Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin “əraziləri boşalt” çağırışının pərdəarxası


Ermənistan çıxılmaz vəziyyətə düşüb; Qərbin qəzəbindən yayınmaq üçün Dağlıq Qarabağ ətrafındakı torpaqlardan çıxmalı olan İrəvan bu yandan da Rusiya hədələri ilə üz-üzədir...


ABŞ-ın təşəbbüsü ilə Qarabağa dair sülh danışıqları azacıq canlanan kimi cəbhə xəttində vəziyyət yenidən gərginləşdi, Rusiya generalları İrəvanı az qala “su yolu”na döndərdilər. 

Hazırda təmas xəttində nisbi sakitlik hökm sürsə də, bunun davamlı olacağına heç kim zəmanət verə bilməz. Əsas səbəb bəlli: münaqişənin “memarı” olan Moskva Vaşinqton və Brüsseldən fərqli olaraq Bakı ilə İrəvan arasında hətta itkin düşmüş şəxslərlə bağlı kiçicik etimadın belə, yaranmasında maraqlı deyil. 

Kreml geniş miqyaslı müharibədə də ilk baxışda maraqlı görünmür, ona görə ki, müharibə həm də böyük risklər, proqnozlaşdırılmayan ağır nəticələr, o sırada tərəfdaş Türkiyə ilə münasibətlərin pozulması, bölgədə terror təhlükəsinin (İŞİD və s.) artması, hərbi əməliyyatların Şimali Qafqaza nüfuzetmə riskləri və başqa bu kimi qəfil təhlükələr deməkdir.           
     
Odur ki, şimal qonşumuz Dağlıq Qarabağ məsələsində AzərbaycanErmənistana münasibətdə “qamçı və kökə” siyasətini davam etdirir; münaqişə tərəflərini silahlandırmaqla yanaşı, onların arasında müharibənin başlamasına da isti baxmır, bölgədəki hərbi situasiyanı idarə eləməyə çalışır; ara-sıra regionda həlledici güc olduğunu həm AzərbaycanErmənistana, həm də Qərbə nümayiş etdirməyə səy edir. 

Bu mənada Moskva ilə Qərbin Qarabağ probleminə, bütövlükdə regiona yanaşmalarında prinsipial fərq Ukrayna nümunəsindəki kimi özünü qabarıq şəkildə göstərməkdədir: əgər ABŞAvropa dinc nizamlama müstəvisində real irəliləyiş olmasına və bununla da müharibə ehtimalının sıfırlanmasına çalışırsa, Rusiya Donbas məsələsindəki kimi əksinə, yalnız bunun imitasiyası ilə məşğuldur. Məhz Rusiya amilinə görə 25 ildən çoxdur “yük yerində qalıb”. 

***



Dünən AzərbaycanErmənistan prezidentləri arasında sonuncu dəfə (27 oktyabr 2014) keçirilmiş Paris görüşünün 9 ay tamam oldu. Ötən 9 ayda heç xarici işlər nazirləri səviyyəsində də düz-əməlli danışıqlar aparılmadı. Bu da öz növbəsində yeni müharibə təhlükəsini labüd olaraq artırıb. 

Cəbhə xəttindəki “3 günlük müharibə”nin isə 1 ili yaxınlaşır. Keçən il məhz bugünlərdə atəşkəs dövründə ilk dəfə olaraq kifayət qədər genişmiqyaslı hərbi qarşıdurma olmuşdu. Sözsüz ki, Azərbaycanın güclü ordusu var və düşmənə həmişə layiqli cavab verməyə hazırdır. Verir də. Ancaq onu da unutmaq olmaq ki, uğursuz sülh danışıqları, nəticəsiz görüşlər istər-istəməz Silahlı Qüvvələrimizin hərbi heyətinin də ovqatına təsir edir, onu  istənilən an müqəddəs savaşa hazır olmaq, yeri gələndə işğalçının cavabını bir az da sərt şəkildə verməyə kökləyir.

Hərgah, politoloq Fərhad Mehdiyevə görə, son günlər ermənilərin cəbhə xəttində aktiv təxribat fəaliyyətləri keçirmək cəhdləri hələ ki müharibədən xəbər vermir (axar.az): “Bu təxribatlar əlbəttə ki, müharibə anonsu deyil. Çünki Dağlıq Qarabağ ətrafındakı işğal altında olan hər hansı rayonun geri alınması üçün aviasiya və artilleriya cəlb olunaraq strateji yüksəkliklər ələ keçirilməli, mühəndis-kommunikasiya qurğuları və müdafiə xətti qurulmalıdır. Azərbaycan bunu əlbəttə ki, icra etmək gücündədir. Çünki güclü dövlətdir, onun güclü ordusu var. Onu sınamağa dəyər”.



Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib. Düşmənin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub. 

***
Yaranmış durumda vasitəçilik missiyasının önəmi əlbəttə ki, artır. Eyni zamanda hərbi insidentin ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəni tərk edən kimi baş verməsi də diqqət çəkməyə bilmir. Bəs diplomatların sonuncu səfəri ilə təmas xəttindəki yeni hərbi eskalasiya arasında hansısa bir uyğunluq, bağlılıq varmı? Bəzi siyasi müşahidəçilərə görə - var. 
“Minsk Qrupu həmsədrlərinin regiona son səfəri ehtimal ki, konkret nəticə ilə bitəcək. Ermənistan tərəfinin atdığı addımlar bunu deməyə əsas verir”. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu qənaətdədir (“Trend”). Onun sözlərinə görə, erməni tərəfinin itkin düşənlərlə bağlı siyahıların dəyişdirilməsinə razılıq verməsi bu yöndə bir addımdır.    



Politoloq hesab edir ki, Ermənistan prezidenti Serj Sərkisyan artıq başa düşür ki, daha böyük güzəştlərə gedə bilər: “Sərkisyan itkin düşənlərin siyahısının dəqiqləşdirilməsini kiçik məsələ hesab edərək güzəştə getdi. Bununla da o, yenidən özünü ABŞ-ın müttəfiqi kimi göstərir. Çünki bu təklifin müəllifi ABŞ-dır. Sərkisyanın Dağlıq Qarabağ məsələsinə digər güzəşti isə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmasına razılıq verməsidir. Əslində bu, iki çox kiçik güzəştlərdir. Amma nəzərə almaq lazımdır ki, Ermənistan bu vaxtadək bu güzəştlərə də razı deyildi. İndi razılıq veribsə, demək vəziyyətin çıxılmaz olduğunu başa düşür”.

*** 
İşğalçı ölkə doğrudan da bu dəqiqə ən qəliz durumdadır. Artıq ABŞ, Avropa səviyyəsində Ermənistandan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmaq çağırışları səslənir. Bu, çağırışlar son zamanlar həm də ona görə intensivləşib ki, Rusiyanın bölgədə hərbi cəhətdən daha da möhkəmlənmək planları baş tutmasın. 

İrəvan Qərbi razı salmaq, onun qəzəbinə tuş gəlməmək, ən önəmlisi, özünü, blokadada olan iqtisadiyyatını gec-tez xilas eləmək üçün bu yöndə hansısa addımlar atmaq zorundadır. Digər tərəfdən isə öz ağası Rusiyadan haqlı olaraq qorxur, Kremlin sözündən çıxa bilmir. Məsələ bundadır. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar