Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbə inam niyə azaldı?


Azərbaycan niyə Qərbə bu qədər inamsız oldu?


Ölkəmiz müstəqilliyini elan edəndə çoxları belə düşünürdü ki, öz neftini Rusiyadan yan keçməklə Qərbə nəql edən Bakı Qarabağ məsələsində dünyanın böyük dövlətlərinin dəstəyini qazana və münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə nail ola bilər.Bu, romantik nəticə deyildi. Belə təhlillər aparmaq üçün arqumentlər kifayət qədər ciddi idi.

ABŞ başda olmaqla nüfuzlu Qərb dövlətləri enerji ehtiyatları ilə zəngin Xəzər bölgəsində möhkəmlənməyə çalışırdılar. Bu məsələdə Azərbaycan önəmli oyunçu idi və Rusiyanın, İranın güclü təzyiqlərinə baxmayaraq enerji ehtiyatlarının alternativ marşrutlarla dünya bazarlarına çıxarılması üçün ciddi addımlar atırdı. 

Məhz belə bir vaxtda Qərbin güclü dəstəyi sayəsində Bakı-Tiflis-Ceyhan kəməri layihəsi razılaşdırıldı. Lakin bölgədə daha da möhkəmlənmək üçün təkcə enerji layihələri kifayət etmirdi və Dağlıq Qarabağ münaqişəsi kimi kifayət qədər geniş bölgəni qarışdıra biləcək təhlükəli münaqişənin də həlli lazım idi. Amma Azərbaycan neftini əldə edən Qərbdən bu münaqişənin həlli üçün gözlənilən dəstək gəlmədi. Əksinə, ABŞ Konqresi tərəfindən qəbul edilən bədnam 907-ci düzəliş sayəsində Azərbaycan uzun müddət bu ölkənin yardımlarından məhrum oldu, Amerika, digər Qərb dövlətləri təcavüzkar Ermənistana heç bir əməli təzyiq göstərmədi və münaqişə həll edilməmiş qaldı. Beləliklə də Azərbaycanda haqlı məyusluq yarandı: bir halda ki, Qərb Qarabağ məsələsində Azərbaycana heç bir əməli kömək etmir, Rusiyaİran kimi qonşularla təhlükəli oyuna girib ölkənin zəngin neft ehtiyatlarının üzünü Qərbə çevirmək nəyə lazım idi?

Qarabağ münaqişəsi bölgəsində vəziyyətin gərginləşdiyi və danışıqların dalana dirəndiyi bir vaxtda Azərbaycan bu dəfə qaz ehtiyatlarından istifadə edərək Ermənistana təsir imkanları əldə etməyə çalışırdı.

Qeyd edək ki, Azərbaycan indi qaz ehtiyatlarına görə dünyanın aparıcı dövlətlərinin və region ölkələrinin diqqət mərkəzindədir. Lakin Bakı 90-cı illərin ortalarında mövcud olan intuziazimla hərəkət etmək və Qarabağ məsələsində dəstəyə ümid edərək Qərbin irəli sürdüyü bütün layihələrə qatılmaq, digər variantları isə bir kənara qoymaq fikrində deyil.

Qarabağ münaqişəsinin həlli üçün regional oyunçuların və böyük dövlətlərin dəstəyini əldə etməyə, Ermənistanın təcrid olunmasını davam etdirməyə və ölkənin mövqelərini gücləndirməyə çalışan Bakı Qərblə məsafə saxlamağa səy göstərir. Təsadüfi deyil ki, Azərbaycanla Rusiya arasında danışıqlar Qarabağ münaqişəsinin həllinə dair təşəbbüslər kontekstində keçirilir. Lakin Azərbaycan malik olduğu enerji ehtiyatlarından Qarabağ məsələsində təkcə beynəlxalq siyasi və diplomatik dəstək ala bilmək üçün istifadə etmir. 

Bu amil daha mühüm olan imkanlar - ordunu gücləndirmək, hərbi potensialı artırmaq və düşmən ölkə ilə müqayisədə hərbi balansı öz xeyrinə dəyişmək imkanları da açır. Ermənistan vaxtilə Qərbdə və Avropadakı güclü erməni lobbisi sayəsində Bakının enerji amilindən Qarabağ məsələsi üçün faydalanmaq səylərini xeyli ölçüdə neytrallaşdıra bildi. Ancaq Azərbaycanın neft-qaz gəlirləri hesabına sürətlə inkişaf etməsi və hərbi potensialını gücləndirmək üçün davamlı addımlar atması düşmən ölkəni ciddi narahat edir. Erməni lobbisi də indi bu durum qarşısında nəsə edə bilmir. Azərbaycan böyük neft gəlirlərinin ölkəyə daxil olması ilə paralel öz hərbi büdcəsini dəfələrlə artırıb. Artıq Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinin həcmindən çoxdur. 

Lakin hər ötən il Azərbaycanı Qarabağdan daha çox ayırır. Xalq bu münaqişənin tezliklə həllini istəyir. Bu baxımdan, Qərbin ölkəmizdə möhkəmlənməsi Qarabağ probleminin həllindən keçir. Hansı dövlət bu münaqişənin həllində Azərbaycanın yanında olacaqsa, ictimai rəy də həmin ölkəni xilaskar kimi qəbul edəcək. Romantizm artıq arxada qaldı və insanlar real addımları qiymətləndirirlər...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar