrində psixi xəstəliklərdən müalicə alanların sayının dəfələrlə artdığını deyir. Beləcə müharibələr Qərbdə əczaçılıq sənayesinin və tibbin çiçəklənməsinə rəvac verir. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar