Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin Azərbaycana hansı sərt sualları ola bilər?


Politoloq: “Rəsmi Bakı əvvəlcədən bəyan etdiyi dəsti - xətt üzrə siyasətini aparmağa davam edir”


“Tomas de Val başa düşməlidir ki, ATƏT in DTİHB dediyi institutu ikili standartlarla məşquldur. Onun nümayəndələrinin Sərksyana bəslədikləri simpatiya məlumdur”.

Bu sözləri politoloq Zaur Məmmədov tanınmış analitik Tomas de Valın Azərbaycandakı seçkilərdən sonra xarici münasibətləri haqqında dedikləri fikirləri PİA.AZ-a şərh edərkən qeyd edib.

“Karnegi” fondunun əməkdaşı, tanınmış analitik Tomas de Val “Euronews”a Azərbaycandakı seçkilərdən sonra xaric münasibətlərinin perspektivini şərh edərkən deyib ki, Avropa Birliyi üçün regionda prioritet ölkələr Gürcüstan və Ukraynadır. Azərbaycan AB-nin daha böyük xarici siyasət söhbətinin bir hissəsi deyil. Həmçinin ekspertin fikrincə, Azərbaycan enerjisinə ehtiyac duyan Qərb Azərbaycana bəzi sərt suallar da verə bilər. 

Qeyd edək ki, Azərbaycanın enerji ehtiyatları və strateji mövqeyi onun Avropadan ötrü Rusiyadan gələn neft-qaza alternativə çevrilməsi deməkdir. Ancaq ekspertlərin fikrincə, bu ölkə AB-nin xarici siyasət siyahısının başında gəlmir.

Qərbin Azərbaycana hansı sərt sualları ola bilər və ATƏT DTİHB Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərilə bağlı mənfi rəy verməsi hansı prosseslərə yol aça bilər?  

Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.



Zaur Məmmədov: “Ukrayna və Gürcüstanın müstəqillikləri təhlükə altındadır”.


Ukrayna və Gürcüstan Aİ-ə daxil olmaq üçün əllərindən gələni etdiklərini qeyd edən DİA  -nın politoloqu Zaur Məmmədov əlavə edib ki, Azərbaycanın isə, belə bir istəyi yoxdur:

“Tomas De Valın fikirləri ilə razılaşmaq mümkün deyil. Dünən ATƏT DTİHB-in seçkilər ilə bağlı verdiyi bəyanat Azərbaycan - Aİ münasibətlərinə təsir etməyəcək. Rəsmi Bakı əvvəlcədən bəyan etdiyi dəsti - xətt üzrə siyasətini aparmağa davam edir. Heç kimin qapısında duraraq ona yalvar - yaxar etmir. Əksinə, Aİ Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır. Baxmayaraq kı, onlar ara - sıra bizə qarşı mənfi bəyanatlar səsləndirirlər, elə özləri də Bakının qapısını döyməklə məşğuldurlar.

Zaur Məmmədov: “ATƏT DTİHB-in seçkilər ilə bağlı verdiyi bəyanat Azərbaycan - Aİ münasibətlərinə təsir etməyəcək”.


Aydın məsələdir ki, Ukrayna və Gürcüstan Aİ daxil olmaq üçün əllərindən gələni edirlər. Onlar Avropaya inteqrasiya xəttini seçiblər. Azərbaycanın isə, belə bir istəyi yoxdur. Adlarını çəkdiklərimiz hər iki ölkənin müstəqillikləri təhlükə altındadır. Seçdikləri yolun və siyasətin acı nəticələrini dadmaqdadırlar. Tomas de Vall kifayəq qədər təcrübəli siyasətçidir. O başa düşməlidir ki, ATƏT in DTİHB dediyi institutu ikili standartlarla məşğuldur. Onun nümayəndələrinin Sərksyana bəslədikləri simpatiya məlumdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar